Məhkəmə qərarları › İş №2(051)-1636/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1636/2020

23.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1636/2020 23.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Ərizəçi, vəkili X1 iştirakı ilə, ölüm faktının müəyyən edilməsi tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək, atası X3 ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirdi ki, X8 onun atasdır. Atası xx.xx.2020-ci ildə qəflətən vəfat etmişdir. X9 şəhəri Şəfəq Bağlar massivində yerləşən qəbirstanlığında dəfn etmişlər. Lakin vaxtında ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət edə bilməmişdir. Sonradan Maraqlı şəxsnə ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı müraciət etmiş, ancaq Qeydiyyat şöbəsi ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Atasının ölümünün qeydə alınması barədə şəhadətnaməsi olmadığı üçün yaşadığı mənzili adına sənədləşdirə bilmir. Ərizənin təmin olunmasını xahiş edir. Ölüm faktının müəyyən edilməsi qızına ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Ərizəçi vəkili X6 məhkəmə iclasında ərizənin təmi olunmasını xahiş etdi. Maraqlı şəxs, Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. X5 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ərizəçinin atası Telman onun qonşusu olmuşdur. Mərhum Telmanı yaxından tanıyrdı. xx.xx.2020-ci il tarixdə Telman vəfat edib. Yas mərasimində iştirak etmişdir. X2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ərizəçi onun həyat yoldaşıdır. Telman onun qayınatasıdır. Telman Restəmov həqiqətən də, xx.xx.2020-ci il ildə vəfat etmişdir. Onu Mingəçevir şəhər Şəfəq Bağlar massivində yerləşən qəbirstanlığında dəfn etmişlər.Yas mərasimində iştirak etmişdir. X4 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, mərhum Telman onun qonşusudur. 17 ildən çoxdur ki, Telman Rüstəmovu tanıyır.Telman diabet xəstəsi idi. xx.xx.2020-ci ildə Telmanı vəfat etmişdir. Qonşu kimi yas mərasimində iştirak edib. Məhkəmə ərizəçini, şahidləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan şəxsiyyət vəsiqəsindən görünür ki, X8 xx.xx.1965-ci ildə Goranboy rayonunda anadan olmuşdur. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 05/Q-107/15 saylı xx.xx.2020-ci il tarixli arayışda göstərilir ki, X8 nun Qeydiyyat şöbəsində ölüm akt qeydiyyatı tapılmadı. İşdə olan Mingəçevir şəhər X7 Hüquqi Şəxsin TTTY şöbəsinin TTY Stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2020-ci ildə 1965-ci il təvəllüdlü X8 barədə çağırış olmuş, evdə bir kişi meydi müəyyən edilmişdir. Məhkəmə tədqiqi zamanı X3 xx.xx.2020-ci ildə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edildi. Həmçinin, müəyyən edildi ki, onun ölümü qeydə alınmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, X3 xx.xx.2020-ci ildə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilməlidir. Ölüm faktının müəyyən edilməsi ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. xx.xx.1965-ci ildə Goranboy rayonunda anadan olmuş X3 xx.xx.2020-ci ildə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar