Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1523/2023 20.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə Ərizəçi (Maraqlı şəxs) «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, xx.xx.1995-ci il təvəllüdlü qızı X2 xx.xx.2003-cü il tarixdə Mingəçevir şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, X4 onun doğma qızıdır. Qızı Əsmər xx.xx.1995-ci ildə Mingəçevir şəhərində doğulmuş, xx.xx.2003-cü ildə vəfat etmişdir. Qızı Mingəçevir şəhər Sağ Sahil qəbirstanlığında dəfn olunmuşdur. Hazırda oğlunun ölüm haqqında şəhadətnaməsi yoxdur. Qeydiyyat şöbəsinə müraciət etsə də, onun ölümü barədə şəhadətnamə ala bilməmiş və ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Həmin faktın başqa cür müəyyən edilməsi mümkün deyildir. Qızının ölümünü qohum və qonşular təsdiq edə bilərlər. Odur ki, məhkəmədən xx.xx.1995-ci il təvəllüdlü qızı X2 xx.xx.2003-cü il tarixdə Mingəçevir şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi və Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq ərizəçi məhkəmə iclasına gəlməmiş və maraqlı şəxs məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Bununla belə Ərizəçi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə ərizəçi və maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, O, mərhum X2 xalasıdır. Həqiqətən, Əsmər xx.xx.2003-cü ildə vəfat etmişdir. Onu Mingəçevir şəhər Sağ Sahil qəbirstanlığında dəfn etmişlər. İş üzrə şahid qismində dindirilmiş X5 şahid X3 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsini bir daha təsdiq etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, həqiqətən də, xx.xx.1995-ci il təvəllüdlü X2 anası Ərizəçidır. Məhkəməyə təqdim edilmiş Maraqlı şəxs xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, X2 ölümünün qeydə alınması barədə Maraqlı şəxs akt qeydləri arxivində heç bir akt qeydi aşkar olunmamışdır Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş X1 dövlət qeydiyyatı ilə bağlı təlimatının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Ona görə də ərizəçiyə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İşə əlavə edilmiş Mingəçevir bələdiyyəsi tərəfindən verilmiş 17 may 2023-cü il tarixli arayışdan görünür ki, həqiqətən, mərhum X4 xx.xx.2003-cü il tarixdə Mingəçevir şəhəri “Sağ sahil” qəbirstanlığında dəfn olunmuşdur. MPM-nin 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Beləliklə, məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizəçinin qızı X2 xx.xx.2003-cü ildə il tarixdə ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 307-311, 216-220, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. xx.xx.1995-ci il təvəllüdlü X2 xx.xx.2003-cü il tarixdə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilmiş hesab olunsun. X2 ölüm faktının müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən X1 qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün və ölüm haqqında şəhadətnamə verməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-1523/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1523/2023
20.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver