Məhkəmə qərarları › İş №2(051)-1599/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1599/2025

24.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1599/2025 24.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin halları: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 23 yanvar 2006-cı ildə Maraqlı şəxs ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 18 oktyabr 2006-cı ildə Vəsilə, 11 mart 2013-cü ildə Səkinə və 28 oktyabr 2016-cı ildə Mədinə adlı uşaqları doğulmuşdur. Aralarında bağlanmış nikah Mingəçevir Şəhər Məhkəməsinin 20 iyun 2022ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Onlar 18 aprel 2022-ci il tarixdə Mediasiya prosessində iştirak etmiş, aralarında barışıq sazişi bağlanmış və barışıq sazişinin şərtlərinə əsasən azyaşlı uşaqlarının onun yanında qalmaları, azyaşlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 90 manat olmaqla, cəmi 270 manat məbləğdə alimentin Maraqlı şəxs alınıb ona ödənilməsi, Maraqlı şəxs uşaqları ilə istənilən vaxt görüşməsi və Maraqlı şəxs onun mülkiyyətində olan fərdi yaşayış evindən imtina etməsi barəsində razılığa gəlmişlər. Hazırda 18 oktyabr 2006-cı il təvəllüdlü Vəsilə adlı uşağı yetkinlik yaşına çatmışdır. Lakin Maraqlı şəxs barışıq sazişinin tələblərini kobud surətdə pozmuş və öhdəliyini lazımı qaydada icra etməmişdir. Maraqlı şəxs barışıq sazişini könüllü icra etmək niyyəti olmamışdır. Belə olan halda məcburən barışıq sazişinin təsdiq olunması məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə aparmaq üçün məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, tələbi ancaq barışıq sazişinin 2.1.2 və 2.1.4-cü bəndlərinin təsdiq edilməsindən, xx.xx.2022-ci il tarixdən hesablanmaqla cavabdeh Maraqlı şəxs ilə birgə nikahdan doğulmuş 18 oktyabr 2006-cı il təvəllüdlü Vəsilə adlı övladına xx.xx.2024cü il tarixə kimi hər ay 90 manat olmaqla ödənilməli olan alimentin, o cümlədən 11 mart 2013-cü il təvəllüdlü Səkinə və 28 oktyabr 2016-cü il təvəllüdlü Mədinə adlı övladlarının onun yanında qalması və həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh Maraqlı şəxs hər ay hər uşağa görə 90 manat olmaqla, cəmi 180 manat alimentin tutulub ona verilməsindən ibarətdir. Başqa iddia tələbi yoxdur. Həmçinin məhkəmə iclasında iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, ərizənin təmin olunmasına etiraz etmir. Ərizəçiyə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi birgə nikahından 18 oktyabr 2006-cı il tarixdə Vəsilə, 11 mart 2013-cü il tarixdə Səkinə və 28 oktyabr 2016-cı il tarixdə Mədinə adlı uşaqları doğulmuşdur. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1184/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, X1 ilə Maraqlı şəxs arasında xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikası Yevlax rayonu, Səmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış və 04 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişindən görünür ki: 2.1.1. "Tərəflər" aralarında olan birgə nikahın pozulmasına razıdırlar; 2.1.2. "Tərəflər" uşaqların "Birinci tərəf'in yanında qalmalarına razıdırlar; 2.1.3. "İkinci tərəf" uşaqları ilə qarşılıqlı razılaşma əsasında görüşə biləcək; 2.1.4. "İkinci tərəf" "Birinci tərəf'in qəyyumluğunda olan övladlarına hər uşaq üçün 90(doxsan) manat olmaqla hər ay 270(iki yüz yetmiş) manat məbləğində aliment ödəyəcək. Aliment pulunu hər ay "Birinci tərəfin" açdığı bank hesabına köçürəcək; 2.1.5. "İkinci tərəf" "Birinci tərəf'lə birgə mülkiyyətlərində olan Mingəçevir şəhəri 10-cu bağ küçəsi 93 saylı evə olan mülkiyyət hüququndan imtina edir öhdəliklərini öz üzərinə götürməsi ilə bağlı ərizəçi ilə maraqlı şəxs arasında razılıq əldə edilmişdir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə ərizəçinin ərizəsini və maraqlı şəxsin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, ərizəçi ilə maraqlı şəxs xx.xx.2006-cı il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmiş, onların birgə nikahından xx.xx.2006-cı il tarixdə Vəsilə, xx.xx.2013-cü il tarixdə Səkinə və xx.xx.2016-cı il tarixdə Mədinə adlı uşaqları doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah qeydi məhkəmə qaydasında pozulmuşdur. "Tərəflər" uşaqların "Birinci tərəfin yanında qalmalarına razıdırlar. "İkinci tərəf" uşaqları ilə qarşılıqlı razılaşma əsasında görüşə biləcək. "İkinci tərəf" "Birinci tərəf'in qəyyumluğunda olan övladlarına hər uşaq üçün 90(doxsan) manat olmaqla hər ay 270 (iki yüz yetmiş) manat məbləğində aliment ödəyəcək. Aliment pulunu hər ay "Birinci tərəfin" açdığı bank hesabına köçürəcək. "İkinci tərəf" "Birinci tərəf'lə birgə mülkiyyətlərində olan Mingəçevir şəhəri 10-cu bağ küçəsi 93 saylı evə olan mülkiyyət hüququndan imtina edir-öhdəliklərini öz üzərinə götürməsi öhdəliyini öz üzərinə götürməsi ilə bağlı tərəflər arasında mediasiya prosesi nəticəsində xx.xx.2022-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Lakin qanunda nəzərdə tutulmuş müddət ərzində Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Ona görə də ərizəçi mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26.1-maddəsinə əsasən məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Məhkəmə hesab edir ki, 11 mart 2013-cü il tarixdə doğulmuş Səkinə və 28 oktyabr 2016-cı il tarixdə doğulmuş Mədinə adlı uşaqların Ərizəçi yanında qalması, Maraqlı şəxs Səkinə və Mədinə adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində aliment, o cümlədən hazırda yetkinlik yaşına çatmış Vəsilə adlı uşağa yetkinlik yaşına çatana, yəni xx.xx.2024cü il tarixə kimi hər ay 90 manat olmaqla ödənilməli olan alimenti ödəmək öhdəliyini öz üzərinə götürməsi, aliment ödənişinin Ərizəçi açdığı bank hesabına ödənilməsi öhdəliyini öz üzərinə götürməsinə dair hissəsində barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir. Digər hissələrdə barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Belə ki, barışıq sazişinin təsdiq edilməsindən imtina edilən hissəsinin təsdiq edilən hissədən ayrılması mümkündür. Bundan əlavə, ərizəçi ərizəsində tələbinin ancaq barışıq sazişinin 2.1.2 və 2.1.4-cü bəndlərinin təsdiq edilməsindən, xx.xx.2022-ci il tarixdən hesablanmaqla cavabdeh Maraqlı şəxs ilə birgə nikahdan doğulmuş 18 oktyabr 2006-cı il təvəllüdlü Vəsilə adlı övladına xx.xx.2024-cü il tarixə kimi hər ay 90 manat olmaqla ödənilməli olan alimentin, o cümlədən 11 mart 2013-cü il təvəllüdlü Səkinə və 28 oktyabr 2016-cü il təvəllüdlü Mədinə adlı övladlarının onun yanında qalması və həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh Maraqlı şəxs hər ay hər uşağa görə 90 manat olmaqla, cəmi 180 manat alimentin tutulub ona verilməsindən ibarət olduğunu, başqa heç bir tələbinin olmadığını göstərmişdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişi - 11 mart 2013-cü il tarixdə doğulmuş Səkinə və 28 oktyabr 2016-cı il tarixdə doğulmuş Mədinə adlı uşaqların Ərizəçi yanında qalması, Maraqlı şəxs tərəfindən Səkinə və Mədinə adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin, o cümlədən 18 oktyabr 2006-cı il tarixdə doğulmuş, hazırda yetkinlik yaşına çatmış Vəsilə adlı uşağa yetkinlik yaşına çatana, yəni xx.xx.2024-cü il tarixə kimi hər ay 90 manat olmaqla ödənilməli olan alimentin ödənilməsinə, aliment ödənişinin Ərizəçi açdığı bank hesabına köçürülməsinə dair hissəsində təsdiq edilsin. Dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul Maraqlı şəxs tutulub Ərizəçi verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Əsli ilə düzdür. Məhkəmənin hakimi Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar