Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-161/2022 01.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, ölüm faktının müəyyən edilməsi tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək, qızı X6 ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirdi ki, Ərizəçi xx.xx.1955-ci ildə Goranboy rayonu Rəhimli kəndində anadan olub. ƏrizəçiX18 ilə 26 dekabr 1973-cü ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onlar ailə qurduqdan az müddət sonra Mingəçevir şəhərinə köçüb yaşamışlar. Onların birgə nikahından beş nəfər -25.07.1975-ci il təvəllüdlü X10, 18.09.1977-ci il təvəllüdlü X13, 20.09.1978-ci il təvəllüdlü X14, 1987-ci il təvəllüdlü X16, 18.05.1984-cü il təvəllüdlü X17 adlı uşaqları doğulmuşdur. Ərizəçinin övladları Kəmalə, Ramil, Oruc və Zaur yetkinlik yaşına çatmış, ailə qurmuşlar. Ərizəçinin qızı 18 sentyabr 1977-ci ildə Mingəçevir şəhərində doğulmuş Aynur 08 oktyabr 1977-ci ildə vəfat etmişdir. X9 16 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Ərizəçinin əri X7 miras əmlak qalmışdır. Ərizəçinin uşaqları ataları Cəmil Hüseynovdan miras qalmış əmlaklardan ərizəçinin xeyrinə imtina etmək istəyirlər. Vərəsəlik sənədlərini toplayanda X2 vaxtı ölməsinə baxmayaraq, ölüm haqqında şəhadətnamənin alınmaması “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində sağ kimi görünməsi miras əmlakının qəbul edilməsi, vərəsəlik şəhadətnaməsinin alınmasında problem yaradır. Ərizəçinin qızı Aynura ölüm haqqında şəhadətnamənin alınması zəruridir. Ərizəçi ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, ancaq Qeydiyyat şöbəsində məhkəməyə müraciət etməyi tövsiyyə etdilər. Ərizəçi də X6 08 oktyabr 1977-ci ildə tarixdə vəfat etməsini təsdiq edilməsi üçün məhkəməyə müraciət etdi. Ərizənin təmin olunmasını, ərizəçinin qızı 18 sentyabr 1977-ci ildə Mingəçevir şəhərində anadan olmuş X6 08 oktyabr 2077-ci ildə Mingəçevir şəhərində ölməsi faktının müəyyən olunmasını xahiş edir. Ölüm faktının müəyyən edilməsi ərizəçiyə qızına ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Maraqlı şəxs, Maraqlı şəxs rəisi S.Hüseynova məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. X3 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçi ilə 40 ildən çoxdur ki, qonşudur. Ərizəçinin qızı Aynur 18 sentyabr 1977-ci ildə anadan olub, 08 oktyabr 1977-ci ildə vəfat etmişdir. X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ərizəçi Xalidə ilə 40 ilə yaxındır ki, qonşudur. Xalidənin 5 uşağı olub, Aynur adlı uşağı 18 sentyabr 1977-ci ildə anadan olub, 08 oktyabr 1977-ci ildə vəfat etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini və şahidləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə Ərizəçi Allahverdi qızının arasında 26 dekabr 1973-cü ildə nikah qeydə alınmışdır. İşdə olan doğum haqqında arayışdan görünür ki, X13 18 sentyabr 1977-ci ildə Mingəçevir şəhərində doğulmuşdur. X5, anası Ərizəçi Allahverdi qızıdır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 17 dekabr 2020-ci ildə vəfat etmişdir. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 05/Q-108/15 saylı 13 oktyabr 2021ci il tarixli arayışda göstərilir ki, akt qeydləri arxivində 08.10.1977-13.10.2021-ci il üzrə yoxlama aparılarkən X8 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmadı. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 05/Q-372/15 saylı 20 may 2021ci il tarixli arayışdan görünür ki, 01.07.1848-ci il tarixdə Qasım-İsmayılov rayonu, Qaerqucaq kəndində anadan olmuş X11 Azərbaycan Respublikası Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlma 20.05.2021-ci ilədək aparılmış və bu məlumatlar: arvadı xx.xx.1955-ci il təvəllüdlü Ərizəçi, qızı 25.07.1975-ci il təvəllüdlü X10, qızı 18.09.1977-ci il təvəllüdlü X12, oğlu 20.09.1978-ci il təvəllüdlü X14, oğlu 04.0.1987-ci il təvəllüdlü X16, oğlu 18.05.1984-cü il təvəllüdlü X17 aşkar edilmişdir. İşə əlavə edilmiş Goranboy rayon Qarqucaq kənd Bələdiyyəsi tərəfindən təqdim edilmiş 13 dekabr 2021-ci il tarixli aktda göstərilir ki, 1977-ci ildə X11 20 günlük qızı X13 vəfat edib Qaraqucaq kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə tədqiqi zamanı X6 08 oktyabr 1977-ci ildə ölməsi faktı müəyyən edildi. Həmçinin, müəyyən edildi ki, onun ölümü qeydə alınmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, X6 08 oktyabr 1977-ci ildə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilməlidir. Ölüm faktının müəyyən edilməsi ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. 18 sentyabr 1977-ci ildə Mingəçevr şəhərində anadan olmuş X6 08 oktyabr 1977-ci ildə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-161/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-161/2022
01.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver