Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-141/2023 10.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçılar İddiaçı1, İddiaçı2, onların nümayədəsi,Vəkil, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı qızıl-zinət əşyalarının miras əmlaka aid olunmamasının müəyyən edilməsi, həmin qızıl-zinət əşyaların onlara verilməsi tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 29 adda qızıl-zinət əşyalarının onlara məxsus olduğuna görə miras əmlaka aid olunmaması və həmin əşyaların onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, xx.xx.1985-ci ildə anadan olmuşdur. X1, anası Cavabdeh3dır. 3 uşaq olmuşlar- o, qardaşları Əli və Taleh. Onlar bir evdə yaşamışlar. Sonra o, ailə qurmuş, başqa ünvana köçmüşdür. Lakin bir müddət sonra boşanmış və yenidən valideynlərinin yanına qayıtmış, valideynləri, qardaşı Əli və onun ailə üzvləri ilə birlikdə yaşamışdır. Digər qardaşı, hazırkı iş üzrə cavabdehlərdən biri olan Cavabdeh1 da onlarla birlikdə yaşayırdı. Onların bir evdə yaşamaqları çətinlik yaratdığına görə atası belə nəticəyə gəlmişdir ki, kreditə pul götürüb ev tikmək üçün Talehə torpaq sahəsi alsınlar. Atası ona və qardaşı arvadı İddiaçı2 dedi ki, qızıl-zinət əşyalarını ona versinlər, həmin qızıl-zinət əşyalarını girov qoyub kreditə pul götürəcək, krediti özü ödəyəcəkdir, krediti ödəyib qurtardıqdan sonra qızıl-zinət əşyalarını bankdan götürüb qaytaracaqdır. Onlar da etiraz etmədilər və özlərinə məxsus qızıl-zinət əşyalarını götürdüyü kreditin ödənilməsinin təminatı olaraq banka girov qoyulması üçün atası Telman Seyidova vermişlər. Atası onlara məxsus qızıl-zinət əşyalarını "xxxx" ASC-yə girov qoyaraq kredit götürmüşdür. Kredit aldıqdan sonra atası qardaşı-hazırkı iş üzrə Cavabdeh1 torpaq sahəsi və “KAMAZ” markalı avtomaşın almışdır. X5 29 oktyabr 2021-ci ildə vəfat etmişdir. Vəfat etdikdən sonra atasının banka 4500 manat kredit borcu qalmışdır. O, həmin kredit borcunu ödəmişdir. Kredit borcu tam ödənildiyinə görə girov qoyulmuş qızıl-zinət əşyalarını bankdan götürmək istəmişlər. Bank qızıl-zinət əşyalarını götürmək üçün bütün vərəsələrin razılığını tələb etmiş, bundan istifadə edən Cavabdeh1 girova qoyulmuş qızıl-zinət əşyalaının da atasından miras qaldığını bildirərək, onlaa məxsus qızılları ələ keçirmək istəyir. Ancaq qeyd etdiyi kimi atası ona və digər iddiaçıya məxsus qızıl-zinət əşyalarını girov qoyaraq kredit götürmüşdür və həmin qızıl-zinət əşyaları atasından qalmış mirasa daxil deyil. Cavabdeh1 onlara qarşı münasibəti normal olmadığına görə bu cür hərəkət edir. Ona görə də iddianın təmin olunmasını, "xxxx" ASC-nin Mingəçevir filialında mərhum X1nun adına depozit hesabda saxlanılan 29 adda, cəmi 235,5 qram çəkidə qızıl-zinət əşyalarının atasının miras əmlakına aid olmamasının müəyyən edilməsi, qiyməti 1577.19 manat, əyarı 583, çəkisi 38,6 qram bismark boyunbağı, qiyməti 612.9 manat, əyarı 583, çəkisi 15 qram olan tros boyunbağı, qiyməti 130.75 manat, əyarı 583, çəkisi 3.2 qram olan boyunbağı, qiyməti 497.61 manat, əyarı 500, çəkisi 14.2 qram olan yolka boyunbağı, qiyməti 600.64 manat, əyarı 583, çəkisi 14.7 qram olan qolbaq, qiyməti 375.91 manat, əyarı 583, çəkisi 9.2 qram olan dəst, qiyməti 326.88 manat, əyarı 583, çəkisi 8 qram olan dəst 4 qaşı yox, qiyməti 490.32 manat, əyarı 583, çəkisi 12 qram olan dəst-1 tay sırğa qırıq, qiyməti 135.3 manat, əyarı 585, çəkisi 3.3 qram olan sırğa, qiyməti 77.9 manat, əyarı 585, çəkisi 1.9 qram olan sırğa, qiyməti 134.84 manat, əyarı 583, çəkisi 3.3 qram olan qadın saatı, qiyməti 357.44 manat, əyarı 500, çəkisi 10.2 qram olan qadın saatı yolka, qiyməti 278.59 manat, əyarı 750, çəkisi 5.3 qram olan nişan üzüyü, qiyməti 232.9 manat, əyarı 583, çəkisi 5.7 qram olan nişan üzüyü, qiyməti 187.96 manat, əyarı 583, çəkisi 4.6 qram olan kişi üzüyü, qiyməti 53.3 manat, əyarı 585, çəkisi 1.3 qram olan kişi üzüyü, qiyməti 351.39 manat, əyarı 583, çəkisi 8.6 qram olan üzük, qiyməti 171.61 manat, əyarı 583, çəkisi 4.2 qram olan üzük, qiyməti 236.99 manat, əyarı 583, çəkisi 5.8 qram olan qadın üzüyü, qiyməti 81.72 manat, əyarı 583, çəkisi 2 qram olan qadın üzüyü, qiyməti 98.06 manat, əyarı 583, çəkisi 2.4 qram olan qadın üzüyü, qiyməti 171.61 manat, əyarı 583, çəkisi 4.2 qram olan qadın üzüyü, qiyməti 151.7 manat, əyarı 585, çəkisi 3,7 qram olan (kitab əzik) klonun bankdan götürülməsi, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı2 məhkəmə iclasında iddianı müdafiə edərək İddiaçı1 izahatına uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, mərhum Telman Seyidov onun qayınatası olmuşdur. Qayınatası bankdan kredit götürmək məqsədi ilə girov qoymaq üçün ondan və baldızı İddiaçı1 qızıl-zinət əşyalarını istəmiş, onlar da etiraz etməyərək özlərinə məxsus qızıl-zinət əşyalarını qayınatasına vermişlər. Kredit borcu tam ödənilib qurtarmamış qayınatası vəfat etmişdir. Qalmış 4500 manat kredit borcu baldızı İddiaçı1 tərəfindən ödənilmişdir. Kredit borcu tam ödənildikdən sonra onlar özlərinə məxsus qızılzinət əşyalarını bankdan götürmək istəmişlər, lakin Cavabdeh1 imkan verməyərək girov qoyulmuş qızıl-zinət əşyalarının atalarından miras qaldığını bildirir. İddianın təmin olunmasını, "xxxx" ASC-nin Mingəçevir filialında mərhum qayınX1nun adına depozit hesabda saxlanılan qızıl-zinət əşyaların miras əmlaka daxil olmamasının müəyyən edilməsi, qiyməti 1135.9 manat, əyarı 583, çəkisi 27,8 qram olan bismark boyunbağı, qiyməti 567.95 manat,əyarı 583, çəkisi 13,9 qram olan qolbaq, qiyməti 278.59 manat, əyarı 750, çəkisi 5,3 qram olan nişan üzüyü, qiyməti 61.5 manat, əyarı 585, çəkisi 1.5 qram olan üzüyü, qiyməti 81.72 manat, əyarı 583, çəkisi 2 qram olan qadın üzüyü, qiyməti 147.1 manat, əyarı 583, çəkisi 3,6 qram olan klonun bankdan götürülməsi, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, mübahisələndirilən qızıl-zinət əşyaları atası tərəfindən banka girov qoyulmuşdur. Əgər həmin qızıl-zinət əşyaları atasına məxsus olmasayıdı atası həmin əşyaları girov qoymazdı. Cavabdeh3 məhkəmə iclasında iddianı qəbul edərək izahatında bildirdi ki, mərhum X3 onun əri, İddiaçı1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onların birgə nikahdan doğulmuş uşaqları,İddiaçı2 isə gəlinidir. X6, həqiqətən də qızı İddiaçı1 və gəlini Sevic Seyidovaya məxsus qızıl-zinət əşyalaını, onlardan xahiş edib müvəqqəti olaraq alıb, banka girov qoyaraq kredit götürmüşdür. Kredit borcunu ödədikdən sonra qızılları götürüb sahiblərinə qaytarmalı idi. Əri banka olan kredit borcunu da vaxtlı-vaxtında ödəyirdi. Əri 2021-ci ilin oktyabr ayında vəfat etdi. Ərinin ölümündən sonra qalan kredit borcunu qızı Xəyalə ödəmişdir. Bildirdiyi kimi banka girov qoyulmuş qızıllar ərinə məxsus olmamışdır. Onlar 32 il ər-arvad kimi birlikdə yaşamışlar, ailə üçün qızıl-zinət əşyaları almamışlar. Əgər həmin qızıllar ərinə məxsus olsayıdı, həm də ona aid olardı . Lakin banka ərinin girov qoyduğu qızıl-zinət əşyaları qızı Xəyalə və gəlini Sevincə məxsusdur. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul edərək izahatında bildirdi ki, atası Telman Seyidovun kredit almaq üçün banka girov qoyduğu qızıl-zinət əşyaları atasına məxsus olmamışdır. O, atası, anası, bacısı Xəyalə və arvadı Sevinclə birlikdə Mingəçevir şəhəri 12-ci Bağ küçəsi 11 №-li evdə yaşayırlar. Atası bankdan kredit götürmək üçün ondan girov qızıl əşyaları tələb olunmuş, bundan sonra atası qızı Xəyaləyə və gəlini, onun həyat yoldaşı Sevincə məxsus qızıl-zinət əşyalarını banka girov qoyaraq kredit götürmüşdür. Kredit borcu ödənildikdən sonra qızılları bankdan götürüb yiyələrinə təhvil verməli idi. Atası vaxtlı-vaxtında da krediti ödəyirdi. Atasının ölümündən sonra qalan kredit borcu bacısı, hazırkı iş üzrə İddiaçı1 tərəfindən ödənilmişdr. Onu da bildirir ki, həyat yoldaşı, hazırkısı üzrə iddiaçı Sevnc Seyidovaya məxsus həmin qızıl-zinət əşyalarını o, 2018-ci ildə “Expressbank”a girov qoyaraq kredit götürmüş, kredit borcunu ödədikdən sonra qızılları bankdan geri almışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə olunmuş "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 051CASA191010008 №-li kredit müqaviləsindən görünür ki, kreditverən 12000(on iki min) manat məbləğdə, kredit borcalana təqdim etməyi, borcalan isə həmin krediti müəyyən olunmuş müddətdə qaytarmağı öhdələrinə götürmüşlər. İşə əlavə olunmuş "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli girov müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinin təminatı olaraq müqaviləyə Əlavədə göstərilən əmlaklar girov qoyulmuşdur. Müqaviləyə Əlavədən, daşınar əmlakın qiymətləndirmə aktından görünür ki, 29 adda, 235,5 qram, cəmi qiyməti 9606,27 manat olan qızıl-zinət əşyaları girov qoyulmuşdur. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Cavabdeh3 arasında 24 noyabr 1983-cü ildə nikah qeydə alınmışdır. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2021-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçılar tələblərində onlara məxsus 29 adda qızıl-zinət əşyalarının onların razılığı ilə mərhum X3 tərəfindən "xxxx" ASC-yə girov qoyularaq kredit götürüldüyünü, Telman Seyidovun 2021-ci ilin oktyabr ayında vəfat etdiyini, sonra kreditin qalıq borcunun onlar tərəfindən ödənildyini, kredit borcu tam ödənildikdən sonra qoyulmuş qızıl-zinət əşyalarını bankdan götürmək istəsələr də, cavabdehin həmin qızıl-zinət əşyalarının mirasın kütləsinə daxil olmasını təkid etdiyinə görə özlərinə məxsus qızıl-zinət əşyalarını bankdan onlara verilməməsini bildirmişlər, cavabdehin etirazını isə onlara münasibətinin normal olmaması ilə əsaslandırmışlar. Cavabdeh1 izahatında mərhum atası Telman Seyidovun kredit götürmək üçün banka girov qoyulmuş qızıl-zinət əşyalarının atasına məxsus olduğunu bildirsə də etirazını əsaslandırdığı hər hansı sübutu məhkəməyə təqdim etmədi. Cavabdeh3 məhkəmə iclasında iddianı qəbul edərək mərhum Telman Seyidovun onun əri olduğunu, 32 il birlikdə yaşadıqlarını, həmin müddətdə ailə üçün qızıl-zinət əşyaları almadıqlarını, ərində də qızıl olmadığını, qızıl-zinət əşyalarını bankdan kredit almaq üçün müvəqqəti olaraq qızı Xəyalə və gəlini Sevincdən (hazırkı iş üzrə iddiaçılardan) alıb girov qoyduğunu bildirdi. Digər Cavabdeh2 da məhkəmə iclasında iddianı qəbul edərək izahatında mərhum atası Telman Seyidov banka girov qoyduğu qızıl-zinət əşyalaını iddiaçılardan müvəqqəti olaraq aldığını bildirdi. Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə Cavabdeh1 etirazını əsaslandıran sübutu təqdim etməməsini, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 izahatlarının inandırıcı olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.2-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Kredit almaq üçün banka girov qoyulmuş 29 adda qızıl-zinət əşyalarının mərhum Telman Seyidova məxsus olması müəyyən edilmədiyinə görə, məhkəmə hesab edir ki, həmin qızıl-zinət əşyaları Cavabdeh1 mirasına aid edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi orqaın qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə mərhum Telman Seyidov tərəfindən kredit almaq üçün banka girov qoyulmuş qızıl-zinət əşyalarının iddiaçılara məxsus olmasını nəzərə alaraq hesab edir ki, girovla təmin edilmiş öhdəlik icra olunduqdan sonra, həmin əşyalar mülkiyyətçilərə, iddiaçılara qaytarılmalıdır. Qeyd edilənlərə əsasən iddia təmin olunmalı, "xxxx" ASC ilə aralarında bağlanmış 031CASA19110008 №-li xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin və həmin müqaviləyə 31150***-*******02R №-li xx.xx.2020-ci il tarixli Restrukturizasiya razılaşmasının icrasıın təminatı olaraq mərhum X3 tərəfindən banka girov qoyulmuş 29 adda, 235,5 qram çəkidə qızıl-zinət əşyaları miras əmlaka aid olmaması müəyyən edilməli, girovla təmin edilmiş öhdəlik icra edildikdən sonra, "xxxx"ASC-nin Mingəçevir filialında X2 adına depozit hesabda saxlanılan qiyməti 1577.19 manat, əyarı 583, çəkisi 38,6 qram bismark boyunbağı, qiyməti 612.9 manat, əyarı 583, çəkisi 15 qram olan tros boyunbağı, qiyməti 130.75 manat, əyarı 583, çəkisi 3.2 qram olan boyunbağı, qiyməti 497.61 manat, əyarı 500, çəkisi 14.2 qram olan yolka boyunbağı, qiyməti 600.64 manat, əyarı 583, çəkisi 14.7 qram olan qolbaq, qiyməti 375.91 manat, əyarı 583, çəkisi 9.2 qram olan dəst, qiyməti 326.88 manat, əyarı 583, çəkisi 8 qram olan dəst 4 qaşı yox, qiyməti 490.32 manat, əyarı 583, çəkisi 12 qram olan dəst-1 tay sırğa qırıq, qiyməti 135.3 manat, əyarı 585, çəkisi 3.3 qram olan sırğa, qiyməti 77.9 manat, əyarı 585, çəkisi 1.9 qram olan sırğa, qiyməti 134.84 manat, əyarı 583, çəkisi 3.3 qram olan qadın saatı, qiyməti 357.44 manat, əyarı 500, çəkisi 10.2 qram olan qadın saatı yolka, qiyməti 278.59 manat, əyarı 750, çəkisi 5.3 qram olan nişan üzüyü, qiyməti 232.9 manat, əyarı 583, çəkisi 5.7 qram olan nişan üzüyü, qiyməti 187.96 manat, əyarı 583, çəkisi 4.6 qram olan kişi üzüyü, qiyməti 53.3 manat, əyarı 585, çəkisi 1.3 qram olan kişi üzüyü, qiyməti 351.39 manat, əyarı 583, çəkisi 8.6 qram olan üzük, qiyməti 171.61 manat, əyarı 583, çəkisi 4.2 qram olan üzük, qiyməti 236.99 manat, əyarı 583, çəkisi 5.8 qram olan qadın üzüyü, qiyməti 81.72 manat, əyarı 583, çəkisi 2 qram olan qadın üzüyü, qiyməti 98.06 manat, əyarı 583, çəkisi 2.4 qram olan qadın üzüyü, qiyməti 171.61 manat, əyarı 583, çəkisi 4.2 qram olan qadın üzüyü, qiyməti 151.7 manat, əyarı 585, çəkisi 3,7 qram olan (kitab əzik) klon İddiaçı1, qiyməti 1135.9 manat, əyarı 583, çəkisi 27,8 qram olan bismark boyunbağı, qiyməti 567.95 manat,əyarı 583, çəkisi 13,9 qram olan qolbaq, qiyməti 278.59 manat, əyarı 750, çəkisi 5,3 qram olan nişan üzüyü, qiyməti 61.5 manat, əyarı 585, çəkisi 1.5 qram olan üzüyü, qiyməti 81.72 manat, əyarı 583, çəkisi 2 qram olan qadın üzüyü, qiyməti 147.1 manat, əyarı 583, çəkisi 3,6 qram olan klon İddiaçı2 verilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia təmin olunsun. "xxxx" ASC ilə aralarında bağlanmış 031CASA19110008 №-li xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin və həmin müqaviləyə 31150***-*******02R №-li xx.xx.2020-ci il tarixli Restrukturizasiya razılaşmanın icrasının təminatı olaraq mərhum X3 tərəfindən banka girov qoyulmuş 29 adda, 235,5 qram çəkidə qızıl-zinət əşyaları miras əmlaka aid olmaması müəyyən edilsin, girovla təmin edilmiş öhdəlik icra edildikdən sonra, "xxxx"ASC-nin Mingəçevir filialında X2 adına depozit hesabda saxlanılan qiyməti 1577.19 manat, əyarı 583, çəkisi 38,6 qram bismark boyunbağı, qiyməti 612.9 manat, əyarı 583, çəkisi 15 qram olan tros boyunbağı, qiyməti 130.75 manat, əyarı 583, çəkisi 3.2 qram olan boyunbağı, qiyməti 497.61 manat, əyarı 500, çəkisi 14.2 qram olan yolka boyunbağı, qiyməti 600.64 manat, əyarı 583, çəkisi 14.7 qram olan qolbaq, qiyməti 375.91 manat, əyarı 583, çəkisi 9.2 qram olan dəst, qiyməti 326.88 manat, əyarı 583, çəkisi 8 qram olan dəst 4 qaşı yox, qiyməti 490.32 manat, əyarı 583, çəkisi 12 qram olan dəst-1 tay sırğa qırıq, qiyməti 135.3 manat, əyarı 585, çəkisi 3.3 qram olan sırğa, qiyməti 77.9 manat, əyarı 585, çəkisi 1.9 qram olan sırğa, qiyməti 134.84 manat, əyarı 583, çəkisi 3.3 qram olan qadın saatı, qiyməti 357.44 manat, əyarı 500, çəkisi 10.2 qram olan qadın saatı yolka, qiyməti 278.59 manat, əyarı 750, çəkisi 5.3 qram olan nişan üzüyü, qiyməti 232.9 manat, əyarı 583, çəkisi 5.7 qram olan nişan üzüyü, qiyməti 187.96 manat, əyarı 583, çəkisi 4.6 qram olan kişi üzüyü, qiyməti 53.3 manat, əyarı 585, çəkisi 1.3 qram olan kişi üzüyü, qiyməti 351.39 manat, əyarı 583, çəkisi 8.6 qram olan üzük, qiyməti 171.61 manat, əyarı 583, çəkisi 4.2 qram olan üzük, qiyməti 236.99 manat, əyarı 583, çəkisi 5.8 qram olan qadın üzüyü, qiyməti 81.72 manat, əyarı 583, çəkisi 2 qram olan qadın üzüyü, qiyməti 98.06 manat, əyarı 583, çəkisi 2.4 qram olan qadın üzüyü, qiyməti 171.61 manat, əyarı 583, çəkisi 4.2 qram olan qadın üzüyü, qiyməti 151.7 manat, əyyarı 585, çəkisi 3,7 qram olan (kitab əzik) klon İddiaçı1, qiyməti 1135.9 manat, əyarı 583, çəkisi 27,8 qram olan bismark boyunbağı, qiyməti 567.95 manat, əyarı 583, çəkisi 13,9 qram olan qolbaq, qiyməti 278.59 manat, əyarı 750, çəkisi 5,3 qram olan nişan üzüyü, qiyməti 61.5 manat, əyarı 585, çəkisi 1.5 qram olan üzüyü, qiyməti 81.72 manat, əyarı 583, çəkisi 2 qram olan qadın üzüyü, qiyməti 147.1 manat, əyarı 583, çəkisi 3,6 qram olan klon İddiaçı2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-141/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-141/2023
10.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver