Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1556/2025 01.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ÜƏ Y YƏ N E T D İ : Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, 26 yanvar 1975-ci il tarixdə doğulmuş bacısı X7 01 yanvar 1976-cı il tarixdə ölməsi faktının müəyyən edilməsi barəsində qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında tələbin dəqiqləşməsi barədə ərizə verilməsi barədə ərizə verərək, mərhum bacısı X7 14 avqust 1975-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxx 1979-cu il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. X6, anası X8 olub. Hər iki valideynləri artıq vəfat etmişdir. O, buna görə vərəsəlik şəhadətnaməsini almaq üçün Mingəçevir Regional “Asan Xidmət” Mərkəzinə müraciət etmişdir. Həmin vaxt ona orada 26 yanvar 1975-ci il tarixdə doğulmuş bacısı X7 olmasını barədə məlumat verildi. Hansı ki, o mərhum bacısı Dürdanədən üç il sonra doğulmuşdur. Bundan sonra o, yaxınlarından araşdırma etmişdir. Ona bəlli oldu ki, həqiqətən 26 yanvar 1975-ci il tarixdə Dürdanə adlı bacısı 01 yanvar 1976-cı il tarixdə xəstəlikdən əziyyət çəkdiyi üçün vəfat etmişdir. Mərhum bacısı X21 rayonu Xaldan kənd qəbiristanlığında babasının yanında dəfn ediblər. O buna görə ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etdi, lakin ona məhkəməyə müraciət etməyi tövsiyyə olundu. Buna görə də o məcbur olub məhkəməyə müraciət etdim. Onun qeyd etdiklərini məhkəməyə gətiriləcək şahidlər də təsdiq edə bilərlər. (bacısı Dürdanə Baxışovanın doğum haqqında akt qeydı ona verilmədiyi üçün sorğu vasitəsilə alınmasını xahiş edir.) Mərhum bacısı X7 ölüm haqqında şəhadətnaməsinin alınması ona valideynlərindən miras qalmış evin öz adına keçirilməsi üçün vacibdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. X2 məhkəmə iclası zamanı bildirmişdir ki, ərizəçi onun bacısı qızıdır. Bacısının ərizəçidən əvvəl 2 oğlan və 1 qız uşağı olmuş, hər üçü vəfat etmişdir. Dürdanə Baxışova qardaşının toy günü 1975-ci il tarixdə ölmüşdür. Xaldan rayonunda dəfn mərasimi keçirilmişdir. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etdi. X11 məhkəmə iclası zamanı bildirmişdir ki, ərizəçi qardaşının qızıdır. Dürdanə Baxışova 1975-ci il tarixdə vəfat etmişdir. Uşağın hansı xəstəlikdən öldüyünü dəqiq bilmir. Belə ki, Dürdanə öldüyü vaxt o, 17-18 yaşında idi. Ölümündən sonra Xaldan rayonunda yas mərasimi keçirilmiş və orada dəfn olunmuşdur. X5 məhkəmə iclası zamanı bildirmişdir ki, ərizəçi dayısı qızıdır. Dayısının 3 uşağı əvvəlcədən vəfat etmiş. Ölən uşaqların adı Dürdanə və Dəyanət yadındadır. Dürdanə 1976-cı il tarixdə vəfat etmişdir. Dürdanənin yediyi yeməyin boğazında qalaraq öldüyünü demişlər. Dəfn mərasimində iştirak etməmişdir. O vaxtlar yaşı az olmuşdur. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş edir. X1 məhkəmə iclası zamanı bildirmişdir ki, ərizəçi ilə qonşudurlar. Dürdanə doğulandan xəstə idi. Ərizəçinin anası qardaşının toyuna gedirdi. Uşaq qızdırmalı idi. Elə həmin gün yəni 14 avqust 1975-ci il tarixdə uşaq ölmüşdür. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş edir. X3 məhkəmə iclası zamanı bildirmişdir ki, ərizəçi ilə qonşudurlar. Ərizəçinin bacısı Dürdanə öləndə o uşaq idi. Ondan savayı 1 bacısı və 1 qardaşı da ölmüşdür. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs rəisi X17 xx.xx.1976-cı il tarixdə vəfat etmiş bacısı X7 “Vətəndaşlıq vəziyyəti aktları” qeydiyyat sistemində ölümün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Odur ki, bu barədə qətnamə çıxarılmasını məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə ərizəni, ərizəçinin və maraqlı şəxsin izahatlarını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: Belə ki, işdə olan Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X7 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamış, ərizəçiyə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 10 may 1979-cu il tarixdə Mingəçevirdə doğulmuş, atası X18, anası X13r. İşdə olan “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, Baxışova X9 şəhəri, V.Abdullayev küçəsi, ev 2, m9 ünvanında qeydiyyatdadır. İşdə olan 05 iyun 2025-ci il tarixli aktdan görünür ki, X10, X24, X16 akt tərtib etmişlər ondan ötrü ki, X14 26 yanvar 1976-cı il tarixdə doğulmuş, 01 yanvar 1976-cı il tarixdə vəfat etmişdir. İşdə olan “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X15 xx.xx.2020-ci il tarixd ürəyin kəskin işemik xəstəliyinin digər formaları səbəbindən ölmüşdür. İşdə olan 305 №li “ doğum haqqında akt qeydi”ndən görünür ki, X14 26 yanvar 1975-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8–ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi bacısının vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Ərizəçi bacısı X14 xx.xx.1975-ci il tarixdə Mingəçevir şəhərində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1975-ci il tarixdə doğulmuş X7 xx.xx.1975-ci il tarixdə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilsin. X7 ölməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1556/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1556/2025
01.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver