Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1603/2025 30.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ÜƏ Y YƏ N E T D İ : İşin halları: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, mərhum bacısı X2 xx.xx.1979-cu il tarixdə Mingəçevir şəhərində vəfat etməsi ilə əlaqədar ölüm faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun atası X10 xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhərində vəfat etmişdir. Ondan müəyyən miras əmlaklar qalmışdır. Vərəsəlik məsələlərinin həlli ilə bağlı onun övladlarının faktiki doğulması, ölməsi və ya hazırda yaşayıb-yaşamaması haqqında sənədlərin təqdim edilməsi zərurəti yaranmışdır. Bildirir ki, atasının xx.xx.1976-cı il təvəllüdlü Ruhiyə, xx.xx.1979-cu il təvəllüdlü Leyla və o, xx.xx.1982-ci il təvəllüdlü Gülər adlarında üç qız övladı olmuşdur. Onlardan o və bacısı Ruhiyə hal-hazırda sağdırlar. Onun bildiyinə görə bacısı X7 iki aylığında ikən xx.xx.1979cu ildə Mingəçevir şəhərində vəfat etmişdir. Hazırda bacısı Leylanın ölməsi ilə bağlı əllərində heç bir sənəd yoxdur. Həmin faktı ailəsini tanıyan yaxın qohum və qonşular təsdiq edə bilər. Həmin halın müəyyən edilməsinin onun üçün hüquqi əhəmiyyəti vardır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin əvvəlki məhkəmə iclasında iştirak etmiş maraqlı şəxsin nümayəndəsi verdiyi izahatında göstərmişdir ki, ərizəyə etiraz etmir və qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, həmin ailəni 1978-ci ildən tanıyır. Belə ki, 1978-ci ildən təyinatla Mingəçevir şəhəri 2 nömrəli orta məktəbdə müəllimə işləməyə başlamışdır. Həmin vaxtdan Gülərin anası Sevda müəlliməni həmkar kimi tanımış, yaxşı münasibətləri olmuşdur. 1979-cu ilin yay aylarında Sevda müəllimənin qızının dünyaya gəlməsini bilmiş və hətta müəllim kollektivi ilə ona baş çəkmişlər. 1-2 həftə sonra həmin qız uşağının vəfat etməsini bilmiş və Mingəçevir kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, ərizəçi ilə qonşudur. Gülərin bacısı Leylanın ölümündən xəbərdardır. Belə ki, onun yas mərasimində iştirak etmiş, əri isə uşağın dəfnində iştirak etmişdir. Uşaq rəhmətə gedəndən sonra onu Mingəçevir kənd qəbiristanlığında dəfn etmişlər. Sübutların tədqiqi: İşdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Abdullayeva X3 şəhəri Heydər Əliyev prospekti ev 40, mənzil 1 ünvanda qeydiyyatdadır. İşdə olan ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.2025-ci il tarixdə ölmüşdür. İşdə olan Mingəçevir şəhər Qeydiyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X10 barəsində Azəərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2025-ci ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: xx.xx.1956-cı ildə doğulmuş arvadı X4, qızları - xx.xx.1982-ci ildə doğulmuş X8, xx.xx.1979-cu ildə doğulmuş X7 və xx.xx.1976-cı ildə doğulmuş X6. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2025-cü il tarixdə verilmiş 3-16-5/8- 15-257/2025 saylı məktubdan görünür ki, xx.xx.1979-cu ildə vəfat etmiş X2 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamış, ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-cü il tarixli məktubdan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü X7, X5 X12 ilə birgə nikahından doğulmuşdur. İş materiallarında olan Mingəçevir bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışında göstərilmişdir ki, X7 xx.xx.1979-cu il tarixdə Mingəçevir kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan fotoşəkillərdən görünür ki, kiçik, baş tərəfinə daş qoyulmuş məzar vardır. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8–ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. Məhkəmə ərizəni, ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İşin halları ilə müəyyən olunur ki, ərizəçi oğlunun vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Ərizəçi bacısı X2 xx.xx.1979-cü ildə il tarixdə Mingəçevir şəhərində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1979-cu ildə il təvəllüdlü X2 xx.xx.1979-cü ildə il tarixdə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilsin. X2 ölməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Hüseynli
Məhkəmə qərarları › İş №2(051)-1603/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1603/2025
30.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver