Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1558/2025 11.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Ərizəçi: Ərizəçi, Maraqlı şəxs: Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 08 aprel 2025-ci il tarixdə Mingəçevir Şəhər Mediasiya Şurasında bağlanmış MŞM/MT031/-00140 saylı barışıq sazişinin tam şəkildə təsdiq edilməsini və ödəmiş olduğu 100 manat rüsumun da maraqlı şəxsdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, o Maraqlı şəxs 19 dekabr 2024-cü il tarixdə 36142 ( otuz alti min yüz qırx iki) manat borc pul vermişdir. Bu müddət ərzində Maraqlı şəxs ona yalnız 1142 manat borcundan qaytarmışdır. Lakin aradan xeyli müddət keçməsinə baxmayaraq Maraqlı şəxs borcunun qalan hissəsini qaytarmamışdır. Buna görə də onlar Mediasiya Şurasında barışıq sazişi bağlayaraq 09 aprel 2025-ci il tarixdən başlayaraq 6 ay müddətinə, hər ay 6000 manat olmaqla 35000 manat borcunu tam olaraq ödəyəcəyinə söz verdi. Belə bir barışıq sazişi bağlandı. Lakin bütün bunlara baxmayaraq, yenə da Maraqlı şəxs müxtəlif bəhanələrlə borcunu ödəməkdən imtina edir. Odur ki, ərizənin təsdiq edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, 19 dekabr 2024-cü il tarixində cavabdehə 36142 (otuz altı min yüz qırx iki) manat pul vermişdir. Bu müddət ərzində Maraqlı şəxs ona yalnız 1142 manat pul qaytarmışdır. Mediasiya Şurasında aralarında barışıq sazişi də olmuş, cavabdeh pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin, pulu qaytarmamışdır. Odur ki, məhkəmədən barışıq sazişinin təsdiq edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasında bildirdi ki, o iddianı qəbul edir. Belə ki, o pulun bir hissəsini ödəmişdir. Pulun təqribən 32.400 manat hissəsi qalmışdır. Onu da ödəyəcəkdir. Odur ki, məhkəmədən izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə ərizəni, tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İşdə olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi oğİu ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan 08 aprel 2025-ci il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, birinci tərəf borcverən-iddiaçı Ərizəçi oğİu ikinci tərəfə borcalan- cavabdeh Maraqlı şəxs oğİuna xx.xx.2024-cü il tarixində borc olaraq 36142 manat məbİəğində pul vermişdir. İkinci tərəf Maraqlı şəxs oğİu tərəfindən Birinci tərəfə Ərizəçi oğİuna 1142 manat pulu geri qaytarmışdır. İkinci tərəf Maraqlı şəxs oğİu xx.xx.2025-ci tarixindən başİayaraq 6 ay müddətinə, hər ay 6000 manat olmaqla 35000 manat pulu tam olaraq xx.xx.2025-ci il tarixədək ödəməyi üzərinə öhdəlik götürür. İkinci teref-Maraqlı şəxs oğİu birinci tərəfə Ərizəçi oğİu ödəyəcəyi pul məbləğini birinci tərəfin Ərizəçi oğİu bankda açdırdığı kart hesabına ödəməyi üzərinə öhdəlik götürür. Sazişin şərtləri pozulduğu halda tərəflər məhkəməyə müraciət edə bilərlər. xx.xx.2025-ci il tarixli Qəbzdən görünür ki, Ərizəçi oğİu 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Yekunda məhkəmə belə nəticəyə gəlir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən qanunla müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra edilməmişdir. Belə olan halda məhkəmə barışıq sazişinin 2-ci şərtini təhlil edib hesab edir ki, barışıq sazişi 35.000 (otuz beş min) manat məbləğdə deyil, 32.400 (otuz iki min dörd yüz manat) manat hissəsində təsdiq edilməlidir. Belə ki, pulun 1142 (bir min yüz qırx iki) manat və 2600 (iki min altı yüz manat) manat məbləğində hissəsi ödənmişdir. Belə olan halda ərizə qismən yəni, 32400 manat hissəsində təmin edilməli, qalan hissədə isə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, “Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.” Həmin Məcəllənin 739.3- cü maddəsinə əsasən, “Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir.” Beləliklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinin və 739-cu maddələrinin maddələrinin təhlili nəticəsində məhkəmə belə nəticəyə gəlir ki, hazırki iş üzrə maraqlı şəxs olan Maraqlı şəxs oğİu 36142 manat borc pul götürmüş, 1142 manat ödəniş etdikdən sonra 35.000 manat borcu qalmışdır, ondan da 2600 (iki min altı yüz) manat ödəniş etmiş, 32.400 manat borcu qalmışdır. Ona görə də, barışıq sazişinin 2-ci bəndi qismən əsaslıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin birinci tərəf borcverən-iddiaçı Ərizəçi oğİu ikinci tərəfə borcalan- cavabdeh Maraqlı şəxs oğİuna xx.xx.2024-cü il tarixində borc olaraq 36142 manat məbİəğində pul vermişdir. İkinci tərəf Maraqlı şəxs oğİu tərəfindən Birinci tərəfə Ərizəçi oğİuna 1142 manat pulu geri qaytarmışdır. İkinci tərəf Maraqlı şəxs oğİu xx.xx.2025-ci tarixindən başİayaraq hər ay 6000 manat olmaqla 32.400 manat pulu tam olaraq ödəməyi üzərinə öhdəlik götürməsi, ikinci tərəf - Maraqlı şəxs oğİu birinci tərəfə Ərizəçi oğİu ödəyəcəyi pul məbləğini birinci tərəfin Ərizəçi oğİu bankda açdırdığı kart hesabına ödəməyi üzərinə öhdəlik götürməsi barədə barışıq sazişinin bəndləri təsdiq edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1558/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1558/2025
11.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver