Məhkəmə qərarları › İş №2(051)-1495/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1495/2022

03.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1495/2022 03.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi: Ərizəçi və vəkili X5 iştirakı ilə, Ərizəçi şəxsin ölmüş elan edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi şəxsin ölmüş elan edilməsi barədə ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, *0.*2.*977–ci il tarixdə doğulmuş qardaşı X6 ölmüş elan edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsinin dəlillərini müdafiə edərək əsasən ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X7 onun doğma qardaşıdır. O, *0.*2.*977-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur və onlar ailəlikcə Mingəçevir şəhəri, M.Maqomayev prospekti 50 saylı binanın **-ci mənzilində yaşamışlar. 2000-ci ilin əvvəllərindən evdən çıxıb getmişdir. Hara getməsi məlum olmamışdır. Həmin vaxtdan indiyə kimi onu hər tərəfdə, hətta Rusiya, Ukrayna və digər xarici ölkələrdə yaxınları vasitəsi ilə axtarmışlar. Lakin heç bir yerdə tapa bilməmişlər. Hətta Mingəçevir şəhər Polis şöbəsində onun haqqında axtarış işi açılmış, hərtərəfli axtarış aparılmış, lakin müsbət nəticə olmamışdır. Artıq tamamilə qənaətə gəlmişlər ki, Yaşar Qəhrəmanov ölmüşdür. Qardaşı Yaşar ailəsinə çox bağlı idi və sağ olmuş olsa idi, mütləq ailəsini axtarardı. İndiyə kimi telefonla da olsa, heç bir əlaqə yaradılmamışdır. Onun ölmüş elan edilməsi həm qeydiyyatdan çıxarılması, həm də yaxınlarının gözünün yoldan yığılması üçün zəruridir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən *0.*2.*977–ci il tarixdə doğulmuş qardaşı X6 ölmüş elan edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, ərizəçi onun oğludur. Digər oğlu olan Yaşar Qəhrəmanov *0.*2.*977-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. Oğlu Yaşar *8 yaşına çatdıqda həqiqi hərbi xidmətə çağırıldı. Hərbi xidmətdən qayıtdıqdan az müddət sonra evdən çıxmış və hazırkı vaxtadək onun harada olması məlum deyil. Ərizəçi qardaşını Azərbaycan, Rusiya və Ukraynada olan qohumları vasitəsi ilə axtarışa verməsinə baxmayaraq, onun barəsində heç bir məlumat əldə edə bilməmişlər. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş məktubdan görünür ki, X7 barəsində Mİngəçevir ŞPŞ-də *5.07.2000-ci il tarixdə axtarış işi açılmış və onun tutularaq aidiyyatı üzrə təhvil verilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Buna baxmayaraq, axtarışda olan X7 barəsində heç bir məlumat əldə edilməmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 2*.06.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi xx.xx.*969-cu il tarixdə X8 ilə X* birgə nikahlarından doğulmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 2*.06.2022-ci il tarixli arayışdan görünür ki, X7 *8.*2.*977-ci il tarixdə X8 ilə X* birgə nikahlarından doğulmuşdur. İşdə olan xx.xx.2000-ci il tarixli qərardan görünür ki, X7 barəsində həbs qətimkan tədbirinin seçilmiş, axtarış elan edilmiş və tutulan kimi AR ƏN-nin * saylı istintaq təcridxanasına etap olunması qərara alınmışdır. Beləliklə məhkəmə iclası zamanı müəyyən olundu ki, X7 *8.*2.*977–ci il tarixdə Mingəçevir şəhərində doğulmuş və Mingəçevir şəhəri, M.Maqomayev prospekti, 50 saylı binanın **-ci mənzilində yaşamışdır. 2000-ci ilin əvvəllərindən evdən çıxıb getmişdir. Hara getməsi məlum olmamışdır. X6 itkin düşməsindən barəsində artıq 20 ildən çox vaxt keçməsinə baxmayaraq, onun harada olması barədə heç bir məlumatı yoxdur. Ərizəçi qardaşının yerini müəyyən etmək məqsədilə dəfələrlə Mingəçevir şəhər Polis Şöbəsinə müraciət etmiş, onun barəsində axtarış işi açılmış, lakin ərizəçi qardaşının harada olması barədə məlumat əldə edə bilməmişdir. Ona görə də qardaşının ölmüş elan olunması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Həmin faktın müəyyən edilməsi ərizəçinin əmlak hüquqlarının həyata keçirilməsi ilə bağlıdır. Məhkəmə, həmçinin müəyyən etdi ki, ərizəçi 0*.06.2007-ci il tarixdən yaşayış yeri üzrə Mingəçevir şəhəri, M.Maqomayev küçəsi, ev 50, mənzil ** ünvanında yaşayır. Həmin vaxtdan da ərizəçinin qardaşının sağ olması barədə məlumatı olmamışdır. Azərbaycan Respublikası MPM–in 3*2–ci madəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, ərizəçi qardaşının ölmüş elan edilməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 3*3-cü maddəsində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. İş materialları ilə müəyyən olunur ki, qardaşının ölmüş elan edilməsi faktının müəyyən edilməsi ərizəçiyə müəyyən sənədləşmə işlərinin aparılması üçün lazımdır. Bu səbəbdən də ərizəçi məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM–in 3*3-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Məhkəmə iş üzrə toplanmış materiallar əsasında müəyyən edilmiş hallara əsasən hesab edir ki, ərizəçinin qardaşı X3 yaşayış yeri olan Mingəçevir şəhərində onun harada olması barədə 22 il ərzində heç bir məlumat olmadığından, ərizəçinin qardaşının sağ olması ehtimalı yoxdur. Ona görə də ərizəçinin qardaşı X7 ölmüş elan edilməlidir. Azərbaycan Respublikası MM–in 4*.*–ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 4*.3–cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası MPM–in 3*5.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 2*3, 2*6–220, 233, 3*2–3*6 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. *8.*2.*977–ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Mingəçevir şəhəri, M.Maqomayev küçəsi, ev 50, mənzil ** ünvanında yaşamış X7 ölmüş elan edilsin. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün X6 ölüm günü sayılsın. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi Qeydiyyat Şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına X6 ölməsi barədə qeyd etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar