Məhkəmə qərarları › İş №2(051)-1497/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1497/2025

20.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1497/2025 20.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y YƏ N E T D İ : Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, 14 dekabr 1971-ci il tarixdə doğulmuş qardaşı X2 11 fevral 1972-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 14 dekabr 1971-ci il tarixdə doğulmuş qardaşı X2 11 fevral 1972-ci il tarixdə Yevlax rayonu, Əksəm kəndində ölməsi faktının müəyyən edilməsinə dair dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1976-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. X1 03 mart 2025-ci il tarixdə, anası X22 19 iyun 2009-cu il tarixdə vəfat etmişlər. Ailədə 7 uşaq olmuşlar- üç bacı, dörd qardaş. Bacıları xx.xx.1972-ci il tarixdə doğulmuş Mülayim və İlhamə, qardaşı xx.xx.1971-ci il tarixdə doğulmuş Bahadur vəfat etmişlər. Atası vəfat edəndən bir neçə ay sonra mirası qəbul etmək üçün Notariat Kontoruna yaxınlaşdığı vaxt ərizəçiyə məlum olmuşdur ki, qardaşı Bahadurun ölümü qeydə alınmamışdır. Belə ki, mərhum anası və qohumlarının deməsindən ərizəçiyə məlum olmuşdur ki, qardaşı Bahadur hələ iki aylıq olarkən xəstəlikdən vəfat etmişdir. Bahaduru Yevlax rayon, X11 dəfn etmişlər. Uşaq körpə olduğundan ona yas mərasimi keçirməmişlər. Yalnız ərizəçinin qardaşının doğumunu və ölümünü qohumları Təzəgül Sofiyeva, Polad Abdullayev və digərləri təsdiq edə bilərlər. Mingəçevir regional “Asan xidmət” Mərkəzindən onun ölümü barədə arayış əldə etmək istəyərkən, ölüm barədə qeyd aparılmadığından imtina edildi. Ərizəçinin qardaşının ölüm haqqında şəhadətnaməsi olmadığından onlar vərəsəliklə bağlı sənədləşdirmə işlərini həyata keçirə bilməmişlər. Buna görə də, məhkəmə qaydasında qardaşının ölüm faktının müəyyən edilməsi zəruridir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, ərizəçi onun bacısı oğludur. Bacısının yeddi uşağı olmuş, onlardan üçü- Bahadur, İlhamə, Mülayim adlı uşaqlar vəfat etmişlər. Bahadur 1971-ci ilin fevral ayında vəfat etmişdir. 1971ci ilin dekabr ayında doğulmuşdur. Uşaq doğulandan xəstə idi, bu səbəbdən vəfat etmiş, bundan sonra Yevlax rayon, X11 dəfn edilmişdir. Onlar yas mərasimi keçirməmişlər. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, ərizəçi onun bacısının oğludur. Bacısının yeddi uşağı olmuş, onlardan dördü hal-hazırda sağdır, üçü vəfat etmişdir. Onlardan ikisi əkiz qız olmuş, biri isə oğlandır. Oğlu Bahadur 1972-ci il tarixdə fevral ayında vəfat etmişdir. Belə ki, uşaq xəstə doğulmuşdur, doğulandan sonra heç qırxı çıxmadan vəfat etdi. Xəstəliyi isə həddindən artıq zəif olması idi. Yevlax rayonu, X11 dəfn olunmuş, dəfnində kişilər iştirak etmişdir. Şahid Təzəgül körpə uşaqlı olduğu üçün iştirak edə bilməmişdir. Uşaq körpə vaxtı öldüyündən ona yas mərasimi verməmişlər. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin edilməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmioşlər. Məhkəmə mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli Yevlax rayon, X20 tərəfindən verilmiş arayışdan görünür ki, X6 xx.xx.1971-ci il tarixdə doğulmuş və xx.xx.1972-ci il tarixdə vəfat etmiş, Yevlax rayon, X11 dəfn olunmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Rəcəbov X3 şəhəri, H.Əliyev prospekti, ev 42, mənzil 55 ünvanında qeydiyyatdadır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-2xx-xx/2025 saylı məktubdan görünür ki, xx.xx.1971-ci il tarixdən-xx.xx.1975-ci il tarixədək qardaşı X2 ölümünün qeydə alınması barədə heç bir akt aşkar olunmamışdır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/7-R-15- 639/2025 saylı arayışdan görünür ki, X4 xx.xx.2025-ci il tarixədək Vətəndaşlıq vəziyyəti aktlarının dövlət reyestrində aşkar olunmuş qohumluq məlumatları aşağıdakı kimidir: 1. Arvadı: X22 (vəfat etmişdir) 2. Oğlu: X8 3. Oğlu: X6 4. Qızı: X5 (vəfat etmişdir) 5. Qızı: X7 (vəfat etmişdir) 6. Oğlu: Ərizəçi 7. Oğlu: X9. İşdə olan “ölüm haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, anası X22 20 iyun 2009-cu il tarixdə xərçəng kaxek, yoğun bağırsağın xərçəngi səbəbindən vəfat etmişdir. İşdə olan “ölüm haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X1 xx.xx.2025-ci il tarixdə ürəyin kəskin işemik xəstəliyinin digər formaları səbəbindən vəfat etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8–ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi oğlunun vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Ərizəçi qardaşı X2 xx.xx.1972-ci il tarixdə Yevlax rayonu, Əksəm kəndində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1971-ci il tarixdə doğulmuş X2 xx.xx.1972-ci ildə il tarixdə Yevlax rayonu, Əksəm kəndində ölməsi faktı müəyyən edilsin. X2 ölməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar