Məhkəmə qərarları › İş №2(051)-1665/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1665/2022

05.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1665/2022 05.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi, nümayəndəsi vəkil X7 iştirakı ilə Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, bibisi X2 xx.xx.2021-ci ildə Mingəçevir şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, X6 anadan bir atasının bacısıdır, yəni onun bibisidir. Belə ki, o, ailə qurmamış, 78 yaşında onun yanında 21 noyabr 2021-ci ildə vəfat etmişdir. Onların qohumluğunu təsdiq edəb sənədləri əldə edə bilmədiyindən hazırkı müddətə qədər onun ölümünü qeyd etdirə bilməmişdir. Hzırda X13 filialından nənəsi X8 1960-1962-ci illərə dair təsərrüfat başına kitabından arayış əldə etmişdir. Həmin sənəddən görünür ki, X2 anası X9r. X1 anasıda Səlmi Həsən qızıdır. Bisini o, dəfn etmiş, yas mərasimini özü vermişdir. Lakin ölüm haqqında şəhadətnaməni ala bilmir. Buna görə də bibisi X2 xx.xx.2021-ci ildə Mingəçevir şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Ərizəçi, nümayəndəsi vəkil X10 ərizənin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin məhkəməyə xx.xx.2022-ci il tarixdə məktub göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılıb müvafiq qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin məhkəməyə 24 fevral 2022-ci il tarixdə məktub göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılıb müvafiq qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə ərizəçinin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, həqiqətən də, Ərizəçi xx.xx.1955-ci ildə Yevlax rayonu Gülövşə kəndində anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş Maraqlı şəxs xx.xx.2022-ci il tarixli 05/Q-79/15 nömrəli arayışından görünür ki, X2 Maraqlı şəxsndə ölüm akt qeydiyyatı tapılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş X4 dövlət qeydiyyatı ilə bağlı təlimatının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Ona görə də ərizəçiyə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İşə əlavə edilmiş X13 filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 57/10 nömrəli arxiv arayışından görünür ki, X5 doğum tarixi 1940-cı il yzılmışdır. MPM-nin 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Beləliklə, məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizəçinin bibisi X2 21 noyabr 2021-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 307-311, 216-220, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. X2 21 noyabr 2021-ci il tarixdə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilmiş hesab olunsun. X2 ölüm faktının müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən X4 qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün və ölüm haqqında şəhadətnamə verməsi üçün əsasdır Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar