Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1583/2025 29.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, Ərizəçi: Ərizəçi, Maraqlı şəxs: Maraqlı şəxs iştirakları ilə Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs oğİu ilə onun arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi və barışıq sazişində göstərilənlərə əsasən 24 iyun 2025-ci il tarixdən başİayaraq xx.xx.2022-ci il tarixdə doğulmuş Yusif adlı uşağın saxlanması üçün cavabdeh Maraqlı şəxs uşağın yetkinlik yaşına çatana kimi hər ay uşağa 50 manat məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi Teymur qızı məhkəmə prosesinin gedişində tələb dəqiqləşməsi barədə ərizə verərək, adının Ərizəçi Teymur qızı deyil, Ərizəçi kimi oxunmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, ərizəçi cavabdeh Maraqlı şəxs ilə nikahlarını xx.xx.2013-cü il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 2 uşaqları olmuş və daha sonra rəsmi qaydada nikahları pozulmuşdur. Sonradan münasibətləri normallaşmış və xx.xx.2022-ci il tarixdə Yusif adlı uşaqları doğulmuşdur. Lakin bir müddət sonra cavabdehlə yenidən münasibətləri pozulmuşdur. Buna səbəb cavabdehlə xasiyyətlərinin uyğun olmaması idi. Dəfələrlə ailə münasibətlərini bərpa etməyə çalışsalar da, heç bir nəticəsi olmamışdır. Hal-hazırda cavabdehlə münasibətləri pozuİmuş və cavabdeh onlara heç bir maddi yardım etmir. Onlar cavabdehlə xx.xx.2023cü il tarixdə bərabər mediasiya prosesində oİmuşlar. xx.xx.2022-ci il tarixdə doğulmuş Yusif adlı uşaqlarının onun yanında qaİmış və cavabdehdən hər ay hər uşağa yetkinlik yaşına çatana kimi saxlanması üçün 50 manat məbləğində aliment alınması ilə əlaqədar razılığa gəlmişlər. Lakin cavabdeh barışıq sazişinin tələblərini kobud surətdə pozmuş və barışıq sazişi imzalanandan dərhal sonra sazişin şərtləri pozulmuşdur. Maraqlı şəxs aliment öhdəliyini icra etməmiş və icra etməyəcəyini bildirmişdir. Onun barışıq sazişini könüllü icra etmək niyyəti olmamışdır. Belə olan halda məcburən barışıq sazişinin icra olunmasıməqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı öz izahatında bildirdi ki, Maraqlı şəxs ilə xx.xx.2025ci il tarixdə aralarında barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin qeyd olunan şərtləri ilə razıdır. Odur ki, izahatında qeyd olunanlara əsasən qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs məhkəmə iclası zamanı barışıq sazişinin şərtləri ilə razı olduğunu, ərizədə göstərilənlərə heç bir etirazı olmadığını bildirdi. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədn xahiş edir. Ərizəçi Teymur qızı məhkəmə prosesinin gedişində tələb dəqiqləşməsi barədə ərizə verərək, adının Ərizəçi Teymur qızı deyil, Ərizəçi kimi oxunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni, ərizəçinin və maraqlı şəxsin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İşin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)-674/2020 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, Maraqlı şəxs xx.xx.2015-ci il tarixdə doğulmuş Mələk və xx.xx.2017-ci il tarixdə doğulmuş Nuray adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa 100 manat, cəmi 200 manat aliment tutulub X4 verilməsi qət edilmişdir. İşin materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X1 atası Maraqlı şəxs, anası X5r. İşin materiallarında olan xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, Birinci tərəf (Ərizəçi) 09.08,2022-ci il tarixdə doğulmuş Yusif adlı uşaq üçün (AA ******* FİN: AYBWNZC) üçün ikinci tərəf (Maraqlı şəxs) 2025-ci il iyun ayının 24-dən başlayaraq növbəti hər ayın 24-dək 50 manat aliment ödəməsini tələb edir. Birinci tərəf (Ərizəçi) ikinci tərəf (Maraqlı şəxs) ödəyəcəyi aliment məbləğini özünün bankda açdırdığı kart hesabına ödənilməsini tələb edir. Sazişin şərtləri pozulduqda Tərəflər məhkəməyə müraciət edə bliərlər. İkinci tərəf (Maraqlı şəxs) xx.xx.2022-ci il tarixdə doğulan uşağı X7 (AA 4594O08 FİN: AYBWNZC) üçün Birinci tərəfə (Ərizəçi) 2025-ci il iyun ayının 24-dən başlayaraq, növbəti hər ayın 24-dək 50 manat aliment ödəməsini öhdəsinə götürür. İkinci tərəf (Maraqlı şəxs) ödəyəcəyi aliment məbləğini Birinci tərəf (Ərizəçi) bankda açdırdığı kart hesabına ödəməyi üzərinə öhdəlik götürür. Sazişin şərtləri pozulduqda Tərəflər məhkəməyə müraciət edə bilərlər. İşin materiallarında olan xx.xx.2025-ci il tarixli 4saylı MİS tərəfindən verilmiş arayışdan görünür ki, Əşrəfova X6 şəhər ,Borçalı Bağ massivində fərdi yaşayış evində qeydiyyatsız evdə yaşayır. İşin materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X8 arasında olan nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə pozulmuş, xx.xx.2021-ci il tarixdə nikaha xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “ Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Yekunda məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən qanunla müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs ilə X8 arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinə əsasən X3 himayəsində olan xx.xx.2022-ci il tarixdə doğulmuş Yusif adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs 50 manat miqdarında alimentin hər ay ərizəçiyə verilməsinə, aliment ödənişi xx.xx.2025-ci il tarixindən başlayaraq hər ay Maraqlı şəxs könüllü razılığına əsasən X2 bank hesabına rəsmi qaydada ödənilməsinə dair barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə ərizə təmin edilsin. Maraqlı şəxs ilə X8 arasında mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinə Maraqlı şəxs tərəflərin birgə nikahından doğulmuş xx.xx.2022ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi 50 manat məbləğində aliment alınıb ərizəçi X4 verilməsi, aliment ödənişi xx.xx.2025-ci il tarixindən başlayaraq hər ay Maraqlı şəxs könüllü razılığına əsasən X3 bank hesabına rəsmi qaydada ödənilməsinə dair barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1583/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1583/2025
29.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver