Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1725/2024 28.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi, vəkil Nümayəndə, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi, Vəkil iştirakları ilə, iddiaçı: İddiaçı cavabdeh: Cavabdeh (3-cü şəxslər Mingəçevir şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyası, X7 və X8) qarşı, «Ər və arvadın birgə nikah dövründə əldə olunmuş ümumi əmlakının bölünməsi və payların müəyyən edilməsi tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə ünvan 1 ünvanda yerləşən, RX seriyalı, ******* saylı çıxarışa əsasən X9 məxsus fərdi yaşayış evi və “Vaz-21063” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə onun payının ½ hissədə, mərhum X6 ½ hissədə paylarının müəyyən edilməsi və bölünməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, X11 ilə 22 dekabr 2007ci ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2010-cu ildə Fəridə və xx.xx.2013-ü ildə Xədicə adlı uşaqları doğulmuşdur. Bir müddət Elnur İbrahimov ilə mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmiş və aralarındakı nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Elnur İbrahimov ilə ailə qurduqdan sonra bir müddət onlara məxsus evdə yaşamışlar. Birlikdə yaşamaq müəyyən çətinliklərə səbəb olduğuna görə özlərinə torpaq sahəsi almışlar və həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirərək aralarında nikah pozulana kimi orada yaşamışlar. Həmin yaşayış evinə dair keçmiş həyat yoldaşının adına Rx seriyalı, ******* nömrəli, 31 oktyabr 2013-cü il qeydiyyat tarixli çıxarış verilmişdir. Bundan başqa birgə nikah dövründə X11 ilə birlikdə alqı-satqı yolu ilə “Vaz-21063” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil alaraq istifadə etmişlər. Həmin avtomobilə dair Elnur İbarhimovun adına 07 aprel 2020-ci il tarixli, AD 701179 qeydiyyat nömrəli şəhadətnamə verilmişdir. Keçmiş həyat yoldaşı Elnur İbrahimov 01 iyun 2023-cü il tarixdə vəfat etmişdir. Hesab edir ki, nə qədər ki, fərdi yaşayış evi və minik avtomobili birgə nikah dövründə əldə olunduğuna görə aralarında bərabər paylara bölünməlidir. Buna görə də Mingəçevir şəhəri, Təbriz küçəsi 23-C ünvanda yerləşən, RX seriyalı, ******* saylı çıxarışa əsasən X9 məxsus fərdi yaşayış evi və “Vaz-21063” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə onun payının ½ hissədə, mərhum X6 ½ hissədə paylarının müəyyən edilməsi və bölünməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi, vəkil Nümayəndə məhkəmə iclasında İddiaçı izahatına oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Qüdrət qızı verdiyi izahatında göstərimişdir ki, mərhum oğlu X11 ilə İddiaçı nikahlarını 22 dekabr 2007-ci ildə rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 2 övladları doğulmuşdur. İddiaçı onların yaşadığı fərdi yaşayış evinə gəlin köçmüşdür. Belə ki, İddiaçı gəlin gəlməmişdən əvvəl torpaq sahəsi mərhum oğlunun adına olmuş və onun üzərində fərdi yaşayış evi olmuşdur. Yəni onlar birgə nikah dövründə ayrıca qaydada fərdi yaşayış evi əldə etməmişlər. Bundan başqa özü dəfələrlə İddiaçı mirasın bölüşdürülməsini təklif etsə də, İddiaçı buna razı olmamışdır. Ona görə də iddia tələbinin qismən, yəni birgə nikah dövründə əldə olunmuş avtomobilin bölünməsinə etiraz etməmişdir. Məhkəmə iclasında Cavabdeh Qüdrət qızının etibarnamə üzrə nümayəndəsi, Vəkil Cavabdeh izahatına oxşar məzmunlu izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Mingəçevir şəhərinin Təbriz küçəsində yerləşən 23-C nömrəli fərdi yaşayış evi və 0.07 ha torpaq sahəsi X6 mülkiyyətində olmuşdur. Belə ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli, 293 nömrəli qərarı ilə X6 mülkiyyətinə 0.07 ha torpaq sahəsi verilmişdir. İddiaçı isə X11 ilə xx.xx.2007-ci ildə ailə qurmuşdur. İddiaçı mübahisələndirilən torpaq sahəsinə gəlin köçən zaman artıq 0.07 ha torpaq sahəsi Elnur İbarhimovun mülkiyyətində olmuş və həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi mövcud olmuşdur. Yəni tərəflər birgə nikah dövründə ayrıca fərdi yaşayış evi əldə etməmişlər. Belə ki, İddiaçı gəlin köçən zaman X6 adına torpaq sahəsi və onun üzərində fərdi yaşayış evi mövcud olmuşdur. Belə olan halda Elnur İbrahimov gözləntidə olan mülkiyyət hüquq mövcud olmuşdur. Ona görə də iddia tələbinin qismən, yəni birgə nikah dövründə əldə olunmuş minik avtomobilinə tərəflərin paylarının müəyyən olunması hissəsində təmin olunması, lakin iddia tələbinin fərdi yaşayış evinə İddiaçı və Elnur İbrahimovun paylarının ½ hissədə müəyyən olunmasına dair iddia tələbinin rədd olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. İddia ərizəsinə əlavə olunmuş Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 20 iyun 2024-cü il tarixli, 1127 nömrəli cavab məktubundan görünür ki, İddiaçı miras əmlakın bölüşdürülməsi ilə bağlı ixtilaflar olduğundan məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 01 iyun 2023-cü ildə vəfat etmişdir. İddia ərizəsinə əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 21 sentaybr 2022-ci il tarixli, 2(051)-1221/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə X6 arasında 22 dekabr 2007-ci il tarixdə Mingəçevir şəhər Nikah Evində bağlanmış və 348 nömrə ilə qeydə alınmış nikah pozulmuş, 23 fevral 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 120 manat və 18 iyul 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 120 manat olmaqla, cəmi 240 manat məbləğdə alimentin X5 tutulub İddiaçı verilməsi qət edilmişdir. İddia ərizəsinə əlavə olunmuş AD 701179 nömrəli X1 Şəhaddətnaməsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, “Vaz-21063” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil X6 adınadır. İddia ərizəsinə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, 31 yanvar 2013-cü il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin Təbriz küçəsində yerləşən 23- C ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.07 ha torpaq sahəsi X6 mülkiyyətindədir. Məhkəməyə təqdim olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin Mingəçevir Şəhər Məhkəməsinə ünvanladığı materiallarda olan JN 680A, KOD 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli, 293 nömrəli qərarı ilə X6 mülkiyyətinə 0.07 ha torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə torpaq sahəsinin ümumi sahəsi 700.2 kv.metr, tikinti altında olan sahəsi isə 150.8 kv.metr olduğu göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli faktik hallar kimi müəyyən etmişdir ki, X11 22 dekabr 2007-ci ildə İddiaçı ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2010-cu ildə Fəridə və xx.xx.2013-cü ildə Xədicə adlı uşaqları doğulmuşdur. Mingəçevir şəhərinin Təbriz küçəsində yerləşən 23-C saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0.07 ha torpaq sahəsi üzərində X6 mülkiyyət hüquqları 31 yanvar 2013-cü ildə qeyd alınmışdır. Eyni zamanda “Vaz-21063” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil X6 adına 07 aprel 2020-ci il tarixdə qeydiyyata alınmışdır. Elnur İbrahimov ilə İddiaçı arasında olan nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Elnur İbrahimov 01 iyun 2023-cü il tarixdə vəfat etmişdir. X12 birgə nikah dövründə əldə olunmuş fərdi yaşayış evi və minik avtomobilinə paylarının müəyyən olunması və bölünməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə təqdim olunmuş sübutları tam və hər tərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iddia tələbinin birgə nikah dövründə əldə olunmuş fərdi yaşayış evi üzərində payların müəyyən olunması və bölünməsinə dair hissəsinin təmin edilməməsi qənaətindədir. Məhkəmə öz müvqeyini belə əsaslandırır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də, şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması, əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli, “Qarrax Çexiyaya qarşı” iş üzrə 27 may 2003-cü il tarixli qərarlarında X16 Məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X4 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X11 22 dekabr 2007-ci ildə İddiaçı ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2010-cu ildə Fəridə və xx.xx.2013-ü ildə Xədicə adlı uşaqları doğulmuşdur. Mingəçevir şəhərinin Təbriz küçəsində yerləşən 23-C saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0.07 ha torpaq sahəsi üzərində X6 mülkiyyət hüquqları 31 yanvar 2013-cü ildə qeyd alınmışdır. Eyni zamanda “Vaz-21063” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil X6 adına qeydiyyata alınmışdır. Elnur İbrahimov ilə İddiaçı arasında olan nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Elnur İbrahimov 01 iyun 2023-cü il tarixdə vəfat etmişdir. Mingəçevir şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli, 293 nömrəli qərarı ilə X6 mülkiyyətinə 0.07 ha torpaq sahəsi verilmişdir. İddiaçı isə X11 ilə xx.xx.2007-ci ildə ailə qurmuşdur. İddiaçı mübahisələndirilən torpaq sahəsinə gəlin köçən zaman artıq 0.07 ha torpaq sahəsi Elnur İbarhimovun mülkiyyətində olmuş və həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi mövcud olmuşdur. Yəni tərəflər birgə nikah dövründə ayrıca fərdi yaşayış evi əldə etməmişlər. Belə ki, İddiaçı gəlin köçən zaman X6 adına torpaq sahəsi və onun üzərində fərdi yaşayış evi mövcud olmuşdur. Belə olan halda Elnur İbrahimov gözləntidə olan mülkiyyət hüquq mövcud olmuşdur. Göründüyü kimi, mübahisə predmeti olan fərdi yaşayış evi Mingəçevir şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli, 293 nömrəli qərarı ilə X6 mülkiyyətinə verilmiş 0.07 ha torpaq sahəsi üzərində inşa edilmişdir. Belə olan halda X6 həmin torpaq sahəsinə və üzərində inşa edilmiş fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ yaranmışdır. Ona görə də məhkəmə iddia tələbinin birgə nikah dövründə əldə edilmiş fərdi yaşayış evi üzərində İddiaçı və X6 paylarının müəyyən edilməməsi qənaətindədir. Lakin, məhkəmə iddia tələbinin birgə nikah dövründə əldə olunmuş minik avtomobili üzərində payların müəyyən olunmasına dair hissəsini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmədə müəyyən olunmuşdur ki, miras qoyan E.İbrahimov vəsiyyətnamə qoymamışdır. Mülki Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin tələbinə görə: 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31-ci maddəsinin göstərişinə görə ərarvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tututmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Həmin Məcəllənin 31.1-ci maddəsinə görə də nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. İddia ərizəsində göstərilən avtomobil tərəflərin nikah müddətində əldə edildiyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə və Ailə Məcəlləsinin 31.1-ci maddəsinə əsasən onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsində göstərilmişdir ki, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ərarvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Ər-arvadın ümumi əmlakının bölünməsi zamanı paylarının müəyyən edilməsi qaydalarını müəyyən edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsində deyilir ki, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Sadalanan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, tərəflərin nikah müddətində əldə etdikləri avtomobil üzərində İddiaçı və Elnur İbrahimovun ½ hissədə payları müəyyən edilməlidir. İddianın nikah dövründə əldə olunmuş avtomobil üzərində payların müəyyən olunması tələbinin düzgün həlli üçün iddiaçı payın ayrılmasını tələb etdiyi avtomobilin nikah dövründə əldə olunduğunu sübuta yetirməlidir. Həm də nəzərə alınmalıdır ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü maddəsində göstərilmişdir ki, əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə görə daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Qaunvericilikdə nəqliyyat vasitələri üzərində hüquqların dövlət qeydiyyatına alınmasının məcburiliyi nəzərdə tutulmuşdur. Bu baxımdan iddiaçı mübahisəli avtomobilin üzərində cavabdehin mülkiyyət hüququnun qeydiyyata alınması barədə sübutu məhkəməyə təqdim etməlidir. İddiaçının da təqdim etdiyi AD 701179 nömrəli X1 Şəhaddətnaməsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, “Vaz-21063” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci ildə X6 adına qeydiyyata alınmışdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Vaz-21063” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində İddiaçı payı avtomobilin ½ hissəsi və X6 payı avtomobilin ½ hissəsi müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutub q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. “Vaz-21063” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində İddiaçı payı avtomobilin ½ hissəsində və X6 payı avtomobilin ½ hissəsində təmin edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1725/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1725/2024
28.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver