Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1722/2025 08.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs ilə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizə: Ərizəçi Maraqlı şəxs ilə xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq olunmasını və ödədiyi 100 manat məbləğində dövlət rüsumunun maraqlı şəxsdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar : Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü Ayan və xx.xx.2010-cu il təvəllüdlü Məhəmmədəli adlı uşaqları olmuşdur. Nikah məhkəmə qaydasında pozulmuşdur. xx.xx.2025-ci il tarixdə aralarında barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinə əsasən 1. İkinci tərəf (Maraqlı şəxs) Birinci tərəfin (Ərizəçi) himayəsində olan xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün 2024-cü ilin iyul ayından 2025-ci ilin iyul ayına qədər bir uşağa 300 manat olmaqla, cəmi 600 manat aliment ödəyib. 2. İkinci tərəf (Maraqlı şəxs) Birinci tərəfin (Ərizəçi) himayəsində olan xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Birinci tərəfə (Ərizəçi) 2025-ci ilin avqust ayının 1-dən başlayaraq növbəti hər ayın 1-dək bir uşağa 500 manat olmaqla, cəmi 1000 manat aliment ödəməyi üzərinə öhdəlik götürür.
3. İkinci tərəf (Maraqlı şəxs) ödəyəcəyi aliment məbləğini Birinci tərəfin (Ərizəçi) bankda açdırdığı kart hesabına ödəməyi üzərinə öhdəlik götürür. Lakin maraqlı şəxs üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirmir, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları : Ərizəçi məhkəmə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahat verərək, ərizənin təmin edilməsinə etirazı olmadığını bildirdi. İş materialları : xx.xx.2025-ci il tarixli ********** №li mədaxil qəbzindən görünür ki, məhkəməyə müraciət edilməsi üçün Ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. AZ-İ 136344 №li xx.xx.2011-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X5 arasında bağlanmış nikah ləğv edilmiş, nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 242 № ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Ruşanova soyadı verilmişdir. AZ-İV 778272 №li xx.xx.2023-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2008-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, atası Maraqlı şəxs, anası Ərizəçidır. AZ-İİ 482903 №li xx.xx.2010-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2010-cu il tarixdə Gəncə şəhərində doğulmuş, atası Maraqlı şəxs, anası X4r. xx.xx.2025-ci il tarixdə verilmiş ******* №li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.2008-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.2025-ci il tarixində ünvan 2latında bağlanan Barışıq Sazişindən görünür ki, 1. İkinci tərəf (Maraqlı şəxs) Birinci tərəfin (Ərizəçi) himayəsində olan xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün 2024-cü ilin iyul ayından 2025-ci ilin iyul ayına qədər bir uşağa 300 manat olmaqla, cəmi 600 manat aliment ödəyib. 2. İkinci tərəf (Maraqlı şəxs) Birinci tərəfin (Ərizəçi) himayəsində olan xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Birinci tərəfə (Ərizəçi) 2025-ci ilin avqust ayının 1dən başlayaraq növbəti hər ayın 1-dək bir uşağa 500 manat olmaqla, cəmi 1000 manat aliment ödəməyi üzərinə öhdəlik götürür. 3. İkinci tərəf (Maraqlı şəxs) ödəyəcəyi aliment məbləğini Birinci tərəfin (Ərizəçi) bankda açdırdığı kart hesabına ödəməyi üzərinə öhdəlik götürür. İşin faktiki halı : xx.xx.2025-ci il tarixdə tərəflər arasında Barışıq Sazişi bağlanmışdır. Həmin sazişin 1ci bəndində göstərilmişdir ki, Maraqlı şəxs Ərizəçi himayəsində olan xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün 2024-cü ilin iyul ayından 2025-ci ilin iyul ayına qədər bir uşağa 300 manat olmaqla, cəmi 600 manat aliment ödəyib. 2-ci bəndində göstərilmişdir ki, Maraqlı şəxs Ərizəçi himayəsində olan xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Ərizəçi 2025-ci ilin avqust ayının 1dən başlayaraq növbəti hər ayın 1-dək bir uşağa 500 manat olmaqla, cəmi 1000 manat aliment ödəməyi üzərinə öhdəlik götürür. 3-cü bənddə göstərilmişdir ki, Maraqlı şəxs ödəyəcəyi aliment məbləğini Ərizəçi bankda açdırdığı kart hesabına ödəməyi üzərinə öhdəlik götürür. Maraqlı şəxs ərizə ilə bağlı etiraz bildirməmişdir. Tətbiq edilən hüquq : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.17. məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 34.1 Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3 Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4 Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmənin mövqeyi : Ərizəçi ilə maraqlı şəxs arasında mediasiya sessiyası nəticəsində barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin ikinci və üçüncü bəndi maraqlı şəxs tərəfindən 10 gün müddətində könüllü qaydada icra edilməmişdir. Həmin bəndlər qanuna zidd olmadığından, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmadığından barışıq sazişi həmin hissədə təsdiq edilməlidir. Barışıq sazişinin 1-ci bəndi tərəflərdən hər hansı birinin müəyyən hüquqi hərəkətləri icra etmək öhdəliyi daşımadığından, həmin hissədə ərizə təmin edilməməlidir. Ərizə qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu maraqlı şəxsdən alınaraq Ərizəçi ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ :
Ərizə qismən təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Mingəçevir 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı hissədə təsdiq edilsin.
2. İkinci tərəf (Maraqlı şəxs) Birinci tərəfin (Ərizəçi) himayəsində olan xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Birinci tərəfə (Ərizəçi) 2025-ci ilin avqust ayının 1-dən başlayaraq növbəti hər ayın 1-dək bir uşağa 500 manat olmaqla, cəmi 1000 manat aliment ödəməyi üzərinə öhdəlik götürür.
3. İkinci tərəf (Maraqlı şəxs) ödəyəcəyi aliment məbləğini Birinci tərəfin (Ərizəçi) bankda açdırdığı kart hesabına ödəməyi üzərinə öhdəlik götürür. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu 100 (bir yüz manat) manat Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Güləndam Quliyeva