Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1707/2025 07.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2023cü il tarixdə bağlanmış ərizəçinin xeyrinə xx.xx.2007-ci il tarixdə doğulmuş Nərgiz adlı uşağa aliment ödənilməsi barədə barədə barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2000-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişdir. Birgə nikahdan xx.xx.2001-ci il tarixdə Emil, xx.xx.2002-ci il tarixdə Nicat və xx.xx.2007-ci il tarixdə Nərgiz adlı uşaqları doğulmuşdur. Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1244/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Maraqlı şəxs ilə aralarındakı nikah pozulmuşdur, övladları isə onunla yaşamağa davam edirlər. Mingəçevir şəhər Mediasiya Təşkilatı tərəfindən təsdiq olunmuş barışıq sazişinə əsasən maraqlı şəxs Nərgiz adlı uşağın yetkinlik yaşınadək saxlanması üçün 200 manat aliment ödəməlidir. Lakin maraqlı şəxs təyin olunduğu vaxtdan indiyədək ardıcıl olaraq ödəniş etməmişdir, 1-2 halda istisna olmaqla, 100 manat ödəmişdir. Maraqlı şəxs alimentin tam şəkildə və müntəzəm ödənilməsi barədə müraciətləri dinləmir, borclu olduğu aliment məbləğlərini tam şəkildə ödəməkdən imtina edir. Ona görə də, o barışıq sazişinin məcburi icrası barədə məhkəməyə müraciət etməli olmuşdur. Nərgiz adlı uşaq orta məktəbin son sinifində təhsil alır. Təhsil və gündəlik tələbatlarla bağlı xərcləri həddindən artıq çoxalmışdır. O həmin tələbatları təmin etməkdə ciddi çətinliklərlə üzləşir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, birinci tərəfin (Maraqlı şəxs) xx.xx.2007-ci ildə doğulan övladı X1 İkinci tərəfin (Ərizəçi) himayəsində qalmasına razı olması, birinci tərəfin hazırki işində (AZİES MMC) işlədiyi müddətdə Kapital bankdan aldığı kredit borcunu (9700 manat- qalıq borc 4786 manat) ödəyib başa vuranadək X2 18 yaşına çatanadək məhkəmə qətnaməsi çıxarıldığı gündən hər ayın 10-dək 200 manat (iki yüz) olmaqla ümumi 200 (iki yüz) manat məbləğində aliment ödəyəcəyini öhdəliyinə götürməsi, birinci tərəfin ödəyəcəyi aliment məbləğini İkinci tərəfin bankda açdığı kart hesabına ödəyəcəyi, birinci tərəfin hazırki işində işləməkdə davam edərsə və sağlamlığı yol verərsə, övladı orta və ya ali təhsil müəssisəsinə daxil olub, bitirənədək ona hər ay 400 (dörd yüz) manat aliment ödəyəcəyi, birinci tərəfin hər hansı səbəbdən işindən çıxarılarsa, övladına hər ay 200 (iki yüz) manat aliment ödəyəcəyi, birinci tərəfin ikinci tərəflə qarşılıqlı razılıq əsasında və uşaqlarının maraqları çərçivəsində onlarla istənilən vaxt və istənilən qaydada görüşə biləcəyi ilə bağlı ərizəçi ilə maraqlı şəxs arasında razılıq əldə edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1244/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2000-ci il tarixdə İsmayıllı rayonu Qeydiyyat Şöbəsində bağlanmış 05 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydinin pozulması qət edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-cı il tarixdə doğulmuş Nərgiz adlı uşağın anası Ərizəçi, atası Maraqlı şəxsdur. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən etdi ki, ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Lakin sazişdə razılaşdırılmış müddət ərzində Maraqlı şəxs tərəfindən barışıq sazişi, birinci tərəfin hazırki işində (AZİES MMC) işlədiyi müddətdə Kapital bankdan aldığı kredit borcunu (9700 manat- qalıq borc 4786 manat) ödəyib başa vuranadək X2 18 yaşına çatanadək məhkəmə qətnaməsi çıxarıldığı gündən hər ayın 10-dək 200 manat (iki yüz) olmaqla ümumi 200 (iki yüz) manat məbləğində aliment ödəyəcəyini öhdəsinə götürməsi, birinci tərəfin ödəyəcəyi aliment məbləğini İkinci tərəfin bankda açdığı kart hesabına ödəyəcəyi hissəsində könüllü qaydada icra edilməmişdir. Ona görə də ərizəçi mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin alimentə aid həmin hissəsi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinəəsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Həmin Qanunun 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında barışıq sazişi qanunda nəzərdə tutulmuş qaydada bağlanmış, lakin imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində barışıq sazişinin 3-cü bəndi, yəni uşağın saxlanması üçün alimentin ödənilməsi hissəsi icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmış, Maraqlı şəxs hazırki işində (AZİES MMC) işlədiyi müddətdə Kapital bankdan aldığı kredit borcunu (9700 manat- qalıq borc 4786 manat) ödəyib başa vuranadək X2 18 yaşına çatanadək məhkəmə qətnaməsi çıxarıldığı gündən hər ayın 10-dək 200 manat (iki yüz) olmaqla ümumi 200 (iki yüz) manat məbləğində aliment ödəyəcəyini öhdəliyinə götürməsi, Maraqlı şəxs ödəyəcəyi aliment məbləğini Ərizəçi bankda açdığı kart hesabına ödəyəcəyinə dair hissədə barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə bağlanmış, Maraqlı şəxs hazırki işində (AZİES MMC) işlədiyi müddətdə Kapital bankdan aldığı kredit borcunu (9700 manat- qalıq borc 4786 manat) ödəyib başa vuranadək X2 18 yaşına çatanadək məhkəmə qətnaməsi çıxarıldığı gündən hər ayın 10dək 200 (iki yüz) manat məbləğində aliment ödəyəcəyini öhdəliyinə götürməsi, Maraqlı şəxs ödəyəcəyi aliment məbləğini Ərizəçi bankda açdığı kart hesabına ödəyəcəyinə dair barışıq sazişinin 3-cü bəndi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1707/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1707/2025
07.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver