Məhkəmə qərarları › İş №2(051)-1727/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1727/2024

05.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1727/2024 05.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2024cü il tarixdə bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onların birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü Röya və xx.xx.2011-ci il təvəllüdlü İlahə adlı uşaqları doğulmuşdur. Aralarında münaqişə olması səbəbindən faktiki ayrılmışlar. Alimentin ödənilməsi ilə bağlı mediatorun iştirakı ilə aralarında barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinə əsasən, İkinci tərəf ( X2) Birinci tərəfin ( Ərizəçi) himayəsində olan xx.xx.2006-cı ildə doğulan övladı X3 və xx.xx.2011-ci ildə doğulan övladı X1 130 (bir yüz otuz) manat olmaqla ümumi 260 (iki yüz altmış) manat olan aliment məbləğinə hər uşağa görə 30 (otuz) manat artım etməklə ümumi 60 (altmış) manat artırıldı. 2024- cü ilin aprel ayının 5-dən başlayaraq növbəti hər ayın 5-dək bir uşağın saxlanılması üçün 160 manat (bir yüz altmış), ümumilikdə iki uşağın saxlanılması üçün 320 manat (üç yüz iyirmi) aliment ödəməyi öz üzərinə öhdəlik götürür. Ərizəçi ilin sonuna qədər gözləmişdir ki, o, sazişin şərtlərinə riayət edərək alimenti könüllü ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin, Maraqlı şəxs 2021-ci ilin iyul ayından 2024-cü ilin may ayı daxil olmaqla 35 ayda 1120 manat aliment borcu yaranmışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin görünür ki, Maraqlı şəxs ilə Ərizəçi birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü Röya və xx.xx.2011-ci il təvəllüdlü İlahə adlı uşaqları doğulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, İkinci tərəf ( X2) Birinci tərəfin ( Ərizəçi) himayəsində olan xx.xx.2006-cı ildə doğulan övladı X3 və xx.xx.2011-ci ildə doğulan övladı X1 130 (bir yüz otuz) manat olmaqla ümumi 260 (iki yüz altmış) manat olan aliment məbləğinə hər uşağa görə 30 (otuz) manat artım etməklə ümumi 60 (altmış) manat artırıldı. 2024- cü ilin aprel ayının 5-dən başlayaraq növbəti hər ayın 5-dək bir uşağın saxlanılması üçün 160 manat (bir yüz altmış), ümumilikdə iki uşağın saxlanılması üçün 320 manat (üç yüz iyirmi) aliment ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, ərizəçi ilə maraqlı şəxs ilə Maraqlı şəxs birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü Röya və xx.xx.2011-ci il təvəllüdlü İlahə adlı uşaqları doğulmuşdur. Tərəflər arasında hər uşağa 160 manat olmaqla, cəmi 320 manat alimentin alınaraq ərizəçiyə verilməsi ilə bağlı mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Lakin qanunda nəzərdə tutulmuş müddət ərzində Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü qaydada icra edilməmiş və aliment borcu yaranmışdır. Ona görə də ərizəçi mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinəəsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2024-cü il tarixdə bağlanmış, Maraqlı şəxs xx.xx.2006-cı il təvəllüdlü Röya və xx.xx.2011-ci il təvəllüdlü İlahə adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 160 manat olmaqla, cəmi 320 manat məbləğində alimentın alınaraq ərizəçiyə ödənilməsi dair barışıq sazişi məcburi icra ediməsi üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, ərizəçinin məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 100 manat məbləğində pul vəsaiti Maraqlı şəxs alınıb ərizəçiyə verilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə bağlanmış, Maraqlı şəxs xx.xx.2006-cı il təvəllüdlü Röya və xx.xx.2011-ci il təvəllüdlü İlahə adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 160 manat olmaqla, cəmi 320 manat məbləğində alimentın alınaraq Ərizəçi ödənilməsinə dair barışıq sazişi təsdiq edilsin. Ödənilmiş dövlət rüsumu Maraqlı şəxs aid edilsin. Maraqlı şəxs ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 (bir yüz) manat məbləğində pul alınıb Ərizəçi verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar