Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1454/2022 22.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.1941-ci il tarixdə doğulmuş mərhum atası X1 xx.xx.2022-ci il tarixdə Almaniya Federativ Respublikasının Herford şəhərində vəfat etməsi faktının müəyyən olunması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X4 onun atasıdır. Mərhum atası arvadı Sona Əmrahova ilə birlikdə uzun müddət Almaniyanın Herford şəhərində yaşamışlar. Mərhum atası X4 xx.xx.2022-ci il tarixdə Herford şəhərində vəfat etmiş, dəfn edilməsi üçün arvadı Sona Əmrahova tərəfindən Azərbaycana göndərilmişdir. Onun yas mərasimi öz həyətlərində Mingəçevir şəhəri, M.Maqomayev prospekti, ev 14, mənzil 21-də keçirilmiş və Mingəçevir kənd qəbiristanlığında dəfn edilmişdir. Lakin onun ölümü qeydə alınmamışdır. Hazırda atasının ölümünü təsdiq edən sənəd olmadığı üçün tələb olunan zaman müvafiq orqanlara heç bir sənəd təqdim edə bilmir. Bu məqsədlə Qeydiyyat Şöbəsinə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Başqa qaydada atasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşıdır. Həqiqətən, atası X4 xx.xx.2022-cı il tarixdə Almaniyanın Herford şəhərində vəfat etmişdir. xx.xx.2022-ci il tarixdə Mingəçevir kənd qəbirstanlığında dəfn edilmişdir. Onun özü də dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, ərizəçi onun dostu X1 oğludur. Həqiqətən, dostunun atası X4 xx.xx.2022-cı il tarixdə vəfat etmiş və Mingəçevir kənd qəbirstanlığında dəfn edilmişdir. 2022-ci il fevral ayının əvvəlində Zöhrabın ölüm xəbərini eşitmiş, dəfn və yas mərasimində iştirak etmişdir. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasınımümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Belə ki, işdə olan doğum haqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə X4 ilə X2 birgə nikahından doğulmuşdur. İşdə olan Mingəçevir şəhər bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 894 saylı arayışdan görünür ki, X4 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və 20 fevral 2022-ci ildə Mingəçevir kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 05/Q- 36/15 nömrəli məktubdan görünür ki, Maraqlı şəxs akt qeydləri arxivində xx.xx.2022xx.xx.2022-ci il üzrə yoxlama aparılmış, lakin X1 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, ərizəçinin mərhum atası X4 xx.xx.2022-cı il tarixdə vəfat etmiş və 20 fevral 2022-ci ildə Mingəçevir kənd qəbirstanlığında dəfn edilmişdir. Lakin ölümü vaxtında qeyd edilmədiyi üçün onun barəsində ölüm akt qeydi tərtib edilməmişdir. Ona görə də mərhum X1 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Hazırda vərəsəlik və sair sənədləşmə işlərinin həll edilməsi üçün ərizəçidən ölüm haqqında şəhadətnamə tələb olunur. Ərizəçi isə ölüm haqqında şəhadətnaməni müvafiq icra hakimiyyəti orqanından ala bilmir. Ona görə də məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8–ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi atasının vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli və xx.xx.1941-ci il tarixdə doğulmuş mərhum X1 xx.xx.2022-cı il tarixdə Almaniyanın Federativ Respublikasının Herford şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1941-ci il tarixdə doğulmuş X1 xx.xx.2022-cı il tarixdə Almaniya Federativ Respublikasının Herford şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X1 vəfat etməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölmünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1454/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1454/2022
22.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver