Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1477/2024 24.06.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Əliyeva Əminə Malik qızının katibliyi İddiaçı Ərizəçi cavabdeh X1 qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Ərizəçi cavabdeh X1 qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair Mingəçevir şəhər Məhkəməsində iddia qaldıraraq barışıq sazişinin təsdiq edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə ərizə baxılmamış saxlanılır. Belə ki, hazırki işdə hüquq haqqında mübahisə olmadığından və xüsusi icraat qaydasında baxılmalı olduğundan iş ərizəçi tərəfindən qaldırılmalı, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılmalıdır. (MPM 306.2) Lakin iddia ərizəsindən göründüyü kimi müəyyən olunmuş formaya və məzmuna riayət edilməyərək ərizə əvəzinə iddia ərizəsi verilmiş, ərizəçi və maraqlı şəxslər əvəzinə iddiaçı və cavabdeh qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 151, 152.1.1 və 306.2ci və 307.2.9-cu maddələrini nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, xüsusi icraat qaydasında baxılan işlərdə məhkəməyə verilən ərizənin forma və məzmunun müəyyən edilməsində həmin məcəllənin 149-cu maddəsində nəzərdə tutulan normaların tətbiq edilməsi qanunauyğundur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı Ərizəçi cavabdeh X1 qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Dövlət rüsumunun geri qaytarılması halları ilə bağlı MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1, 152.3, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddiaçı Ərizəçi cavabdeh X1 qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah olunsun ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. Dövlət rüsumu kimi nağd qaydada ödənilmiş 100 (bir yüz) manat məbləğində pul iddiaçı Ərizəçi qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi andan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1477/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1477/2024
24.06.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver