Məhkəmə qərarları › İş №2(051)-1542/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1542/2021

26.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1542/2021 26.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi iştirakı ilə Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, oğlu 22.10.2006cı il təvəllüdlü X6 11 iyun 2021-ci ildə Mingəçevir şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, X8 onun oğludur. X9 11 iyun 2021-ci il tarixdə Yuxarı Qarabağ kanalaının Mingəçevir şhəri X16 ərazisindən keçən hissəsində müaviznətini itirərək suya yıxılaraq boğulub ölmüşdür. Mingəçevir şəhər Prokurorluğu tərəfindən bu fakt araşdırılmış və bədbəxt hadisə baş verdiyi müəyyən edilmişdir. Təcili yardımın həkimləri təəfindən övladının suda boğularaq öldüyünü təsdiq edən sənəd verilsədə həkim şəhadətnaməsi verilmədiyindən Qeydiyyat Şöbəsinə müraciət etməyinə baxmayaraq oğlunun ölümü barədə şəhadətnamə ala bilməmişdir. X14 Mingəçevir şəhərində “Lakovarka” deyilən yerdə yeni salınmış qəbirstanlıqda dəfn etmişlər. Oğlunun ölümünün qeydə alınması barədə şəhadətnamə təhsil aldığı məktəbə və digər məsələlərin həlli üçün lazımdır. Bu faktı başqa cür həll etmək mümkün deyil. Buna görə də oğlu 22.10.2006-cı il təvəllüdlü X6 11 iyun 2021-ci ildə Mingəçevir şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin məhkəməyə Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, həmçinin şahidlərin dindirilməsi ilə mübahisəni araşdırmışdır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X3 ifadə verərək, bildirdi ki, Ərizəçi qız onun qonşusudur. mərhum X7 ərizəçinin oğludur. 11 iyun 2021-cu il tarixdə E.Əzizovun vəfat etdiyini eşitmiş və mərhumu “Lakovarka” deyilən yerdə yeni salınmış qəbirstanlıqda dəfn etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X1 da şahid G.Əzimovanın ifadəsinə uyğun ifadə verdi. Ərizəçinin tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara Mingəçevir şəhər VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin əsli, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının TTTYS-nın 12.07.2021-cu il tarixli, 459 saylı arayış, Mingəçevir Şəhər Mingəçevir Bələdiyyəsi tərəfindən verilmiş 24 dekabr 2019cu il tarixli 1827 nömrəli arayış, Maraqlı şəxs tərəfindən verilmiş 20 dekabr 2019-cu il tarixli 05/76-190/13 nömrəli məktub aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş materiallarında olan Mingəçevir şəhər VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İN 859745 nömrəli doğum haqqında şəhadətnamənin əslindən görünür ki, 22.10.2006cı il təvəllüdlü X6 valideyinləri X10 və Ərizəçidır. İş materiallarında olan Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının TTTYS-nın 12.07.2021-cu il tarixli, 459 saylı arayışdan görünür ki, həmin tarixdə saat 13:00 radələrində yardım briqadası gələn zaman X6 meyidi aşkar olunmuşdur. Məhkəməyə təqdim edilmiş Maraqlı şəxs 14 iyul 2021-cu il tarixli 05/Q-69/15 nömrəli arayışından görünür ki, X6 Maraqlı şəxsndə ölüm akt qeydiyyatı tapılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq Vəziyyəti Aktlarının dövlət qeydiyyatı ilə bağlı təlimatının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Ona görə də ərizəçiyə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. MPM-nin 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Beləliklə, məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizəçinin oğlu 22.10.2006-cı il təvəllüdlü X6 11 iyun 2021-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 307-311, 216-220, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 22.10.2006-cı il təvəllüdlü X6 11 iyun 2021-ci il tarixdə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilmiş hesab olunsun. X6 ölüm faktının müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən X2 qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün və ölüm haqqında şəhadətnamə verməsi üçün əsasdır Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar