Məhkəmə qərarları › İş №2(051)-1441/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1441/2023

30.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1441/2023 30.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi: Ərizəçi, Maraqlı şəxs: Maraqlı şəxs iştirakı ilə Ərizəçi “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə” dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Maraqlı şəxs ilə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini və uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi məqsədilə xx.xx.2016-cı ildə doğulmuş Aylin və xx.xx.2018-ci ildə doğulmuş Ömər adlı uşaqları ilə görüş günlərinin təyin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, cavabdeh Maraqlı şəxs ilə nikahlarını xx.xx.2017-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Onların birgə nikahından iki uşaqları olmuşdur. Hal-hazırda cavabdehlə münasibətləri pozulmuş və onlar məhkəmə qaydasında boşanmışlar. Həmin ərəfədə X5 ilə bərabər mediasiya prosesində olmuşlar. Aralarında olan barışıq sazişinə əsasən 1. Birinci tərəf həftəiçi hər ayın bir həftəsinin cümə günü axşam uşaqlarını götürəcək və bazar günü saat 16:00-dək ikinci tərəfə qaytaracaq. Qalan üç həfətiçi isə şənbə və ya bazar günü birinci tərəf uşaqları səhər götürür, saat 16:00-dək geri qaytarır. 2. Qarşılıqlı razılıq əsasında bayram günlərinin yarısını uşaqlar birinci tərəflə, digər yarısını isə ikinci tərəflə qalacaq. 3. Uşaqların ad günləri birinci tərəf uşaqları saat 9:00-dan götürür, saat 16:00-dək geri qaytarır. 4. Yeni il bayramını uşaqlar bir il birinci tərəflə, növbəti il ikinci tərəflə qarşılayacaqlar. 5. Yay tətili zamanı – iyun, iyul və avqust aylarında, hər ay içində birinci tərəf uşaqlarını aparıb beş gün özü ilə saxlaya bilər. 6. Birinci tərəf uşaqlarını saat 21:00dan gec olmayaraq ikinci tərəf qaytarmalıdır. 7. Birinci tərəf uşaqları ikinci tərəfdən ancaq özü götürə bilər və geri qaytara bilər. 8. Birinci tərəf və ikinci tərəf uşaqları ilə əlaqəli olaraq bir-biri ilə telefon əlaqələri saxlamağa məsuldurlar, tərəflərə əsassız olaraq digər tərəfin telefon zəngini açmamaq və bağlamaq olmaz. 9. Tərəflər bu sazişin şərtlərini poza bilməzlər, əks təqdirdə digər tərəf on gün ərzində məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən onlar uşaqlarıyla görüş barədə razılığa gəlmişlər. X1 barışıq sazişinin tələblərini kobud surətdə pozmuş və aliment öhdəliyini lazımı qaydada icra etməmişdir. X5 barışıq sazişini könüllü icra etmək niyyəti olmamışdır. Belə olan halda məcburən barışıq sazişinin təsdiq olunması məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmədən Maraqlı şəxs ilə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini və uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi məqsədilə xx.xx.2016-cı ildə doğulmuş Aylin və xx.xx.2018-ci ildə doğulmuş Ömər adlı uşaqları ilə görüş günlərinin təyin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə MPM-in 185-ci maddəsinə əsasən işə Maraqlı şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş doğum haqqında arayışlardan görünür ki, xx.xx.2016-cı ildə doğulmuş Aylin və xx.xx.2018-ci ildə doğulmuş Ömər adlı uşaqların atası Ərizəçi və anası isə Maraqlı şəxsdır. İşə əlavə olunmuş Qax rayon Məhkəməsinin 2(024)-872/2021 saylı, 15 noyabr 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş və iddiaçı X5 ilə cavabdeh Ərizəçi arasında xx.xx.2017-ci il tarixdə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində bağlanmış, 343 nömrə ilə qeyd edilmiş nikah pozulmuş; xx.xx.2016-cı ildə doğulmuş X6 və xx.xx.2018-ci ildə doğulmuş X4 iddiaçı X2 himayəsində olması müəyyən edilmiş; cavabdeh Ərizəçi xx.xx.2016-cı ildə doğulmuş X6 və xx.xx.2018-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması və maddi cəhətdən təmin edilməsi üçün hər ay hər bir uşaq üçün 120 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X3 verilmişdir. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli Barışıq sazişindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi uşaqlarla görüş mübahinə dair razılığa gəlmişlər. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddsəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikası MPM-nin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini obyektiv və qərəzsiz nəzərdən keçirərək belə nəticəyə gəlir ki, Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi “1. Birinci tərəf həftəiçi hər ayın bir həftəsinin cümə günü axşam uşaqlarını götürəcək və bazar günü saat 16:00-dək ikinci tərəfə qaytaracaq. Qalan üç həfətiçi isə şənbə və ya bazar günü birinci tərəf uşaqları səhər götürür, saat 16:00-dək geri qaytarır. 2. Qarşılıqlı razılıq əsasında bayram günlərinin yarısını uşaqlar birinci tərəflə, digər yarısını isə ikinci tərəflə qalacaq. 3. Uşaqların ad günləri birinci tərəf uşaqları saat 9:00-dan götürür, saat 16:00-dək geri qaytarır. 4. Yeni il bayramını uşaqlar bir il birinci tərəflə, növbəti il ikinci tərəflə qarşılayacaqlar.

5. Yay tətili zamanı – iyun, iyul və avqust aylarında, hər ay içində birinci tərəf uşaqlarını aparıb beş gün özü ilə saxlaya bilər. 6. Birinci tərəf uşaqlarını saat 21:00-dan gec olmayaraq ikinci tərəf qaytarmalıdır. 7. Birinci tərəf uşaqları ikinci tərəfdən ancaq özü götürə bilər və geri qaytara bilər. 8. Birinci tərəf və ikinci tərəf uşaqları ilə əlaqəli olaraq bir-biri ilə telefon əlaqələri saxlamağa məsuldurlar, tərəflərə əsassız olaraq digər tərəfin telefon zəngini açmamaq və bağlamaq olmaz. 9. Tərəflər bu sazişin şərtlərini poza bilməzlər, əks təqdirdə digər tərəf on gün ərzində məhkəməyə müraciət edə bilər.” şərtləri ilə təsdiq edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi “1. Birinci tərəf həftəiçi hər ayın bir həftəsinin cümə günü axşam uşaqlarını götürəcək və bazar günü saat 16:00-dək ikinci tərəfə qaytaracaq. Qalan üç həfətiçi isə şənbə və ya bazar günü birinci tərəf uşaqları səhər götürür, saat 16:00-dək geri qaytarır. 2. Qarşılıqlı razılıq əsasında bayram günlərinin yarısını uşaqlar birinci tərəflə, digər yarısını isə ikinci tərəflə qalacaq. 3. Uşaqların ad günləri birinci tərəf uşaqları saat 9:00-dan götürür, saat 16:00-dək geri qaytarır. 4. Yeni il bayramını uşaqlar bir il birinci tərəflə, növbəti il ikinci tərəflə qarşılayacaqlar. 5. Yay tətili zamanı – iyun, iyul və avqust aylarında, hər ay içində birinci tərəf uşaqlarını aparıb beş gün özü ilə saxlaya bilər. 6. Birinci tərəf uşaqlarını saat 21:00-dan gec olmayaraq ikinci tərəf qaytarmalıdır.

7. Birinci tərəf uşaqları ikinci tərəfdən ancaq özü götürə bilər və geri qaytara bilər. 8. Birinci tərəf və ikinci tərəf uşaqları ilə əlaqəli olaraq bir-biri ilə telefon əlaqələri saxlamağa məsuldurlar, tərəflərə əsassız olaraq digər tərəfin telefon zəngini açmamaq və bağlamaq olmaz. 9. Tərəflər bu sazişin şərtlərini poza bilməzlər, əks təqdirdə digər tərəf on gün ərzində məhkəməyə müraciət edə bilər.” şərtləri ilə təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

HAKİM Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar