Məhkəmə qərarları › İş №2(051)-1628/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1628/2025

28.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1628/2025 28.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2015-ci ildə Maraqlı şəxs ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü Fidan və xx.xx.2017-ci il təvəllüdlü Jalə adlı uşaqları doğulmuşdur. Aralarında bağlanmış nikah Mingəçevir Şəhər Məhkəməsinin 25 iyun 2025-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Onlar xx.xx.2025-ci il tarixdə Mediasiya prosessində iştirak etmiş, aralarında barışıq sazişi bağlanmış və barışıq sazişinin şərtlərinə əsasən azyaşlı uşaqlarının onun yanında qalmaları, azyaşlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 180 manat olmaqla, cəmi 360 manat məbləğdə alimentin Maraqlı şəxs alınıb ona ödənilməsi, Maraqlı şəxs uşaqları ilə hər həftənin şənbə günü və bayram və xüsusi günlərin birində saat 14:00-dan növbəti gün saat 14:00-dək görüşməsi və ünvan 1 ünvanında olan ona məxsus cehiz əşyalarını qabaqcadan məlumatlandırmaqla istənilən vaxt hissə-hissə götürülməsi barəsində razılığa gəlmişlər. Lakin Maraqlı şəxs barışıq sazişinin tələblərini kobud surətdə pozmuş və öhdəliyini lazımı qaydada icra etməmişdir. Maraqlı şəxs barışıq sazişini könüllü icra etmək niyyəti olmamışdır. Belə olan halda məcburən barışıq sazişinin təsdiq olunması məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, onunla Maraqlı şəxs arasına bağlanmış 22 aprel 2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi və barışıq sazişində göstərilənlərə əsasən xx.xx.2016-cı il təvəllüdlü Fidan və xx.xx.2017-ci il təvəllüdlü Jalə adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Maraqlı şəxs hər ay hər uşağa 180 manat olmaqla, cəmi 360 manat məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi ərizəyə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə, Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: İşdə olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü Fidan və xx.xx.2017-ci il təvəllüdlü Jalə adlı uşaqları doğulmuşdur. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(051)-1184/2025 nömrəli qətnaməsinin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2015ci il tarixdə Mingəçevir şəhər Nikah Evində bağlanmış və 108 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişindən görünür ki: "Tərəflər" aralarında olan birgə nikahın pozulmasına razıdırlar; 1."Tərəflər" uşaqların "Birinci tərəf'in yanında qalmalarına razıdırlar; 1.1 "İkinci tərəf" "Birinci tərəf'in qəyyumluğunda olan övladlarına hər uşaq üçün 180 manat olmaqla hər ay 360 manat məbləğində aliment ödəyəcək. 1.2 Aliment pulunu hər ay "Birinci tərəfin" açdığı bank hesabına köçürəcək; 2. "İkinci tərəf" uşaqları ilə hər həftənin şənbə günü və bayram və xüsusi günlərin birində saat 14:00-dan növbəti gün saat 14:00-dək görüşə biləcək; 2.1 Tərəflər gələcəkdə uşaqların tərbiyəsi və inkişafında iştirak edəcək; 3.2 ünvan 1 ünvanında olan "Birinci tərəf"ə məxsus cehiz əşyalarını qabaqcadan məlumatlandırmaqla istənilən vaxt hissəhissə götürülməsi öhdəliklərini öz üzərinə götürməsi ilə bağlı ərizəçi ilə maraqlı şəxs arasında razılıq əldə edilmişdir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə ərizəçinin izahatını və maraqlı şəxsin ərizəsini, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, ərizəçi ilə maraqlı şəxs xx.xx.2015-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmiş, onların birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü Fidan və xx.xx.2017-ci il təvəllüdlü Jalə adlı uşaqları doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah qeydi məhkəmə qaydasında pozulmuşdur. "Tərəflər" uşaqların "Birinci tərəfin yanında qalmalarına razıdırlar. "İkinci tərəf" uşaqları ilə qarşılıqlı razılaşma əsasında görüşə biləcək. "İkinci tərəf" "Birinci tərəf'in qəyyumluğunda olan övladlarına hər uşaq üçün 180 manat olmaqla hər ay 360 manat məbləğində aliment ödəyəcək. Aliment pulunu hər ay "Birinci tərəfin" açdığı bank hesabına köçürəcək. ünvan 1 ünvanında olan ərizəçiyə məxsus cehiz əşyalarını qabaqcadan məlumatlandırmaqla istənilən vaxt hissə-hissə götürülməsi -öhdəliklərini öz üzərinə götürməsi ilə bağlı tərəflər arasında mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Lakin qanunda nəzərdə tutulmuş müddət ərzində Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Ona görə də ərizəçi mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26.1-maddəsinə əsasən məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2016-cı il təvəllüdlü Fidan və xx.xx.2017-ci il təvəllüdlü Jalə adlı uşaqların Ərizəçi yanında qalması, Maraqlı şəxs Fidan və Jalə adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment ödəmək öhdəliyini öz üzərinə götürməsi, aliment ödənişinin Ərizəçi açdığı bank hesabına ödənilməsi öhdəliyini öz üzərinə götürməsinə dair hissəsində barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir. Digər hissələrdə barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Belə ki, barışıq sazişinin təsdiq edilməsindən imtina edilən hissəsinin təsdiq edilən hissədən ayrılması mümkündür. Bundan əlavə, ərizəçi ərizəsində barışıq sazişinin məhz 1, 1.1 və 1.2-ci bəndlərinin təsdiq edilməsi, yəni xx.xx.2025-ci il tarixdən hesablanmaqla cavabdeh Maraqlı şəxs ilə birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü Fidan və xx.xx.2017-ci il təvəllüdlü Jalə adlı övladlarının onun yanında qalması və həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh Maraqlı şəxs hər ay hər uşağa görə 180 manat olmaqla, cəmi 360 manat alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizə tam təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq iddiaçı Ərizəçi ödənilməlidir. MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişi xx.xx.2016-cı il təvəllüdlü Fidan və xx.xx.2017-ci il təvəllüdlü Jalə adlı uşaqların Ərizəçi yanında qalması, Maraqlı şəxs tərəfindən Fidan və Jalə adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin ödənilməsinə, aliment ödənişinin Ərizəçi açdığı bank hesabına köçürülməsinə dair hissəsində təsdiq edilsin. Dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul Maraqlı şəxs tutulub Ərizəçi verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Əsli ilə düzdür. Məhkəmənin hakimi Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar