Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1522/2023 15.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 2041 (iki min qırx bir) manat məbləğdə pulun və texniki baxışın keçirilməsi üçün ödənilmiş 48.96 manatıın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, “VÄZ-2174” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və onun mülkiyyətindədir. 08 may 2023-cü il tarixdə, saat 17:50 radələrində Mingəçevir şəhər Samux küçəsi ilə Xaldan şossesi istiqamətində “VAZ-2174” markalı, ** BP *** nömrəli avtomobillə hərəkətdə olan zaman yolun hərəkət hissəsində durbanın yola düşdüyünü görüb avtomobilin surətini azaldıb dayandı. Həmin vaxt arxası ilə gələn “VAZ-21033” markalı, **-BC-*** nömrəli avtomaşının sürücüsü Cavabdeh avtomobilini saxlaya bilməyib toqquşdular. Toqquşmanın təsirindən avtomobilim qabağa hərəkət edərək yolun sağ hissəsinə çıxaraq işıq dayağına avtomobilimin qabaq hissəsi dəyərək yenidən toqquşdu. Toqquşma zamanı heç kim xəsarət almadı. Hadisədən əvvəl avtomobilin saz vəziyyətdə idi. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə maddi ziyan dəymiş və avtomobilim yararsız hala düşmüşdür. Belə ki, "xxxx" MMC-nin nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair smetasına əsasən ona məxsus avtomobilə 2041 (iki min qırx bir) manat məbləğdə maddi ziyan dəymişdir. Cavabdehdən dəfələrlə avtomobilinə dəymiş zərərin əvəzini ödəməsini tələb etsə də, heç bir nəticəsi olmamışdır. Buna görə də əlacsız qalıb məhkəməyə müraciət etməli oldu. Onu da məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Cavabdeh barəsində 15 may 2023-cü il tarixli, 3(051 )-428/2023 nömrəli Mingəçevir şəhər Məhkəməsinin Qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğdə inzibati cərimə edilmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qismən qəbul edərək iddia tələbinin ekspert rəyində qeyd edilən hissəsini qəbul etdiyini və iddianı rəydə göstərilən məbləğdə təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsi, iddiaçının və cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin təmirinə dair smetadan görünür ki, ** BP *** dövlət nömrə nişanlı, “VAZ 2174 ” markalı avtomobilə 2041 manat dəyərinə ziyan dəymişdir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(051)-428/2023 saylı qərarından görünür ki, Cavabdeh AR İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşdə olan inzibati xəta haqqında ******* nömrəli protokoldan görünür ki, Cavabdeh İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətdiyi üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5751 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə 2009-cu il buraxılşlı “Vaz 21074” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1436 manat müəyyən edilir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, Cavabdeh 08 may 2023-cü il tarixdə, saat 17:50 radələrində Mingəçevir şəhəri, Samux küçəsi ilə Xaldan şossesi istiqamətində idarə etdiyi “VAZ 21033" markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkət qaydalarını pozmuş və yol-nəqliyyat hadisəsi baş vermiş, idarə etdiyi avtomaşın vətəndaş İddiaçı idarə etdiyi “Vaz 21074” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə iddiaçıya məxsus avtomaşın yararsız vəziyyətə düşmüşdür. Ona görə də Cavabdeh AR İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası MM–nin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tərəfindən, işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh iddiaçıya maddi zərər vurmuşdur. Eləcə də iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Lakin məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi miqdarda vəsaitin cavabdehdən tutularaq iddiaçıya verilməsi ilə bağlı konkret sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, İddiaçı cavabdehdən onun avtomobilinə dəymiş ziyana görə 2041 manat tələb etmişdir. Lakin işdə olan sənədlərə, həmçinin ekspert rəyinə baxış keçirirkən müəyyən olunur ki, yol nəqliyyat hadisəsi nəticəsində cavabdehə dəymiş zərərin ümumi həcmi 1436 manat müəyyən edilmişdir. Belə olan halda iddiaçının cavabdehdən tələb etdiyi 2041 manat məbləğin 1436 manat hissəsi tutulmalıdır. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən qəza nəticəsində dəymiş maddi ziyanın və mənəvi zərərin ödənilməsini sübutetmə yükü iddiaçının, lakin avto qəza nəticəsində dəymiş həmin maddi ziyanın mövcud olmadığını sübut etmə yükü isə cavabdeh tərəfin üzərinə düşür. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan iddia qismən təmin edilməli, cavabdehdən dəymiş maddi zərərə görə 1436 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, məhkəmənin öz təşəbbüsü əsasında təyin edilmiş 12 oktyabr 2023-cü il tarixli məhkəmə–əmtəəşünaslıq ekspertizası tədqiqatın dəyəri olan 50 manat məhkəmə xərci cavabdehdən tutulmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə–əmtəəşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatların dəyəri ümumilikdə 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə müvafiq olaraq iddiaçının məhkəməyə iddia ərizəsi verərkən ödədiyi dövlət rüsumunun 34,36 manat hissəsi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 1436 (bir min dörd yüz otuz altı) manat pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 34,36 manat məbləğində pul alınıb iddiaçı İddiaçı verilsin. Ekspertiza tədqiqatın dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1522/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1522/2023
15.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver