Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1450/2025 03.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Ərizəçi: Ərizəçi, Maraqlı şəxs: Maraqlı şəxs rəisi X3 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y YƏ N E T D İ : Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.1978-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş və xx.xx.1979-cu il tarixdə Mingəçevir şəhərində vəfat etmiş X7 ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsində adı yanlışlıqla “Mahizər” kimi qeyd olunmuşdur. Belə ki, adının “Mahuzər” kimi qeyd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi mərhum uşağı X11 xx.xx.1978-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş və körpə ikən 3 ayında xx.xx.1979-cu il tarixdə Mingəçevir şəhərində vəfat etmişdir. Mingəçevir şəhər qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxtlarda yas mərasimi ilə əlaqədar başları qarışıq olduğundan ölüm faktını qeyd etdirməmişlər. Belə ki, mərhum X9 ilə rəsmi nikahda olmuşlar və əri Yaşar Usubov xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Mərhum uşağına ölüm haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə ərizə ilə etdiyi müraciətə xx.xx.2025-ci il tarixli, 3-16-5/7- 232- 69/2025 saylı məktubla cavab verilmişdir ki, “Ölümü təsdiq edən” sənəd olmadığından ərizənin təmin edilməsi mümkün deyil. Odur ki, məhkəməyə müraciət etməsi məsləhət görülür. Uşağının ölməsi faktını məhkəmədə şahidlər də təsdiq edə bilərlər. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Mərhum uşağı X11 xx.xx.1978-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş və 3 aylıq ikən Mingəçevir şəhərində vəfat etmişdir və elə burda da dəfn olunmuşdur. Həmin vaxt ölüm faktını qeyd etdirə bilməmişlər. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs rəisi X5 Azərbaycan Respublikası vətəndaşı barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama aparılmışdır. Ölümün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Odur ki, ərizənin təmin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş şahid X6 məhkəmə iclası zamanı izahatında bildirdi ki, Ərizəçi onun bacısıdır. Onun üç uşağı var idi və biri vəfat etmişdir. Uşaq anadangəlmə travma aldığından qüsurlu idi. 1978-ci ilin noyabr ayının əvvəllərində doğulmuşdur. 1979-cu ilin 20 aprel tarixində Mingəçevir şəhərində vəfat etmişdir. Dəfn mərasimində iştirak etmiş, lakin yas mərasimi keçirilməmişdir. X2 məhkəmə iclasında bildirdi ki, Ərizəçi onun bacısıdır. Onun üç uşağı doğulmuşdur, biri ölmüşdür. Araz adlı uşaq xəstə idi, 12 fevral 1979-cu il tarixdə vəfat etmişdir. Yas mərasimi keçirilib. Böyük yas mərasimi keçirilməmişdir. Yaxın qohumların iştirakı ilə kiçik yas mərasimi oldu. Uşaq Oğuz rayonu, Xaçmaz kənd qəbiristanlığında dəfn edilmişdir. O, dəfndə iştirak etmişdir. X1 məhkəmə iclasında bildirdi ki, Ərizəçi onun eltisidir. Belə ki, ərizəçinin üç uşağı doğulmuşdur, biri isə ölmüşdür. Araz adlı uşaq xx.xx.1978-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. Həmin uşaq doğulandan xəstə idi. Oğuzun Xaçmaz kəndində dəfn olunmuşdur. Məhkəmə ərizəni, ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: Belə ki, işdə olan doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1978-ci il tarixdə X9 və Ərizəçi birgə nikahından doğulmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 3-16- 5/7-2xx-xx/2025 saylı məktubdan görünür ki, Maraqlı şəxs akt qeydləri arxivində xx.xx.2025-cü il tarixədək yoxlama aparılmış, lakin xx.xx.1979-cu il tarixdə vəfat etmiş qardaşı X7 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan “ölüm haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 06 mart 2019-cu il tarixdə ikincili hipertenziya səbəbindən vəfat etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8–ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi oğlunun vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Ərizəçi oğlu X11 xx.xx.1979-cu ildə il tarixdə Mingəçevir şəhərində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1978-ci il tarixdə doğulmuş X7 xx.xx.1979-cu il tarixdə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilsin. X7 ölməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1450/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1450/2025
03.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver