Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1462/2021 17.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «ölüm faktının müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, qardaşı 22.05.1974cü il təvəllüdlü X6 31 yanvar 1995-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, 22 may 1974-cü il tarixdə dünyaya gələn X9 onun qardaşıdır. Qardaşı 24.08.1992-ci il tarixdə azadlıqdan məhrumetmə cəzasına məhkum olunaraq Bakı şəhərində yerləşən 10 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilmişdir. X11 31.01.1995-ci il tarixdə həmin Cəzaçəkmə Müəssisəsində vəfat etmişdir. Lakin o zaman oradan heç bir ölüm haqqında həkim sənədi verməmişdilər. Bu səbəbdən də qardaşı barəsində ölüm haqqında şəhadətnaməni alamamışlar. Hazırda həmin sənəd ona vərəsəlik üçün lazımdır. Onu başqa cür əldə edə bilmir. Qardaşının vəfat etməsi faktını şahidlər də təsdiq edə bilərlər. Ona görə də məhkəmədən qardaşı 22.05.1974-cü il təvəllüdlü X6 31 yanvar 1995-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X15 ifadə verərək bildirdi ki, o, X6 xalası oğludur. X9, həqiqətən, 31 yanvar 1995-ci il tarixdə Bakı şəhərində həbsdə olan vaxt ölmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, o, X6 xalasıdır. X9, həqiqətən, 31 yanvar 1995-ci il tarixdə Bakı şəhərində həbsdə olan vaxt ölmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, o, X6 anabir ögey bacısıdır. X9, həqiqətən, 31 yanvar 1995-ci il tarixdə Bakı şəhərində həbsdə olan vaxt ölmüşdür. İşə əlavə olunmuş Doğum haqında şəhadətnamədən görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Ərizəçi atası kimi X10 və anası kimi isə X2 göstərilmişdir. İşə əlavə olunmuş Arayışdan görünür ki, 22 amy 1974-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş X6 atası X10 və anası isə X1r. İşə əlavə olunmuş Mingəçevir şəhər Bələdiyyəsi tərəfindən verilmiş 1404 №-li 23 iyun 2021-ci il tarixli Arayışdan görünür ki, həqiqətən də mərhum X9 03.02.1995-ci ildə Mingəçevir şəhəri, Sağ Sahil qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs 05/Q-45/15 saylı 07.05.2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi ərizəsinə baxılmış və X6 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq Vəziyyəti Aktlarının dövlət qeydiyyatı ilə bağlı təlimatının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. ölüm haqqında tibbi şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə qətnaməsi ilə müəyyən edilir. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, 22.05.1974-cü il təvəllüdlü X6 31 yanvar 1995-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 307-311, 216- 220, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: 22.05.1974-cü il təvəllüdlü X6 31 yanvar 1995-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X6 ölüm faktının müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən X5 qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün və ölüm haqqında şəhadətnamə verməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-1462/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1462/2021
17.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver