Məhkəmə qərarları › İş №2(051)-1454/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1454/2025

11.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1454/2025 11.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ÜƏ Y YƏ N E T D İ : İşin halları: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, mərhum oğlu X1 05 iyul 1995-ci il tarixdə vəfat etməsi ilə əlaqədar ölüm faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1995-ci ildə Mingəçevir şəhərində anadan olmuş və xx.xx.1995-ci ildə ölmüş və Mingəçevir şəhər “Sağ sahil” qəbiristanlığında dəfn olmuş oğlu X1 vəfat etməsi ilə əlaqədar ölüm faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun mərhum oğlu X4 xx.xx.1995-ci ildə anadan olmuş, xx.xx.1995-ci il tarixində vəfat etmiş və həmin tarixdə də dəfn edilmişdir. O, oğlunun ölüm haqqında şəhadətnaməsini əldə etmək üçün Maraqlı şəxsnə müraciət etsə də Maraqlı şəxs cavab məktubuna əsasən ölümü təsdiq edən sənəd olmadığı üçün həmin orqandan ona ölüm haqqında şəhadətnamə verilməmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. O qeyd olunan ölüm faktını başqa formada əldə edə bilmədiyindən, bu barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəni müdafiə edir. Mərhumun ölüm faktını təsdiq edəcək şahidlər də vardır. Ona görə də bu faktın məhkəmə qaydasında müəyyən edilməsini qanuni və əsaslı hesab edir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin əvvəlki məhkəmə iclasında iştirak etmiş maraqlı şəxsin nümayəndəsi verdiyi izahatında göstərmişdir ki, ərizəyə etiraz etmir və qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, ərizəçi onun qonşusu olub. Onlar Mingəçevir şəhərində həyət evində yaşayırlar. Ərizəçi də onlarla eyni məhəllədə yaşayır. İsmayılın oğlu rəhmətə gedəndə yas mərasimində o da iştirak etmişdir. Uşaq təxminən 15-20 il bundan qabaq rəhmətə getmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, ərizəçi ilə 1991-ci ildən qonşudurlar. Onların 1995-ci ildə uşağı olmuş, lakin bir-iki aydan sonra uşaq rəhmətə getmişdir. Uşaq rəhmətə gedəndən sonra onu “Sağ sahil” qəbirstanlığı deyilən yerdə dəfn etmişlər. Yas mərasimində o da iştirak etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: İşdə olan 19 may 1995-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1995-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. Valideynləri – atası Ərizəçi, anası X2r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2025-cü il tarixdə verilmiş 3- 16-5/8-15-301/2025 saylı məktubdan görünür ki, xx.xx.1995-ci ildə Mingəçevir şəhərində anadan olan X1 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamış, ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İşdə olan Mingəçevir bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 90 nömrəli arayışından görünür ki, Mingəçevir şəhəri, N.Rəfibəyli küçəsi, ev 1, mənzil 1-də yaşamış X4 xx.xx.1995-ci il tarixdə Mingəçevir şəhər “Sağ sahil” qəbiristanlığında dəfn olunmuşdur. İşdə olan fotoşəkillərdən görünür ki, kiçik, baş tərəfində daş qoyulmuş bir məzar vardır. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8–ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. Məhkəmə ərizəni, ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İşin halları ilə müəyyən olunur ki, ərizəçi oğlunun vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Ərizəçi oğlu X1 xx.xx.1995-cü ildə il tarixdə Mingəçevir şəhərində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1995-ci ildə il təvəllüdlü X1 xx.xx.1995-ci il tarixdə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilsin. X1 ölməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar