Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1569/2025 03.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil qıznın iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlak payının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanda yerləşən 0.2128 ha həyətyanı torpaq sahəsi üzərində onun 12/13 hissə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun baldızıdır. Belə ki, o cavabdehin qardaşı X19 ilə 10 oktyabr 1991-ci il tarixdə ailə qurmuşdur. Ailə qurduqdan sonra Qoşqar Allahverdiyevin ailə üzvləri ilə birlikdə yaşadığı Mingəçevir şəhəri Şəfəq küçəsi 1 ünvana gəlin köçmüşdür. Belə ki, ünvan 2ş evi qaynatası X13 adına olmuşdur. Mülayim Allahverdiyev isə X9 ilə 29 mart 1957-ci il tarixdə ailə qurmuşdur. Birgə evlilikdən onların Qoşqar, Zahid, Sahib, Göyçək Allahverdiyeva adlı uşaqları doğulmuşdur. Göyçək sonradan ailə qurmuş və Nəbiyeva soyadını qəbul etmişdir. Mülayim Allahverdiyev 22 dekabr 2000-ci il tarixdə vəfat etmişdir. Miras qoyan Mülayim Allahverdiyevdən miras qalmış ünvan 2ş evi 19 mart 2013-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 2003-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər Şöbəsi tərəfindən JN-258F saylı, KOD 90200002 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X43, X40, X31, X35, X36, X19, X25, X32, X10, X17, X9, İddiaçı, Cavabdeh ümumbirgə mülkiyyət hüququ əsasında 0.2128 ha torpaq sahəsi verildiyindən ümumi sahəsi 142.19 kv.metr olan fərdi yaşayış evi X11 tam, torpaq sahəsi isə 13 nəfərin ümumi mülkiyyətində olması qeydə alınmaqla 01 may 2013-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. 02 iyul 2003-cü il tarixdə Mingəçevir şəhər 2 saylı Notariat Kontorunda reyestrdə 40/02- 770 nömrə ilə qeydə alınmış Mingəçevir şəhəri Şəfəq küçəsi 1 ünvanda yerləşən torpaq sahəsinin bağışlama müqaviləsinə əsasən X43, X40, X31, X35, X36, X25, X32, X10, X17, X9, İddiaçı ümumbirgə mülkiyyətdə olan torpaqlarını X14 bağışlamışlar. 09 iyul 2013-cu il tarixdə həmin torpaq sahəsinin X44 və X11 ümumbirgə mülkiyyətdə olması, fərdi yaşayış evinin X15 tam mülkiyyətində olmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. 28 noyabr 2020-ci il tarixdə Qoşqar Allahverdiyev vəfat etmişdir. X48 isə xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Uşaqları Elgiz və Qara Allahverdiyevlərin razılığı ilə Mingəçevir şəhəri Şəfəq küçəsi 1 ünvanda yerləşən Qoşqar Allahverdiyevə məxsus fərdi yaşayış evi üzərində tam, torpaq sahəsində isə ümumbirgə mülkiyyətdə olan payı üzərində qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə vermiş və 21 sentyabr 2019-cu il tarixdə hüquqları qeydə alınmışdır. Hazırda həmin əmlakı övladları arasında bölmək istəyir. Ancaq Cavabdeh həmin evin bölünməsinə könüllü razılıq vermir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238–ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 17 saylı Yevlax Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-35/2-1201/2025 saylı məktubdan görünür ki, Mingəçevir şəhəri Şəfəq küçəsi 1 fərdi yaşayış evi əvvəllər xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə X15 və Cavabdeh birgə mülkiyyətində olmuşdur. İşdə olan xx.xx.2021-ci il tarixli, ********** saylı qeydiyyat nömrəsindən görünür ki, Mingəçevir şəhəri Şəfəq küçəsi 1 fərdi yaşayış evi İddiaçı tam və Cavabdeh ümumbirgə mülkiyyətindədir. İşdə olan Mingəçevir regional “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş 15 aprel 2025-ci il tarixli, 694 №li məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə V-383/2021 saylı vərəsəlik işi açılmış, mərhumun vərəsələri- İddiaçı və X20 hər birinin ½ pay olmaqla vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşdə olan 02 iyul 2003-cü il tarixdə Mingəçevir şəhər 2 saylı Notariat Kontorunda reyestrdə 40/02- 770 nömrə ilə qeydə alınmış Mingəçevir şəhəri Şəfəq küçəsi 1 ünvanda yerləşən torpaq sahəsinin bağışlama müqaviləsinə əsasən X43, X40, X31, X35, X36, X25, X32, X10, X17, X9, İddiaçı ümumbirgə mülkiyyətdə olan torpaqlarını X14 bağışlamışlar İşdə olan 25 aprel 2005-ci il tarixli, 8803№li reyestr kitabına yazılmış qeydiyyat vərəqəsinjdən görünür ki, Mingəçevir şəhəri Şəfəq küçəsi 1 ünvanında yerləşən üçotaqlı fərdi yaşayış evini mərhum X13 adına qeydə alınmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 17 saylı Yevlax Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2013cü il tarixli, 1809 №li arayışdan görünür ki, X13 xx.xx.2025-ci il tarixli, 8803№li mülkiyyət hüququ ilə ona məxsubdur. İşdə olan X6 verilmiş arayışdan görünür ki, mərhum əri X3 şəhəri Şəfəq küçəsi 1 ünvanında yaşamış və 2000-ci il tarixdə ölmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1965-ci il tarixdə X26 və X7 birgə nikahlarından doğulmuşdur. İşdə olan 77/2013 saylı vərəsəlik işindən görünür ki, Mingəçevir şəhəri Şəfəq küçəsi 1 fərdi yaşayış evi X13 22 dekabr 2000-ci il tarixdə vəfat etməsi səbəbindən vərəsəlik işi açılmışdır. İşdə olan nikah haqqında şəhadətnamədən görünür ki, tarixdə X26 ilə X33 22 mart 1957-ci il tarixdə birgə nikaha daxil olmuşlar və 7 № ilə dövlət qeydiyyatına alınmışdır. İşdə olan Mingəçevir Şəhər Xüsusi Notariusu tərəfindən verilmiş ərizədən görünür ki, mərhum əri xx.xx.2000-ci il tarixdə vəfat etmiş, ondan miras qalmışdır. O həmin mirası qəbul etməmişdi. Bu əmlakdan pay istəmir və gələcəkdə iddia qaldırmayacaqdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 20 iyul 1977-ci il tarixdə doğulmuş X1 Mülayim Səfər oğlu və X7 birgə nikahlarından doğulmuşdur. İşdə olan Mingəçevir Şəhər Xüsusi Notariusu tərəfindən verilmiş ərizədən görünür ki, mərhum atası xx.xx.2000-ci il tarixdə vəfat etmiş, ondan miras qalmışdır. X25 həmin mirası qəbul etməmişdi. Bu əmlakdan pay istəmir və gələcəkdə iddia qaldırmayacaqdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 04 mart 1962-ci il tarixdə doğulmuş X2 Mülayim Səfər oğlu və X7 birgə nikahlarından doğulmuşdur. İşdə olan Mingəçevir Şəhər Xüsusi Notariusu tərəfindən verilmiş ərizədən görünür ki, mərhum atası xx.xx.2000-ci il tarixdə vəfat etmiş, ondan miras qalmışdır. X27 həmin mirası qəbul etməmişdi. Bu əmlakdan pay istəmir və gələcəkdə iddia qaldırmayacaqdır. İşdə olan Mingəçevir Şəhər Xüsusi Notariusu tərəfindən verilmiş ərizədən görünür ki, mərhum atası xx.xx.2000-ci il tarixdə vəfat etmiş, ondan miras qalmışdır. Cavabdeh həmin mirası qəbul etməmişdi. Bu əmlakdan pay istəmir və gələcəkdə iddia qaldırmayacaqdır. İşdə olan 26 avqust 2021-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” lərdən görünür ki, X11 vərəsəsi-arvadı İddiaçı və oğlu X28r. İşdə olan xx.xx.2013-cü il tarixli, RX ******* saylı çıxarışdan görünür ki, X14 Mingəçevir şəhəri Şəfəq küçəsi 1 fərdi yaşayış evi üzərində tam, Cavabdeh isə ümumbirgə mülkiyyət hüququ əsasında mənsubdur. İşdə olan Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdıırması və yüklüyünə dair dövlət reyestrindən çıxarışdan görünür ki, Mingəçevir şəhəri Şəfəq küçəsi 1 fərdi yaşayış evi X19 tam və Cavabdeh isə ümumbirgə mülkiyyət hüququ əsasında mənsubdur. İşdə olan nəqliyyat vasitəsi üzrə məhdudiyyətin mövcudluğu barədə “Opel Astra” minik markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində həbs qoyulmuşdur. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 05/Q-432/15 saylı məktubdan görünür ki, X14 dair aşağıdakı məlumatlar aşkar edilmişdir: arvadı İddiaçı və oğlu X36 və oğlu X31. İşdə olan Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X5 şəhəri Şəfəq küçəsi 1 fərdi yaşayış evində qeydiyyatdadır. İşdə olan “Elektron notariat” X4 çıxarışdan görünür ki, X43, X40, X31, X35, X36, X19, X25, X32, X10, X17, X9, İddiaçı adına olmuşdur. İşdə olan “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X19 28 noyabr 2020-ci il tarixdə ürəyin kəskin işemik xəstəliyinin digər formaları səbəbindən vəfat etmişdir. İşdə olan “Elektron notariat” X8 vasitəsilə “Vətəndaşlıq vəziyyəti aktları” AQİS-dən əldə olunmuş çıxarışdan görünür ki, X26 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. İşdə olan “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 14 dekabr 2015-ci il tarixdə ağciyər ödəmi, kəskin sol mədəsinin çatışmazlığı səbəbindən vəfat etmişdir. İşdə olan “Elektron notariat” X8 vasitəsilə “Vətəndaşlıq vəziyyəti aktları” AQİS-dən əldə olunmuş çıxarışdan görünür ki, X19 ilə İddiaçı birgə nikaha daxil olmuşlar. İşdə olan Mingəçevir regional “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş ərizədən görünür ki, mərhum əri X11 ümumi əmlakdakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə istəmir. İşdə olan “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X36 xx.xx.1992ci il tarixdə X19 ilə İddiaçı birgə nikahlarından doğulmuşdur. İşdə olan “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X31 xx.xx.1993ci il tarixdə X19 ilə İddiaçı birgə nikahlarından doğulmuşdur. İşdə olan Mingəçevir Şəhər Xüsusi Notariusu tərəfindən verilmiş ərizədən görünür ki, X31 miras əmlakı qəbul etməmişdir və gələckdə də etməyəcəkdir. İşdə olan 26 avqust 2021-ci il tarixli miras payın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı öz payını X14 bağışlamışdır. İşdə olan xx.xx.2013-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X43, X40, X31, X35, X36, X25, X32, X10, X17, X9 öz payını X14 hədiyyə vermişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X37 xx.xx.1987-ci il tarixdə X34 və X18 birgə nikahlarından doğulmuşdur. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X58 ilə X21 nikahı 12 iyun 2006-cı il tarixdə 263 nömrə ilə Mingəçevir regional VVADQ şöbəsində qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Abdullayeva”soyadı verilmişdir. İşdə olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X40 xx.xx.1988ci il tarixdə X34 və X18 birgə nikahlarından doğulmuşdur. İşdə olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1991ci il tarixdə X34 və X18 birgə nikahlarından doğulmuşdur. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X51 ilə X12 nikahı 28 mart 2012-ci il tarixdə 97 nömrə ilə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Abdullayeva” soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X35 xx.xx.1986cı il tarixdə X25 ilə X16 birgə nikahlarından doğulmuşdur. İşdə olan Xüsusi Notariat Kontoru tərəfindən verilmiş 02 iyul 2013-cü il tarixdə X32 bildirdi ki, subaydır. Özgəninkiləşdirdiyi əmlaka kənar şəxsin hüququ yoxdur. İşdə olan Xüsusi Notariat Kontoru tərəfindən verilmiş 02 iyul 2013-cü il tarixdə X43 bildirdi ki, birgə nikah dövründə əldə edilmiş əmlak olmadığından kənar şəxsin hüququ yoxdur. İşdə olan Xüsusi Notariat Kontoru tərəfindən verilmiş 02 iyul 2013-cü il tarixdə X52 bildirdi ki, birgə nikah dövründə əldə edilmiş əmlak olmadığından kənar şəxsin hüququ yoxdur. İşdə olan Xüsusi Notariat Kontoru tərəfindən verilmiş 02 iyul 2013-cü il tarixdə X43 bildirdi ki, birgə nikah dövründə əldə edilmiş əmlak olmadığından kənar şəxsin hüququ yoxdur. İşdə olan Xüsusi Notariat Kontoru tərəfindən verilmiş 02 iyul 2013-cü il tarixdə X36 bildirdi ki, subaydır. Özgəninkiləşdirdiyi əmlaka kənar şəxsin hüququ yoxdur. İşdə olan Xüsusi Notariat Kontoru tərəfindən verilmiş 02 iyul 2013-cü il tarixdə X31 bildirdi ki, subaydır. Özgəninkiləşdirdiyi əmlaka kənar şəxsin hüququ yoxdur. İşdə olan Xüsusi Notariat Kontoru tərəfindən verilmiş 02 iyul 2013-cü il tarixdə X35 bildirdi ki, subaydır. Özgəninkiləşdirdiyi əmlaka kənar şəxsin hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eləcə də, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən cehiz əşyalarının hazırda cavabdehlərə məxsus evdə qalmasını sübutetmə yükü iddiaçının, lakin həmin əşyaların mövcudluğunu etiraf etdikləri halda, iddiaçı tərəfindən aparılmasını sübut etmə yükü isə cavabdeh tərəfin üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, o cavabdehin qardaşı X19 ilə 10 oktyabr 1991-ci il tarixdə ailə qurmuşdur. Ailə qurduqdan sonra Qoşqar Allahverdiyevin ailə üzvləri ilə birlikdə yaşadığı Mingəçevir şəhəri Şəfəq küçəsi 1 ünvana gəlin köçmüşdür. Belə ki, ünvan 2ş evi qaynatası X13 adına olmuşdur. Mülayim Allahverdiyev isə X9 ilə 29 mart 1957-ci il tarixdə ailə qurmuşdur. Birgə evlilikdən onların Qoşqar, Zahid, Sahib, Göyçək Allahverdiyeva adlı uşaqları doğulmuşdur. Göyçək sonradan ailə qurmuş və Nəbiyeva soyadını qəbul etmişdir. Mülayim Allahverdiyev 22 dekabr 2000-ci il tarixdə vəfat etmişdir. Miras qoyan Mülayim Allahverdiyevdən miras qalmış ünvan 2ş evi 19 mart 2013-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 2003-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər Şöbəsi tərəfindən JN-258F saylı, KOD 90200002 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X43, X40, X31, X35, X36, X19, X25, X32, X10, X17, X9, İddiaçı, Cavabdeh ümumbirgə mülkiyyət hüququ əsasında 0.2128 ha torpaq sahəsi verildiyindən ümumi sahəsi 142.19 kv.metr olan fərdi yaşayış evi X11 tam, torpaq sahəsi isə 13 nəfərin ümumi mülkiyyətində olması qeydə alınmaqla 01 may 2013-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. 02 iyul 2003-cü il tarixdə Mingəçevir şəhər 2 saylı Notariat Kontorunda reyestrdo 4Ə/02- 770 nömrə ilə qeydə alınmış Mingəçevir şəhəri Şəfəq küçəsi 1 ünvanda yerləşən torpaq sahəsinin bağlanmamış müqaviləsinə əsasən X43, X40, X31, X35, X36, X25, X32, X10, X17, X9, İddiaçı ümumbirgə mülkiyyətdə olan taorpaqlarını X14 bağışlamışlar. 09 iyul 2013-cu il tarixdə həmin torpaq sahəsinin X44 və X11 ümumbirgə mülkiyyətdə olması, fərdi yaşayış evinin X15 tam mülkiyyətində olmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. 28 noyabr 2020-ci il tarixdə Qoşqar Allahverdiyev vəfat etmişdir. X48 isə xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Uşaqları Elgiz və Qara Allahverdiyevlərin razılığı ilə Mingəçevir şəhəri Şəfəq küçəsi 1 ünvanda yerləşən Qoşqar Allahverdiyevə məxsus fərdi yaşayış evi üzərində tam, torpaq sahəsində isə ümumbirgə mülkiyyətdə olan payı üzərində qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə vermiş və 21 sentyabr 2019cu il tarixdə hüquqları qeydə alınmışdır. Hazırda həmin əmlakı övladları arasında bölmək istəyir. Ancaq Cavabdeh həmin evin bölünməsinə könüllü razılıq vermir. Buna görə də iddiaçı əmlak üzərində payının müəyyən edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Belə ki, cavabdeh iddiaya münasibət bildirməmişdir. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213–cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına əsaslanaraq belə qənaətə gəlir ki, İddiaçı ünvan 3 ünvanda yerləşən 0,2128 ha həyətyanı torpaq sahəsi üzərində 12/13 hissəsi payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi puldan 100 manat məbləğində pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ünvan 3 ünvanda yerləşən 0,2128 ha həyətyanı torpaq sahəsi üzərində 12/13 hissəsi payı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh İddiaçı qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi haqqında (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1569/2025
Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-1569/2025
03.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver