Məhkəmə qərarları › İş №2(051)-1610/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1610/2024

22.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1610/2024 22.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi və Maraqlı şəxs nümayəndəsi X7 iştirakı ilə Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ÜƏ Y YƏ N E T D İ : Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən nənəsi xx.xx.1883-cü il təvəllüdlü, X3 xx.xx.1986-cı il tarixdə Kəlbəcər rayonu Qaraxançallı kəndində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki o, xx.xx.1978-ci ildə X21 ilə X10 rəsmi nikahlarından doğulmuşdur. Mingəçevir şəhərində yaşayır. X8 xx.xx.2021-ci ildə böyüklərin respirator pozğunluq (distress) sindromu nəticəsində vəfat etmişdir. Babası, nənəsi Kəlbəcər rayonunda yaşamışlar. Mərhum X2nın ölümündən sonra ona məxsus olmuş daşınmaz əmlak, mənzil qalmışdır. Atası da vəfat etdiyi üçün həmin əmlakı o, miras əmlak kimi qəbul etmək istəyir. X2 xx.xx.1986-cı ildə Kəlbəcər rayonu Qaraxançallı kəndində vəfat etmiş və həmin kəndin qəbirstanlığında dəfn edilmişdir. Mülkiyyət sənədi olan Qeydiyyat vəsiqəsindən də görünür ki, yaşayış sahəsi Tərtər rayonu N.Süleymanov küçəsi 9 saylı evin 3 yaşayış otağından ibarət yaşayış evi ümumi sahəsi 317,4 m2, o cümlədən yaşayış sahəsi 70.0 m2 mülkiyyət hüquqi əsasında xx.xx.2005-ci ildə mərhum nənəsinin X3 adına qeydiyyata alınmışdır. Mərhum nənəsi G.Qaraxançalovanın ölüm kağızı yoxdur və mərhum nənəsinin mülkiyyətində olan yaşayış sahəsini miras əmlak kimi qəbul etmək mümkün deyildir. Ölüm haqqında şəhadətnamənin alınması zəruridir. Ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etdilər, ancaq Qeydiyyat şöbəsindən ondan həkim arayışı və digər sənədlər istədilər, məhkəməyə müraciət etməyi tövsiyyə etdilər. O, da X2 xx.xx.1986-cı il tarixdə vəfat etməsini təsdiq edilməsi üçün məhkəməyə müraciət etməli oldu. Mərhum atası xx.xx,1936-cı il təvəllüdlü X13 ölüm akt qeydi barədə arayışından görünür ki, X21 xx.xx.2021-ci ildə vəfat etmiş, X13 atası X9, anası isə X4r. Onun, yəni xx.xx.1978-ci ildə Kəlbəcər rayonu Qaraxançallı kəndində doğulmuş Ərizəçi doğum haqqında şəhadətnaməsindən görünür ki, X8, anası isə X14r. Qeyd edir ki, Kəlbəcər rayonu işğal olunduqdan sonra kənd qəbirstanlığı ermənilər tərəfindən dağıldığı üçün məzar daşının yerini müəyyən etmək mümkün olmamışdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı Maraqlı şəxsin nümayəndəsi X15 məhkəmə iclası zamanı bildirdi ki, X3 doğum tarixi haqqında hər hansı məlumat əldə edilməsi mümkün deyildir. Qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X19 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərdi ki, ərizəçi onun oğludur. Qaraxançallı Gümüş isə onun qaynanasıdır. Qaynanası 1986-cı il sentyabr ayının 1-də vəfat etmişdir. Yas mərasimi Kəlbəcər rayonu Qaraxançallı kəndində olmuşdur. Yas mərasimində oda iştirak etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, ərizəçi ilə qonşu olmuşlar, həmçinin qohumdurlar. Elçinin nənəsi Gümüş xanımı Kəlbəcər rayonunda yaşayandan tanıyırlar. Gümüş xanım yaşlı idi, xəstələndikdən sonra rəhmətə getdi. O, Kəlbəcər rayonu Qaraxançallı kəndində vəfat etmiş və orada da dəfn edilmişdir. Məhkəmə şahid qismində dindirilmiş X22 ifadəsində göstərdi ki, ərizəçi ilə qonşu olmuşlar, həmçinin qohumdurlar. X1 rayonu Qaraxançallı kəndində vəfat etmiş, yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəni, ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: İşdə olan Dövlət tikinti və Arxitektura Komitəsi Baş X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Tərtər şəhəri N.Süleymanov küçəsi ev 29-da 3 yaşayış otağından ibarət yaşayış evi ümumi sahəsi 317,4 m2, o, cümlədən yaşayış sahəsi 700m2 05 may 2005-ci ildə X3 adına qeydə alınmışdır. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1978-ci il tarixdə Kəlbəcər rayonu Tirkeşəvənd kənd sovetliyi Qaraxançallı kəndində X13 və X10 birgə nikahından doğulmuşdur. İş materiallarında olan Kəlbəcər rayonu İcra Hakimiyyəti Tirkeşəvənd kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 31 nömrəli arayışdan görünür ki, X5 xx.xx.1986-cı il tarixdə Kəlbəcər rayonu Qaraxançallı kəndində vəfat etmiş və Qaraxançallı kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Kəlbəcər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X21 xx.xx.1936-cı ildə Kəlbəcər rayonu Qaraxançallı kəndində anadan olmuşdur. atası X9, anası X4r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 3-16- 5/8-1xx-xx/2024 saylı məktubdan görünür ki, Maraqlı şəxs akt qeydləri arxivində xx.xx.1983-cü il-xx.xx.1989-cu illər üzrə yoxlama aparılmış, lakin X3 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.2021-ci il tarixdə böyüklərin respirator pozğunluq sindromu diqonozu ilə vəfat etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8–ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. Məhkəmə şahid qismində dindirilmiş xx.xx.1979-cu il təvəllüdlü X18 ifadəsini sübut növü kimi qəbul etmir, belə ki, o, məhkəmə tərəfindən X3 vəfat etdiyi zaman onun 6 yaşı olmuşdur. İşin halları ilə müəyyən olunur ki, ərizəçi nənəsinin vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Ərizəçi xx.xx.1883-cü il təvəllüdlü, X3 - xx.xx.1986-cı il tarixdə Kəlbəcər rayonu Qaraxançallı kəndində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Hüquqi faktın müəyyən edilməsi ərizəçiyə əmlakını bağışlamaq üçün notariat kontoruna təqdim edilməsi üçün aidiyyəti orqanlara verilməli olduğundan zəruridir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1883-cü il təvəllüdlü, X3 xx.xx.1986-cı il tarixdə Kəlbəcər rayonu Qaraxançallı kəndində vəfat etməsi faktı müəyyən edilsin. X3 vəfat etməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar