Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1443/2024 15.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ÜƏ Y YƏ N E T D İ : Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən anası xx.xx.1934-cü il təvəllüdlü, X2 xx.xx.2003-cü il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X1 xx.xx.1934-cü il tarixdə anadan olmuşdur. X1 xx.xx.2003-cü il tarixdə səhhətində narahatlıq olmuş, ünvan 1 ünvanda ailə üzvlərinin və qonşuların yanında vəfat edib. Anası ünvan 2lığında dəfn edilib. İndiki vaxtadək anasına ölüm haqqında şəhadətnamə almamışdır. Onun və ailə üzvlərinin başı anasının yas məclisinə qarışdığından və qanunu bilməməklərindən ölüm haqqında şəhadətnaməni ala bilməmişlər. Ancaq ona məlum olmuşdur ki, məhkəməyə müraciət etməzdən öncə Maraqlı şəxsnə şəhadətnamənin alınması üçün müraciət etdi. Lakin Maraqlı şəxs 08 may 2024-cü il tarixdə məhkəməyə müraciət etməyi tövsiyyə etdi. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə əsasən məhkəmədən anası xx.xx.1934-cü il təvəllüdlü, X3 xx.xx.2003-cü il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin əvvəlki məhkəmə iclasında iştirak edən nümayəndəsi X7 məhkəmə iclası zamanı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X10 məhkəmə iclası zamanı verdiyi ifadəsində gösətdi ki, ərizəçi onun dostudur. Ərizəçinin anası 2003-cü ildə fevralın 23 də vəfat edib. Onu ünvan 2lığında dəft etmişlər. Verilən yas mərasimində o da iştirak etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, ərizəçini uşaq vaxtlarından tanıyır. Ərizəçinin anası 2003-cü ildə vəfat etmişdir. Dəfn mərasimində o da iştirak etmişdir. Verilən bütün yas mərasimlərində iştirak etmişdir. Mingəçevir şəhəri “Mingəçevir kənd” qəbiristanlığında dəfn olunmuşdur və dəfnində iştirak etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, ərizəçi ilə bir kənddə olmuşlar və dostdurlar. Ərizəçinin anası 2003-cü ildə fevral ayında vəfat etmişdir. Dəfn mərasimində oda iştirak etmişdir. Bütün yas mərasimlərində iştirak etmişdir. Mingəçevir şəhəri “Mingəçevir kənd” qəbiristanlığında dəfn olunmuşdur və dəfnində iştirak etmişdir. Məhkəmə ərizəni, ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə Mingəçevir şəhərində X6 və X2 birgə nikahından doğulmuşdur. Sovet Sosialist Respublikası İttifaqı vətəndaşının pasportunun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.1934-cü il tarixində Ağdam şəhərində anadan olmuşdur. İş materiallarında olan Mingəçevir Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli, 644 nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanda yaşamış mərhum X4 xx.xx.2003-cü il tarixdə Mingəçevir şəhəri “Kənd” qəbrisitanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 3-16- 5/7-Y-1xx-xx/2024 saylı məktubdan görünür ki, Maraqlı şəxs akt qeydləri arxivində xx.xx.2000-xx.xx.2006-cı illər üzrə yoxlama aparılmış, lakin X3 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan MKT İstehsalat Birliyi tərəfindən verilmiş 401 saylı xx.xx.2024cü il tarixli arayışdan görünür ki, Yusufov X8 şəhəri, Kür küçəsi 24 ünvanda yaşayır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8–ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi anasının vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Ərizəçi xx.xx.1934-cü il təvəllüdlü X4 -xx.xx.2003-cü il tarixdə Mingəçevir şəhərində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Hüquqi faktın müəyyən edilməsi ərizəçiyə əmlakını bağışlamaq üçün notariat kontoruna təqdim edilməsi üçün aidiyyəti orqanlara verilməli olduğundan zəruridir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1934-cü il təvəllüdlü X3 23 fevral 2003-cü il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X3 vəfat etməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1443/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1443/2024
15.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver