Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1434/2025 18.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən mərhum xalası X1 25 oktyabr 2024-cü il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktının müəyyən olunması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum xalası X4 1945-ci ildə Ağdam rayonu Başqərvənd kəndində doğulmuşdur. Xalası uşaqlıqdan lal və kar olmuşdur. Evlənməmişdir. Ondan başqa heç kimi yox idi. Ona görə də onun yanında qalmış və xalasına o, qulluq etmişdir. Ona görə də onun müraciəti əsasında Mingəçevir Şəhər Məhkəməsinin 22 sentyabr 2014-cü il tarixli, 2(051)-1147/2014 saylı qətnaməsi ilə Mingəçevir şəhəri, M.V.Vidadi küçəsi 3 saylı evin 11 saylı mənzilində yaşayan, 1945-ci ildə Ağdam rayonu Başqərvənd kəndində anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi qət edilmişdir. Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 06 noyabr 2014-cü il tarixli, 165 saylı Sərəncamı ilə o, xalası-1945-ci il təvəllüdlü X4 üzərində qəyyum təyin edilmişdir. X4 xəstə olmuş, həmişə müalicəyə ehtiyacı olmuşdur. X4 xx.xx.2024-cü il tarixdə yaşadıqları Mingəçevir şəhəri, M.V.Vidadi küçəsi 3 saylı evin 11 saylı mənzilində vəfat etmişdir. Qohumları ilə yığılıb, xalası X2 Ağdam rayonu Qərvənd kənd qəbristanlığında dəfn etmişlər. Yas mərasimi vermişlər. Müəyyən müddət sonra Maraqlı şəxsnə ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı müraciət etmişdir. Ancaq Qeydiyyat şöbəsindən həkim arayışı istəmişlər, məhkəməyə müraciət etməyi tövsİyyə etmişlər. O da xalası X1 xx.xx.2024-cü tarixdə vəfat etməsinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı izahatında göstərdi ki, hazırda pensiya kartının qarşısının bağlanması ilə bağlı ərizəçidən ölüm haqqında şəhadətnamə tələb olunur. Odur ki, ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs rəisi X6 iştirak etdiyi məhkəmə iclası zamanı ərizənin təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, ərizəçinin qudasıdır. Həqiqətən, Ərizəçi xalası X3 baxmış, ona qulluq etmişdir. X4 xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri M.V.Vidadi küçəsi 3 saylı evin 11 saylı mənzilində vəfat etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X8 da X5 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 1945-ci ildə Ağdam rayonu, Başqərvənd kəndində doğulmuşdur. İş materiallarına Azərbaycan Karlar Cəmiyyəti tərəfindən X3 xx.xx.2016-cı il tarixdə verilmiş 0730 nömrəli vəsiqənin surəti əlavə edilmişdir. Etibarlıdır: xx.xx.2019 İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 22 sentyabr 2014-cü il tarixli, 2(051)- 1147/2014 saylı qətnaməsinə əsasən Mingəçevir şəhəri M.V.Vidadi küçəsi 3 saylı evin 11 saylı mənzilində yaşayan, 1945-ci ildə Ağdam rayonu Başqərvənd kəndində anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 06 noyabr 2014-cü il tarixli, 165 saylı Sərəncamından görünür ki, Ərizəçi xalası-1945-ci il təvəllüdlü X4 üzərində qəyyum təyin edilmişdir. İşdə olan Ağdam Rayonu Əhmədağalı bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Ağdam rayonu Qərvənd kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarına X1 xx.xx.2024-cü il tarixdə vəfat etməsinə dair qəbir üstü abidənin fotoşəkilləri əlavə edilmişdir. İş materiallarında olan Mingəçevir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ərizəçi ərizəsinə baxılmış və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci il tarixədək yoxlama aparılarkən X1 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, Mingəçevir Şəhər Məhkəməsinin 22 sentyabr 2014-cü il tarixli, 2(051)-1147/2014 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, X1 üzərində Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 06 noyabr 2014-cü il tarixli, 165 saylı Sərəncamı ilə Ərizəçi qəyyum təyin edilmişdir. X4 1945-ci ildə doğulmuş, xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhərində vəfat etmiş və Ağdam rayonu Qərvənd kənd qəbristanlığında dəfn edilmiş, lakin ölümü vaxtında qeyd edilmədiyi üçün onun barəsində ölüm akt qeydi tərtib edilməmişdir. Ona görə də X1 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Hazırda pensiya kartının qarşısının bağlanması ilə bağlı ərizəçidən ölüm haqqında şəhadətnamə tələb olunur. Ona görə də məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8–ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1–ci maddəsində göstərilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. İşin halları ilə müəyyən olunur ki, ərizəçi xalasının vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli və 1945-ci ildə doğulmuş X1 xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307–311 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. 1945-ci ildə Ağdam rayonu Başqərvənd kəndində doğulmuş, X1 xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X1 vəfat etməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1434/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1434/2025
18.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver