Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1486/2022 15.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.1977-ci il tarixdə doğulmuş mərhum əri Navab X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən olunması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, Navab X8 xx.xx.1917-ci il tarixdə nikah bağlamaqlaqla onunla evlənmişdir. Onların birgə nikahlarından uşaqları doğulmamışdır. Navab X8 23 mart 1977ci il tarixində Pakistan Respublikasında doğulmuşdur. Navab X8 xx.xx.1977-ci il tarixdə ünvan 1 ünvanında yaşayarkən qəflətən vəfat etmişdir. Təcili tibbi vardım mənzilə gələrək xəbərdarlıq vərəqəsi vermiş, lakin ölümün səbəbi qeyd edilmədiyindən, arayış ala bilməmişdir. Bu səbəbdən də o, mərhum ərinin ölüm haqqında şəhadətnaməsini almaq üçün Yasamal rayon Qeydiyyat şöbəsinə şifahi olaraq müraciət etdikdə, ona ölüm faktının müəyyən olunması ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Bundan başqa Maraqlı şəxsnə yazılı qaydada müraciət etmiş, ona ölüm faktının müəyyən olunması ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Hazırda sənədlərinin dəyişdirilməsi üçün ondan ölüm haqqında şəhadətnamə tələb edirlər. Lakin o, yaranmış problemlərlə əlaqədar ərinin ölüm haqqında şəhadətnaməsini ala bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Belə ki, işdə olan nikah haqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Navab X8 ilə X1 nikahları xx.xx.2017-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində 1945 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Navab Raca soyadı verilmişdir. İşdə olan vəsiqənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1977-ci il tarixdə doğulmuş Navab X6 xx.xx.2020-ci il tarixdə 2 il müddətinə qaçqın statusu verilmişdir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi yaşayış yeri ünvan 2 ünvanıdır. İşdə olan Təcili və X4 Stansiyasının 4 saylı bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 64 saylı arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanına Navab X3 adına çağırış daxil olmuş, çağırışı 4 saylı bölmənin həkimi Əziz Rəsulov yerinə yetirmiş və Navab X3 vəfat etməsini qeyd etmişdir. İşdə olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Yuxarı Nemətabadkənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 218 saylı arayışdan görünür ki, Navab X8 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Ağdaş rayonu Hacılar kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 05/Q- 40/15 nömrəli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2022-xx.xx.2022-ci il üzrə yoxlama aparılmış, lakin Navab X3 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Bakı şəhər Baş Səhiyyə İdarəsi 39 nömrəli şəhər poliklinikası tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş məktubdan görünür ki, Navab X3 ölümü qəfləti olduğundan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli, 05 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4.4.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, ərizəçinin mərhum həyat yoldaşı Navab X8 xx.xx.2022-cı il tarixdə vəfat etmiş və Ağdaş rayonu Hacılar kənd qəbirstanlığında dəfn olunmuşdur. Təcili tibbi vardım tərəfindən ərinin ölümü ilə bağlı xəbərdarlıq vərəqəsi verilmiş, lakin ölümün səbəbi qeyd edilmədiyindən, arayış ala bilməmişdir. Bununla da onun barəsində ölüm akt qeydi tərtib edilməmişdir. Ona görə də mərhum Navab X3 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Hazırda sənədlərinin dəyişdirilməsi üçün ərizəçidən ölüm haqqında şəhadətnamə tələb olunur. Ərizəçi isə ölüm haqqında şəhadətnaməni müvafiq icra hakimiyyəti orqanından ala bilmir. Ona görə də məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8–ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi həyat yoldaşının vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli və xx.xx.1977-ci il tarixdə doğulmuş mərhum Navab X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307–311 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1977-ci il tarixdə Pakistan İslam Respublikasının Multan şəhərində doğulmuş Navab X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Navab X3 vəfat etməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1486/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1486/2022
15.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver