Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1483/2024 03.07.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi ilə Əliyeva Əminə Malik qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə bağlanmış MŞM/MT031/2023-00054 saylı xx.xx.2023-cü il tarixli Barışıq sazişi üzrə öz üzərinə götürdüyü öhdəlik şərtlərinin məcburi icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, hazırda barışıq sazişi ilə müəyyən edilmiş pul məbləğini ödəməyə maddi imkanı yoxdur. Ərizəçiyə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə icraat xitam verilməlidir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, qeyd olunan tələblə bağlı, eyni tərəflər arasında, eyni predmet barəsində xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2446/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi çıxarılmışdır. Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2446/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Maraqlı şəxs ilə Aşurova (Orucova) Şəfəq Alməmməd qızı arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə bağlanmış, 6000 manat məbləğində pulun Maraqlı şəxs tərəfindən Aşurova (Orucova) Şəfəq Alməmməd qızına ödənilməsinə dair öhdəlik götürməsi ilə bağlı barışıq sazişi təsdiq edilmiş və barışıq sazişinin məcburi icra edilməsi qət edilmişdir. Elektron informasiya sisteminə baxış keçirilərkən müəyyən edilmişdir ki, qeyd olunan qətnamədən hal-hazıradək apellyasiya şikayəti verilməmişdir. Məhkəmə kiçik iddia üzrə mülki işin sənədlərini nəzərdən keçirib hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində artıq məhkəmə qətnaməsi çıxarıldığı üçün mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4.-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 261.0.4, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə 2(051)-1483/2024 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətinə Mingəçevir şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1483/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1483/2024
03.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver