Məhkəmə qərarları › İş №2(051)-1426/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1426/2022

14.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1426/2022 14.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.1979-cu il tarixdə doğulmuş mərhum qardaşı X1 xx.xx.2001-ci il tarixdə Zərdab rayonunda vəfat etməsi faktının müəyyən olunması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X3 onun qardaşıdır. Mərhum qardaşı Zərdab rayonu, Qoruqbağı ünvanında yaşamışdır. Mərhum qardaşı X3 xx.xx.2001-cı il tarixdə Zərdab rayonunda vəfat etmiş, Ağcabədi rayonu Nəcəfqulubəyli kəndində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Lakin qeydiyyat şöbəsinə vaxtında müraciət edilmədiyi üçün onun ölümü qeydə alınmamışdır. Hazırda ünvanlı dövlət sosial yardımın əldə edilməsi üçün DSMF-yə müraciət edən zaman ona bildiriliblər ki, mərhum qardaşının adının bəzi torpaq sənədlərində hələ də qalması ilə bağlı müəyyən problemlər yaranır, eyni zamanda, mənzil, yaşayış sahəsi ilə bağlı müəyyən sənədləşmə işlərində ölüm haqqında şəhadətnamə tələb olunur. Bu məqsədlə Qeydiyyat Şöbəsinə müraciət etsə də, ona məhkəməyə müraciət eməsi tövsiyyə edilmişdir. Başqa qaydada qardaşının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşı qızı, mərhum X3 da qardaşı oğludur . Həqiqətən, qardaşı oğlu X3 xx.xx.2001-ci il tarixdə Zərdab rayonunda vəfat etmiş, lakin yaxın qohumları Ağcabədi rayonunun Nəcəfqulubəyli kənd qəbirstanlığında dəfn olunduğuna görə mərhum X3 da orada dəfn edilmişdir. Onun özü də dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, ərizəçi onun qohumudur. Həqiqətən, qohumu X3 xx.xx.2001-ci il tarixdə Zərdab rayonunda vəfat etmiş və və Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndinin qəbirstanlığında dəfn edilmişdir. Onun özü də dəfn mərasimində iştirak etmişdir. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə Şöbənin rəisi məhkəməyə ünvanlandığı ərizəsində iş yükünün çoxluğu ilə əlaqədar olaraq məhkəmədə iştirak edə bilməməsinin səbəblərinin üzürlü sayılması və işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçiriməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Belə ki İşdə olan Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Qoruqbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndiliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 128 saylı arayışdan görünür ki, X3 xx.xx.2001-ci il tarixdə vəfat etmiş və Ağcabədi rayon Nəcəfqulubəyli kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 258 nömrəli arayışdan görünür ki, Maraqlı şəxs akt qeydləri arxivində xx.xx.2001-xx.xx.2022-ci il üzrə yoxlama aparılmış, X1 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, ərizəçinin mərhum qardaşı X3 xx.xx.2001-ci il tarixdə Zərdab rayonunda vəfat etmiş və Ağcabədi rayonun Nəcəfqulubəyli kənd qəbirstanlığında dəfn edilmişdir. Lakin ölümü vaxtında qeyd edilmədiyi üçün onun barəsində ölüm akt qeydi tərtib edilməmişdir. Ona görə də mərhum X1 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Hazırda müəyyən məsələlərin həll edilməsi üçün ərizəçidən ölüm haqqında şəhadətnamə tələb olunur. Ərizəçi isə ölüm haqqında şəhadətnaməni müvafiq icra hakimiyyəti orqanından ala bilmir. Ona görə də məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8–ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi qardaşının vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli və xx.xx.1979-cu il tarixdə doğulmuş mərhum X1 xx.xx.2001-ci il tarixdə Zərdab rayonunda vəfat etməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1979-cu il tarixdə doğulmuş X1 xx.xx.2001-ci il tarixdə Zərdab rayonunda vəfat etməsi faktı müəyyən edilsin. X1 vəfat etməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölmünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar