Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1595/2024 03.09.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən mərhum X1nun 23 iyun 2024-cü il tarixdə Yevlax rayonu, Cırdaxan kəndində vəfat etməsi faktının müəyyən olunması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı ərizəni müdafiə etdi, əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X3 həyat yoldaşı olmuşdur. X1 23 iyun 2024-cü il tarixdə saat 17 radələrində Yevlax rayonu, Cırdaxan kəndində yerləşən ata evinin həyətində olan çardağın dəmir konstruksiyasından təsərrüfat ipi ilə özünü asmaqla intihar edərək ölmüş və Yevlax rayonu, Cırdaxan kənd qəbristanlığında dəfn edilmişdir. Yevlax rayon prokurorluğunun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 03 iyul 2024-cü il tarixli qərarı ilə X2 intihar edərək ölməsi faktında Azərbaycan Respublikası CM-nin 125-ci maddəsinin tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Mərhum X1nun ölümü qeydiyyat orqanında qeyd edilməmişdir. Hazırda müəyyən mülki hüquqlarının həll edilməsi zərurəti ilə əlaqədar olaraq mərhum X1nun ölüm haqqında şəhadətnaməsi lazımdır. Bu barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün tələbi təmin edilməmiş və ona məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Mərhum X1nun 23 iyun 2024-cü il tarixdə Yevlax rayonu Cırdaxan kəndində vəfat etməsini cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 03 iyul 2024-cü il tarixli qərarı da təsdiq edir. Ona görə də şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Belə ki, işdə olan Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X3 arasında xx.xx.2003-cü il tarixdə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində rəsmi nikah bağlanmış və həmin nikah 176 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1968-ci il tarixdə Yevlax rayonu, Cırdaxan kəndində doğulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X2 intihar edərək ölməsi faktında Azərbaycan Respublikası CM-in 125-ci maddəsinin tərkibi olmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İşdə olan «Məhkəmə Tibbi Ekspertiza və X4» X8 Yevlax rayonlararası zona mərkəzinin rəisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 1968-ci il təvəllüdlü X2 meyiti həqiqətən xx.xx.2024-cü il tarixdə mərhumun yaşadığı ünvanda məhkəmə-tibb eksperti X5 tərəfindən xarici müayinədən keçirilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, X2 ölümü haqqında tibbi şəhadətnamənin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. İş materiallarında olan “Tibbi ərazi Bölmələrinin idarəetmə birliyi” PHŞ Yevlax rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X3 barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsi, Yevlax rayon Mərkəzi Xəstəxanası PHŞ səlahiyyətləri xaricindədir. Odur ki, məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, ərizəçinin mərhum X1nun ölümü qeydiyyat orqanında qeyd edilməmişdir. Hazırda müəyyən mülki hüquqlarının həll edilməsi zərurəti ilə əlaqədar olaraq mərhum X1nun ölüm haqqında şəhadətnaməsi lazımdır. Bu barədə Maraqlı şəxsnə müraciət etmişdir, lakin ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün tələbi təmin edilməmiş, tibbi şəhadətnamə üçün Yevlax rayon Mərkəzi Xəstəxanası PHŞ-yə müraciət etsə də, sonuncu isə ölümün səbəbi bilinmədiyinə görə tibbi şəhadətnamə verməkdən imtina etmiş və ona məhkəməyə müraciət etməsini bildirmişlər. Ona görə də məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8–ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1–ci maddəsində göstərilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi ərinin vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli və xx.xx.1968-ci il tarixdə doğulmuş mərhum X2 xx.xx.2024-cü il tarixdə Yevlax rayonu, Cırdaxan kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307–311 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1968-ci il tarixdə Yevlax rayonu, Cırdaxan kəndində doğulmuş X2 xx.xx.2024cü il tarixdə Yevlax rayonu, Cırdaxan kəndində vəfat etməsi faktı müəyyən edilsin. X2 vəfat etməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1595/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1595/2024
03.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver