Məhkəmə qərarları › İş №2(051)-1699/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1699/2021

05.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1699/2021 05.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi iştirakı ilə, ölüm faktının müəyyən edilməsi tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək, arvadı X1 ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirdi ki, X4 onun arvadıdır. Mehriban Abbasova 11 noyabr 1966-cı ildə Ağdaş rayonu Qaradağlı kəndində anadan olmuşdur. X10 ilə 1988-ci ildə nikahlarını qeyd etdirməklə ailə qurmuşlar. Ailə münasibətləri daimi yaxşı olmuşdur. 13 oktyabr 2018-ci ildə Mehriban qəflətən vəfat etmişdir. Mehribanı Ağdaş rayonu Qaradağlı kənd qəbirstanlığında dəfn etmişlər. Lakin həmin vaxt başları qarışıq olduğu üçün ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı Qeydiyyat şöbəsinə müraciət edə bilməmişdir. Arvadının ölümü qeydə alınmadığına görə ona ölüm haqqında şəhadətnamə almaq mümkün olmamışdır. X8 13.10.2018-ci ildə Mingəçevir şəhərində ölməsi faktının müəyyən olunmasını xahiş edir. Faktın təsdiqi arvadının ölümü haqqında şəhadətnamə almaq üçün lazımıdr. Ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxs, Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. X6 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ərizəçi ilə qonşudur. Həqiqətən də ərizəçinin arvadı X4 13 oktyabr 2018-ci ildə vəfat etmişdir. Onu Ağdaş rayon Qaradağlı kənd qəbirstanlığında dəfn etmişlər. Yas mərasimində qonşu kimi yaxından iştirak etmişdir. X3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ərizəçi ilə qonşudur. Həqiqətən də, ərizəçinin arvadı X4 13 oktyabr 2018-ci ildə vəfat etmişdir. Onu Ağdaş rayon Qaradağlı kənd qəbirstanlığında dəfn etmişlər. Yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 11 noyabr 1966-cı ildə Ağdaş rayon Qaradağlı kəndində doğulmuşdur. İşdə olan Maraqlı şəxsndən verilmiş arayışdan görünür ki, Ərizəçi ilə X4 16.11.1988-ci il tarixdə 190 №li nikah akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra qadına “Abbasova” soyadı verilmişdir. İşə əlavə edilmiş Ağdaş rayon Qaradağlı kənd Bələdiyyəsi tərəfindən verilmiş 13.08.2021-ci tarixli 12 saylı arayışda göstərilir ki, X4 13.10.2018-ci ildə Ağdaş rayon Qaradağlı kənd qəbirstanlığında dəfn edilmişdir. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 05/Q-82/15 saylı 13.08.2021-ci il tarixli arayışda göstərilir ki, akt qeydləri arxivində 13.10.2018-13.08.2021-ci il üzrə yoxlama aparılarkən X1 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmadı. Məhkəmə tədqiqi zamanı X1 13.10.2018-ci ildə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edildi. Həmçinin, müəyyən edildi ki, onun ölümü qeydə alınmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, X1 13.10.2018-ci ildə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilməlidir. Ölüm faktının müəyyən edilməsi ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. 11 noyabr 1966-cı ildə Ağdaş rayon Qaradağlı kəndində anadan olmuş X2 13 oktyabr 2018-ci ildə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar