Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1582/2020 07.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə Ərizəçi X5 iştirakı ilə, Ərizəçi X5 «ölüm faktının müəyyən olunması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, X6nun xx.xx.2009-cu il tarixdə vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında göstərmişdir ki, o, uzun müddətdir Mingəçevir şəhərində yaşayır. X6 xx.xx.1988-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur və onunla birlikdə yaşamışdır. Zaur Kərimov xx.xx.2009-cu ildə vəfat etmiş, onun yas mərasimi öz həyətlərində keçirilmişdir və Mingəçevir şəhərində olan “Əli” qəbirstanlığında dəfn edilmişdir. Lakin onun ölümü qeydə alınmamışdır. Hazırda vərəsəlik məsələsinin həll edilməsi üçün onun ölüm sənədi tələb olunur. Bu məqsədlə Maraqlı şəxsnə müraciət etsə də, ölüm haqqında tibbi şəhadətnamə olmadığından həmin sənəd verilməmişdir. O, Zaur Kərimovun ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Ona görə də, məhkəməyə müraciət edərək, X6nun xx.xx.2009-cu il tarixdə vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X2 ərizəçinin ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, ərizəçi onun yaxın qohumudur. Onun oğlu Zaur Kərimov xx.xx.2009-cu ildə vəfat etmişdir. O d dəfn və yas mərasimində iştirak etmişdir. X1 X2nun ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, ərizəçi onun qonşusudur. Onun oğlu Zaur Kərimov xx.xx.2009-cu ildə vəfat etmişdir. O d dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin olunmalıdır. İşdə olan MKT İstehsalat Birliyinin xx.xx.2020-ci il tarixli 340 saylı arayışından görünür ki, mərhum X11 vəfat edən günədək Mingəçevir şəhəri Babək küçəsi ey saylı evdə yaşamışdır. İşdə olan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsində göstərilir ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən oluna bilər. Təqdim olunmuş sənədlərdə əks olunan məlumatlar ziddiyyətsiz olmaqla bir-birini tamamlayır. Təqdim olunmuş digər sənədləri araşdırıb, məcmu halda qiymət verərək hesab edir ki, ərizəçinin tələbi təmin olunmalıdır. İşin halları ilə müəyyən olunur ki, ərizəçi qızının ölməsinə dair sənədi başqa yolla əldə edə bilmir və bu faktın məhkəmə qaydasında müəyyən olunması üçün Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcuddur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307.2.8, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: Ərizəçinin tələbi təmin olunsun. xx xxxxxxx 1988-ci il təvəllüdlü X9 xx xxxx 2009-cu il tarixdə Mingəçevir şəhərində ölməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1582/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1582/2020
07.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver