Məhkəmə qərarları › İş №2(051)-1581/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1581/2025

28.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1581/2025 28.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakimi Cəbrazyılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Ərizəçi: X2 iştirakı ilə, Ərizəçi X2 Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.1962-ci il tarixdə doğulmuş mərhum bacısı X3 01 aprel 1991-ci il tarixdə Mingəçevir şəhərində ölməsi faktının müəyyən edilmasinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxxxx 1958-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. X1 24 noyabr 1997-ci il tarixədə, anası X4 isə 05 iyul 2021-ci il tarixdə vəfat etmişlər. Eyni zamanda da bacıları X7 xx.xx.1961-ci i tarixdə, digər bacısı X8 isə xx.xx.1991-ci il tarixdə vəfat etmişlər. Həmin vaxt bacıları Zafta və İradənin ölümü onları sarsıtdığı üçün bu barədə Qeydiyyat Şöbəsinə vaxtında müraciət edib, ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Hazırda anası və atasından miras qaİmış əmlaka vərəsəlik işi açılır. Lakin, vərəsəlik işi ilə bağlı ondan Zafta va İradənin ölüm haqqında şəhadətnamələri tələb olunur. Mingəçevir Şəhər Məhkəməsinin 10 iyun 2025ci il tarixli, 2(051)-539/2025 saylı qətnaməsinə əsasən, xx.xx.1961-ci il tarixdə doğulmuş bacısı X5 xx.xx.1961-ci il tarixdə Mingəçevir şəhərində ölməsi faktı müəyyən olumuşdur. Lakin, digər bacısı İradənin ölümü faktıyla bağlı şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etdi. Maraqlı şəxsndən ona məhkəməyə müraciət etməyi tövsiyyə olundu. Onun qeyd etdiklərini məhkəməyə gətirəcəyi şahidlər təsdiq edə bilərlər. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi məhkəmə iclası zamanı ərizənin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iş materiallarını araşdırıb və ərizəçinin ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının ərizəsinə əsasən Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsində nəzərdə tutulmuş qaydada geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə, həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170, 263-264, 266, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Ödənilmiş 100 manat məbləğində pul Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar