Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1410/2024 10.06.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi: Ərizəçi və Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında MŞM/MT031/2023-00857 saylı, xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdən Maraqlı şəxs ilə aralarında barışıq sazişi bağlamışlar. Həmin barışıq sazişində ərizəçinin yanında qalan azyaşlı övladı X1 üçün 150 manat sabit pul məbləğində aliment ödənilməsinə dair razılığa gəlmişlər və Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq hər ayın 2-nə kimi ona alimentin ödəniləcəyi öhdəliyini üzərinə götürmüşdür. Lakin son aylardır maraqlı şəxs barışıq sazişini icra etmir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını və həmin sazişdə 2-ci hissəsinin barışıq sazişdən kənarlaşmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs məhkəmə iclası zamanı izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdən onunla ərizəçi ilə arasında barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişində ərizəçinin yanında qalan azyaşlı övladı X1 üçün ondan hər ay 150 manat sabit pul məbləğində aliment ödənilməsinə dair razılığa gəlmişlər. Son bir-iki aydır aliment ödənişini edə bilməmişdir. Onunla ərizəçinin arasında MŞM/MT031/2023-00857 saylı, xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə və həmin sazişdə 2-ci hissəsinin barışıq sazişdən kənarlaşmasını etiraz etmir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi nikahları ləğv edilmiş və bu barədə nikahın ləğvi edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 06 nömrə ilə qeyd edilmişdir; xx.xx.2024-cü il tarixdə Ərizəçi məhkəmədə iddia qaldırmaq üçün 100.40 manat məbləğində dövlət rüsumu ödəmişdir; Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanda qeydiyyatdadır; ünvan 24745 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2011-ci ildə Mingəçevir şəhərində doğulmuş, atası Maraqlı şəxs, anası Ərizəçidır; MŞM/MT031/2023-00857 saylı, xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi barışıq sazişi imzalamışlar. Tərəflərin izahatı, materiallarının araşdırılması ilə müəyyən olundu ki, ərizəçi ilə Maraqlı şəxs rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, onların birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X3 doğulmuşdur. Tərəflərin xx.xx.2017-ci il tarixdə nikahları ləğv edilmişdir. Tərəflər arasında saziş imzalanmış və həmin sazişə əsasən birgə nikahdan doğlumuş xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin alınaraq ərizəçiyə verilməsi ilə bağlı tərəflər arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü tarixdə barışıq sazişi bağlanmışdır. Lakin qanunda nəzərdə tutulmuş müddət ərzində Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Ona görə də ərizəçi mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Eyni zamanda tərəflər məhkəmə iclasında həmin sazişdə 2-ci hissəsinin barışıq sazişdən kənarlaşmasını məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin - 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. - 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. - 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. - 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. - 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. - 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. - 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2023-cü il tarixdə bağlanmış Maraqlı şəxs xx.xx.2011-ci il təvəllüdlü X3 adlı uşaqlar yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 150 manat alimentın alınaraq ərizəçiyə ödənilməsinə dair barışıq sazişi məcburi icra ediməsi üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi arasında xx.xx.02023-cü il tarixli mediasiya reyestrində MŞM/MT031/2023/00857 nömrəsi ilə qeydiyyatdan keçmiş Barışıq sazişi aşağıdakı hissədə təsdiq edilsin. İkinci Tərəf Maraqlı şəxs z üzərinə öhdəlik götürür ki, Birinci tərəf Ərizəçi yanında qalan övladı (X3 AZ-İİ № 814745; Doğum tarixi: xx.xx.2011) uşağın yetkinlik yaşına çatana kimi ikinci tərəf Ərizəçi hər ay 150 manat aliment ödənişi ödəyəcək. Aliment ödənişi hər ay İkinci Tərəf Ərizəçi bank hesabına (bank kartına) ödəniləcək. Aliment ödənişi xx.xx.2023cü il tarixdən başlayaraq ən geci hər ayın 25-nə kimi ödəniləcək. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-1410/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1410/2024
10.06.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver