Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1554/2022 01.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2021-ci il tarixdə bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizənin dəlillərini müdafiə etdi, əsasən ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, Maraqlı şəxs ilə 24 noyabr 2017-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan onların 02 iyun 2019-cu il tarixdə Atəş adlı uşaqları doğulmuşdur. Bir müddət cavabdehlə mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmiş və aralarındakı nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bundan sonra, yəni xx.xx.2021-ci il tarixdə Maraqlı şəxs ilə birlikdə mediasiya prosessində iştirak etmişlər və həmin tarixdə uşaqla görüş barəsində aralarında razılığa gəlmişlər. Barışıq sazişinin şərtlərinə əsasən Maraqlı şəxs az yaşlı uşağını 5 yaşına çatana kimi həftədə 2 dəfə, 3 saat olmaqla Qəbələ rayonu daxilində görüşməyinə heç bir məhdudiyyət yaratmamağı, az yaşlı uşağı 5 yaşına çatdıqdan sonra barışıq sazişinin 2.1.4-cü maddəsində İİ tərəfin (ananın) nəzarətində olmaqla şərt tətbiq edilmədən aparmağına və az yaşlı uşağın 8 yaşından sonra görüşün şərtləri bu sazişin 2.1.4-cü maddəsi tətbiq edilmədən aparacağını öhdəsinə götürmüşdür. Buna baxmayaraq, Maraqlı şəxs barışıq sazişi üzrə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina edir. Belə ki, ilk vaxtlar Maraqlı şəxs az yaşlı Atəş adlı uşağı ilə görüşməyini təmin etsə də, son zamanlar Atəş adlı uşağı ilə görüşməyini tam olaraq təmin etməmişdir. Halbuki, o da bir ata kimi övladını görməli, onun tərbiyəsində, təhsilində yaxından iştirak etməlidir. Maraqlı şəxs isə uşaqla görüşməyinə imkan vermir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, 02 iyun 2019-cu il təvəllüdlü X1 ilə həftədə 2 dəfə, 3 saat olmaqla təmin edəcəyini, uşaq 5 yaşına çatana qədər ananın nəzarətində olmaqla, Qəbələ rayonu daxilində görüş vaxtının müəyyən olunmasını, az yaşlı uşaq 5 yaşına çatdıqda sonra Maraqlı şəxs iştirakı olmadan uşağı ilə görüş vaxtının müəyyən olunmasını və az yaşlı uşaq 8 yaşına çatdıqdan sonra uşağı ilə barışıq sazişinin 2.1.4-cü maddəsi tətbiq edilmədən Azərbaycan Respublikasının istənilən yerində görüş vaxtının müəyyən edilməsi ilə bağlı ərizəçi ilə maraqlı şəxs razılığa gəlmişdir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, ərizəçi ilə Maraqlı şəxs 24 noyabr 2017-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə evlənmiş, onların birgə nikahlarından xx.xx.2021-ci il tarixdə Atəş adlı uşaqları doğulmuşdur. 02 iyun 2019-cu il təvəllüdlü X1 ilə həftədə 2 dəfə, 3 saat olmaqla təmin edəcəyini, uşaq 5 yaşına çatana qədər ananın nəzarətində olmaqla, Qəbələ rayonu daxilində görüş vaxtının müəyyən olunmasını, az yaşlı uşaq 5 yaşına çatdıqda sonra Maraqlı şəxs iştirakı olmadan uşağı ilə görüş vaxtının müəyyən olunmasını və az yaşlı uşaq 8 yaşına çatdıqdan sonra uşağı ilə barışıq sazişinin 2.1.4-cü maddəsi tətbiq edilmədən Azərbaycan Respublikasının istənilən yerində görüş vaxtının müəyyən edilməsi ilə bağlı tərəflər arasında mediasiya prosesi nəticəsində xx.xx.2021-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Lakin qanunda nəzərdə tutulmuş müddət ərzində Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Ona görə də ərizəçi mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2021-ci il tarixdə bağlanmış, 02 iyun 2019-cu il təvəllüdlü X1 ilə həftədə 2 dəfə, 3 saat olmaqla təmin ediləcəyi, uşaq 5 yaşına çatana qədər ananın nəzarətində olmaqla, Qəbələ rayonu daxilində görüş vaxtının müəyyən olunması, az yaşlı uşaq 5 yaşına çatdıqda sonra Maraqlı şəxs iştirakı olmadan uşağı ilə görüş vaxtının müəyyən olunması və az yaşlı uşaq 8 yaşına çatdıqdan sonra uşaq ilə barışıq sazişinin 2.1.4-cü maddəsi tətbiq edilmədən Azərbaycan Respublikasının istənilən yerində görüş vaxtının müəyyən edilməsinə dair barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində xx.xx.2021-ci il tarixdə bağlanmış, 02 iyun 2019-cu il təvəllüdlü X1 ilə görüşün həftədə 2 dəfə, 3 saat olmaqla təmin ediləcəyi, uşaq 5 yaşına çatana qədər ananın nəzarətində olmaqla, Qəbələ rayonu daxilində görüş vaxtının müəyyən olunması, az yaşlı uşaq 5 yaşına çatdıqda sonra barışıq sazişinin 2.1.4-cü maddəsində qeyd edilmiş “İİ tərəf (ananın) nəzarətində olmaqla” şərti tətbiq edilmədən aparılacağı və azyaşlı uşaq 8 yaşına çatdıqdan sonra uşaq ilə barışıq sazişinin 2.1.4-cü maddəsi tətbiq edilmədən görüş vaxtının müəyyən edilməsinə dair barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1554/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1554/2022
01.07.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver