Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1403/2023 02.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh: “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “Qanunsuz əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməyi barədə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru Faiq Abdullayev 15 mart 2023-cü il tarixli 384 №li əmrinin ləğv edilməsi, onun Mingəçevir ŞMX PHŞ-in Dəstək xidmətləri şöbəsinin X2 şöbəsinə təsərrüfat bacısı vəzifəsinə bərpa olunmağı, 400 (dörd yüz) manat vəkilə hüquqi xidmətlə bağlı ödənilmiş pulun və mediasiya xərci olan 50 (əlli) manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, o, İddiaçı 11 avqust 1971-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 17 yaşından əmək fəaliyyətinə başlamışdır. 16 avqust 1988-ci ildən Mingəçevir şəhər səhiyyə şöbəsində işləyir. 30 ildən artıqdır xəstəxananın Radiolojiya şöbəsində işləyir. Evlidir. Əri birinci qrup gözdən əlildir. Onun himayəsindədir. Ona dövlət tərəfindən baxım pulu alır. 01 aprel 2012-ci il tarixdən “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin Səhiyyə xidmətlərinin təşkili şöbəsinin xadiməsi Radiolojiya şöbəsinə təsərrüfat bacısı vəzifəsinə təyin edilmişdir. 11 il fasiləsiz bu işdə - Radiologiya şöbəsinin təsərrüfat bacısı işləmişdir. 15 mart 2023-cü il tarixdə xəstəxananın direktor müavini Fuad müəəllim, təsərrüfat bacılarının rəhbəri vəzifəsində işləyən Gülşən xanım, xəstəxananın direktor köməkçisi işləyən Aynur adlı şəxsin sifarişi ilə onu dəvət edib kompyuterdə yazılmış ərizəyə imza etməyi tələb etdilər. O soruşdu ki, bu nə ərizədir? Dedilər onun yerini dəyişəcəklər, bildirdi ki, o, yerini dəyişmək istəmir. Ona bildirdilər ki, onda işdən çıxarılacaq. İşini itirməkdən qorxdu, himayəsində gözdən əlil həyat yoldaşı var axı. Ona necə təsir etdilərsə, məcbur olub ağlaya-ağlaya yerini dəyişmə barədə ərizəni imzaladı. Sonra deyəsən hansısa sənədə imza etdirdilər, xatırlamır. Yadındadır ki, təhvil-təslim aktına imza etməmişdir. Evə gəldikdən sonra özünə gəldi, həyat yoldaşı tərəfindən dəstək aldı, iradə əleyhinə olan iş yerinin dəyişdirilməsi barədə ərizənin etibarsız sayılması barədə ərizə ilə müraciət etdi. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi direktoru tərəfindən müsbət almadı. Bundan başqa Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti X17 şöbəsinə müraciət etdi, ona məhkəməyə müraciət etmək tövsiyyə olundu. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüuqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru Faiq Abdullayev tərəfindən verilmiş 15 mart 2023-cü il tarixli 384 №li əmrdən görünür ki, Mingəçevir ŞMX PHŞ-in Dəstək xidmətləri şöbəsinin Təsərrüfat bölməsinin (Radiologiya şöbəsi) təsərrüfat bacısı xx.xx.2023-cü il tarixindən Dəstək xidmətləri şöəsinin Təsərrüfat bölməsinə (Laboratoriya şöbəsinə) təsərrüfat bacısı vəzifəsinə keçirilsin. Təhvil –təslim mühasibatlıqla aparılasın. Əsas:İşin Keyfiyyətinin yüksəldilməsi. Göründüyü kimi əsas kimi ərizənin verilməsi deyil, işin keyfiyyətinin yüksəldilməsi qeyd edilmişdir. 30 ildən artıq işlədiyi şöbədə, yetərincə təcrübə qazandığı halda, başqa şöbəyə keçirilməyiylə hansı işin keyfiyyətinin yüksəldilməsindən söhbət gedə bilər. Onunla təhvil-təslim aparılmamışdır. Yeni kollektivə uyğunlaşa bilmir və yeni şöbədə olan avadanlıqların funksiyası ona məlum deyil. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru Faiq Abdullayev 15 mart 2023-cü il tarixli 384 №li əmrində müəssisənin hüquqi ünvanı və işəgötürənin atasının adı göstərilməmişdir. Onun iş yerinin dəyişməsi barədə 15 mart 2023-cü il tarixdə imzaladılmış ərizə, hədə-qorxu və zor tətbiq edilmə hədəsi ilə, iradə əleyhinə olan ərizədir, həmin ərizənin də etibarsız sayılması barədə ərizə ilə vaxtında müraciət etmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru Faiq Abdullayevin 15 mart 2023-cü il tarixli 384 №li əmri əsassız və qanunsuzdur, ona görə də ləğv olunmalı və o əvvəlki işinə bərpa olunmalıdır. Ona görə də məhkəmədən Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru Faiq Abdullayev 15 mart 2023-cü il tarixli 384 №li əmrinin ləğv edilməsi, onun Mingəçevir ŞMX PHŞ-in Dəstək xidmətləri şöbəsinin X2 şöbəsinə təsərrüfat bacısı vəzifəsinə bərpa olunmağı, 400 (dörd yüz) manat vəkilə hüquqi xidmətlə bağlı ödənilmiş pulun və mediasiya xərci olan 50 (əlli) manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı verdiyi izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi və vəkili X6 etirazına uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Republikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxsin direktoru Faiq Abdullayevin 15 mart 2023-cü il tarixli, 384 nömrəli əmrinin ləğv edilməsi, onun Mingəçevir şəhər X8 Hüquqi Şəxsin dəstək xidmətləri şöbəsinin X2 şöbəsinə təsərrüfat bacısı vəzifəsinə bərpa oluması, 400 manat vəkilə hüquqi xidmətlə bağlı ödənilmiş pulun və mediasiya xərci olan 50 manat pulun cavabdehdən alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin verilmiş iddia tələbi ilə razı deyillər. Hesa edirlər ki, iddia tələbi tam qanunsuz və əsassızdır. Belə ki, İddiaçı 16 avqust 1988-ci ildən Mingəçevir şəhər X8 Hüquqi şəxsdə işə qəbul olunmuşdur. İddiaçı ilə Mingəçevir şəhər X8 Hüquqi şəxsin direktoru arasında bağlanmış 01 mart 2017-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin “Dəstək xidmətləri şöbəsinə təsərrüfat bacısı (Radiologiya şöbəsinə) vəzifəsinə təyin olunmuşdur. İddiaçı hazırki vaxtda da “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X18 təsərrüfat bacısı vəzifəsində işləyir. Mingəçevir şəhər X8 Hüquqi Şəxsin direktorunun 15 mart 2023-cü il tarixli, 384 nömrəli əmri ilə İddiaçı “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin “Dəstək xidmətləri şöbəsinə təsərrüfat bölməsinin (Radiologiya şöbəsi) təsərrüfat bacısı xx.xx.2023-cü il tarixdən etibarən Dəstək xidmətləri şöbəsinin Təsərrüfat bölməsinə (laboratoriya şöbəsi) təsərrüfat bacısı vəzifəsinə keçirilmişdir. Bundan başqa onu da qeyd edir ki, təsərrüfat bacısı ştatı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının ştat cədvəlinə Dəstək xidmətləri şöbəsinin təsərrüfat bölməsində nəzərdə tutulmuşdur. Təsərrüfat bacısı müəssisə rəhbərinin əmrinə əsasən xəstəxananın tərkibində olan şöbələrə təhkim olunurlar. Onların işini daha da yaxşılaşdırmaq və nəzarəti artırmaq məqsədilə Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri gözlənilməklə əmək şəraiti və əmək haqqı dəyişməmək şərti ilə xəstəxana daxilində xəstəxananın bütün təsərrüfat bacısının təhkim olunduğu şöbələr qarşılıqlı şəkildə dəyişdirilir. O cümlədən İddiaçı da 15 mart 2023-cü il tarixdə Radiologiya şöbəsindən təhkimliyi ləğv olunaraq Laboratoriya şöbəsinə təhkim olunmuşdur. Həmin vaxt İddiaçı əmək haqqısı və əmək şəraitində heç bir dəyişiklik olmamışdır. Bununla bağlı bildirir ki, Mingəçevir şəhər X8 Hüquqi Şəxs tərəfindən 2023-cü ilin fevral ayının 7-də keçirilmiş iclas zamanı İddiaçı işlədiyi Radiologiya şöbəsindən başqa şöbəyə təhkim olunacağı barədə qabaqcadan məlumat verilmişdir. Həmin İddiaçı bununla razılaşmış və heç bir şikayətinin olmadığını bildirmişdir. Ümumiyyətlə, xəstəxanada 23 tibb bacısının 19 nəfəri müvafiq əmrlərlə başqa şöbələrə təhkim, rotasiya olmuşlar. Bundan başqa İddiaçı iddia ərizəsində ona hədə-qorxu və zor tətbiq edilmə hədəsi ilə təzyiq göstərildiyini və buna görə də ərizəyə imza etdiyini qeyd etmişdir. Bununla bağlı bildirir ki, iddiaçıya əgər hər-hansı bir təzyiq göstərilsəydi, o bununla bağlı ən azından hüquq mühafizə orqanlarına müraciət edə bilərdi. Lakin iddiaçı bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Buradan da görünür ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri, qeyri-rəsmi və qəbul edilməzdir. Belə olan halda Mingəçevir şəhər X8 Hüquqi Şəxsin direktorunun 15 mart 2023-cü il tarixli, 384 nömrəli əmri tam qanuni və əsaslıdır. Bildirir ki, işəgötürən ilə iddiaçının arasında bağlanmış əmək müqaviləsinə 6 saylı əlavə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildiriş həmin elektron informasiya sistemində qeydiyyata alınmış və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilmişdir. Göründüyü kimi işəgötürən Qanunvericiliyin bütün tələblərinə riayət etməklə 15 mart 2023-cü il tarixli, 384 nömrəli əmri qəbul etmişdir. Ona görə də məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X16 Şəxs Mingəçevir şəhər Mərkəzi X1rşı “qanunsuz əmrin ləğv edilməsi və əvvəlki işə bərpa olunma” tələbinə dair iddiası qanunsuz və əsassız olduğu üçün iddia tələbinin rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, işə əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X9 ilə X10 arasında 18 iyun 1993-cü ildə Mingəçevir şəhər VVAQ şöbəsində 141 № ilə nikah qeydə alınmışdır. Nikah bağlandıqdan sonra qadın Zamanova soyadını qəbul etmişdir. İşə əlavə əlavə edilmiş SER TSE-01 №Lİ arayışdan görünür ki, 1968-ci il təvəllüdlü X4 əlilliyi müddətsizdir. İşə əlavə edilmiş 055318 №li vəsiqədən görünür ki, X9 01 iyul 2010-cu il tarixdən İ qrup ümumi gözə görə əlildir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyi Tabeliyinədə Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi şəxsin 3 saylı X17 filialı Mingəçevir şəhr Qəbul Şöbəsinin xx.xx.2023-cü il tarixli Arayışından görünür ki, İddiaçı həqiqətən İ qrup əlilliyi olan şəxslərə qulluğu görə (həyat yoldaşı X7) 100 manat Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. İşdə olan 090771 №-li əmək kitabçasının surətindən görünür ki, xx.xx.2023-cü il tarixdən Mingəçevir ŞMX, PHŞ-in Dəstək xidmətləri şöbəsinin Təsərrüfat bölməsinin (Radiologiya şöbəsi) təsərrüfat bacısı, Dəstək xidmətləri şöbəsinin Təsərrüfat bölməsinə (Laboratoriya şöbəsi) təsərrüfat bacısı vəzifəsinə keçirilmişdir. İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən verilmiş 15 mart 2023-cü il tarixli, 384 №li əmrdən görünür ki, Mingəçevir ŞMX, PHŞ-in Dəstək xidmətləri şöbəsinin Təsərrüfat bölməsinin (Radiologiya şöbəsi) təsərrüfat bacısı 15.03.202-cü il tarixdən etibarən Dəstək xidmətləri şöbəsinin Təsərrüfat bölməsinə (Laboratoriya şöbəsi) təsərrüfat bacısı vəzifəsinə keçirilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X12 onun tərəfindən imzalanmış ərizənin etibarsız sayılması və Radiologiya şöbəsinə qaytarılmağını xahiş etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 04 aprel 2023-cü il tarixli, PHŞ 6-61/3-80/2023 №li cavab məktubunda göstərilir ki, İddiaçı xx.xx.2023-ci il tarixdən Radiologiya şöbəsindən təhkimliyi ləğv olunaraq Laboratoriya şöbəsinə təhkim olunmuş və bu barədə tərəfə məlumat verilmişdir. Əmək müqaviləsi əlavəsi iddiaçı özü tərfindən imzalanmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 xidməti X17 şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-17-5/2-7-1339/2023 №li cavab məktubunda göstərilir ki, əmək mabahisələrinə məhkəmə tərəfindən baxılır. İşə əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsin 10 may 2023-cü il tarixli PHŞ 6/2-Z-59-1-8412/202 №li cavab məktubundan görünür k, İddiaçı müraciətinə baxılmış və hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsin 07 iyun 2023-cü il tarixli PHŞ 6/2-Z-5990-1-10830/2023 №li cavab məktubundan görünür k, İddiaçı müraciətinə baxılmış və şikayətlə bağlı çalışdığı tibb müəssisəsinin rəhbərliyinə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə baxışı zamanı müəyyən edildi ki, işçi işəgötürən tərəfindən onun iradəsin zidd olaraq, onun razılığ olmadan başqa işə keçirilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edldi ki, İddiaçı başqa işə keçirərkən ona təsir (hədə-qorxu) nəticəsində, iradəsinə zidd olaraq onun başqa işə keçirilməsi barədə ərizəsi alınmışdır. İş materiallarından da görünür ki, İddiaçı ərizə yazdığı vaxtdan bir neçə gün, yəni 14 gün keçdikdən sonra həmin ərizənin etibarsız sayılması barədə işə götürənə ərizə ilə müraciət etmişdir. İşə götürən tərfindən onun ərizəsinə rədd cavabı verildikdən sonra İddiaçı onun hüquqları pozulduğu üçün 30 mart 2023-cü il tarixdə, 10 may 2023-cü il tarixdə və 07 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası TƏBİB Publik Hüquqi şəxsə və 07 aprel 2023cü il tarixdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyi yanında X11 Xidməti X17 şöbəsinə bu barədə şikayət emişdir. Həmçinin iddiaçı iddia edir ki, onun başqa işə keçirilməsinə dair ərizəsi ona hədə qorxu gələrək məcburən hazır ərizəyə imza etdirilmişdir. Məhkəmə həmin yerdə video çəkilişlərin aparılmasını müəyyən etmiş və həmin faktı tam araşdırılmas üçün məhkəmə, məhkəmə baxışında öz təşəbbüsü və ciidiaçının vəkilinin vəsatəti əsasında “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsinə ərizənin yazıldığı yerin video görüntülərini məhkəməyə təqdim edilməsini tələb etsə də Xəstəxanın nümayəndəsi həmin görüntünün vdieo çəkilişini məhkəməyə təqdim etməmişdir. Bunqdan başqa da əmək müqaviləsinə əlavəni məhkəmə tələb etsə də müqavilə məhkəməyə təqdim edilməmidir. Əgər işçi onun başqa işə keçirnlməsinə razılaşmış olsaydı onun tərəfindən ərizənin etibarsız sayılmasını tələb etməzdi və aidiyyatı orqanlara bu barədə şikayətlər etməzdi. Həmçinin məhkəmə qeyd edir ki, işçi əmək hüquq münasibətlərində işəgötürnə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla təşkilati-səracam verici səlahiyyətlərə malik olur. Bütün bunlar ona əsas verir ki, İddiaçı iş yerini itirməkdən ehtiyat etdiyi üçün onun iradəsinə zidd olaraq yeni əmək müqaviləsi bağlamağa məcbur edilərək başqa işə keçirilmişdir. Bu hal isə qanunvericliklə qadağan olunan haldır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 14-cü maddəsində yazılmışdır ki, əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınması, işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını, əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinin tələbinə görə İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəinin tələbinə görə Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin maddənin 7-ci hissəinə əsasən İşəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Əmək Məcəlləsinin bəzi müddəalarının şərh bedilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci tarixli Qərarında Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürnə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla təşkilati-səracam verici səlahiyyətlərə malik olur. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər binr şəxsin, sərbəst iş yerini seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələri ilə tamalanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. «İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Pakt»ın 7-ci maddəsinin 1-ci abzası və 3-cü bəndin müddalarından görünür ki, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin ədalətli və münasib iş şəraitini tanıyır, o cümlədən hamının yalnız iş stajı və ixtisas səviyyəsi əsasında daha yüksək vəzifələrə irəli çəkilmək üçün eyni şərait imkanı tanıyır. «Avropa Sosial Xartiyası»nın 1-ci hissəsinin 1-ci bəndinə əsasən, hər kəsin öz yaşayışı üçün sərbəst seçdiyi peşə üzrə əməklə qazanmaq hüququ olmalıdır. Xartiyanın 1hissəsinin 2-cəndinə görə, bütün işçilərin əməyin ədalətli şəraitlərinə hüquqları vardır. Bundan başqa işə götürə tərəfindən işçinin başqa işə keçiriləsi və bu barədə əmək müqaviləsnin bağlanılması zamanı Əmək qanunvericliyin qaydalarına mütləq əməl edilməli olduğu halda bunu etməmişdir. Belə ki, İddiaçı başqa işə keçirilməsi zamanı Əmək Məcəllsi ilə təsbit edilmiş əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar apraşdırılmamış, İddiaçı öhdəsində 1-ci qrup əlil olan ərinin olmasını və ailədə yeganə gəlir gətirən və 1-ci qrup əlil ərinə yeganə baxan şəxs olmasını və yeni iş rejiminin və əmək şəraitinin həmin hallara təsirinin olması nəzərə alınmamışdır. Bundan əlavə İddiaçı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin Səhiyyə xidmətlərinin təşkili şöbəsinin xadiməsi Radiolojiya şöbəsinə təsərrüfat bacısı vəzifəsində 11 il fasiləsiz işləməsi nəzərə alınmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin a) və b) bəndlərinə əsasən Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 82-ci maddəsinə əsasən Bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin tələbinə görə İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bunqdan başqa işə götürən tərəfindən İddiaçı başqa işə keçiriləsinə dair X22 15 mart 2023-cü il tarixli 384 nömrəli əmri Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbinə uyğun qaydada verilməmişdir. Belə ki, “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru Faiq Abdullayev 15 mart 2023-cü il tarixli 384 №li əmrində müəssisənin hüquqi ünvanı və işəgötürənin atasının adı göstərilməmişdir. Bu da Əmək Məcəlləsinin 84cü maddəsinin tələbinə görə həmin əmrin etibarsız hesab edlməsi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən 1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Məhkəmə bu normaların tələbindən çıxış edərək belə nticəyə gəlir ki, İddiaçı Əmək Məcəlləsinin tələblərinə zidd, onun iradəsi əlehinə olaraq başqa işə keçirilmişdir. Odur ki, iddia tələbi əmrin ləğv edilməsi və əvvəlki işə bərpa olunma hissədə əsaslıdır və təmin edilməlidr. İdda tələbinə 400 manat vəkilə hüquqi xidmətlə bağlı ödənilmiş pulun cavabdehdən alınması hissəsinə qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.6-cı maddəsinə əsasən işə baxılması ilə əlaqədar vəkillərə etdikləri kömək üçün ödənilən xərclər məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 115-ci maddəsininr mənasından da görünür ki, məhkəmə məsərəfləri işə məhkəmədə baxılması ilə əlaqədar olmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının məhkəmədən kənar hüquqi yardım göstərilməsi ilə əlaqədar vəkilə çəkdiyi xərclər məhkəmə məsrəflərinə aid deyildir. Həmçinin məhkəmə mediasiya xərclərinin məhkəmə xərclərinə daxil edilmədiyi üçün iddia bu hissədə də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 108.1-ci maddəsinə əsasən Mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir: iddia ərizəsi verildikdə; iddianın predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxslər işə qoşulmaq barədə ərizə verdikdə; xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə; məhkəmə əmri haqqında ərizə verildikdə; müvəqqəti təminat tədbiri barədə ərizə verildikdə; iş üzrə icraatın xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlardan şikayət verildikdə; apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə; qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizə verildikdə; məhkəmə aktlarının surətləri təkrarən verildikdə. Azərbaycan Respublikası MPM-nin 115-ci maddəsinə əsasən İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; cavabdehin axtarılması ilə əlaqədar xərclər; qətnamənin icrası ilə əlaqədar xərclər; məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli və Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru Faiq Abdullayevin 15 mart 2023-cü il tarixli 384 №li əmri ləğv edilməli və Zamanova X5 ŞMX PHŞ-nin Dəstək xidmətləri şöbəsinin X2 şöbəsinə təsərrüfat bacısı işinə bərpa edilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru Faiq Abdullayevin 15 mart 2023-cü il tarixli 384 №li əmri ləğv edilsin. Zamanova X5 ŞMX PHŞ-nin Dəstək xidmətləri şöbəsinin X2 şöbəsinə təsərrüfat bacısı işinə bərpa edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-1403/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1403/2023
02.08.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver