Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1740/2021 27.09.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən mərhum atası 16.04.1941-ci il tarixdə doğulmuş X1 19.01.1996-cı il tarixdə Bərdə rayonunda ölməsi faktının müəyyən olunması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsinin məzmununa uyğun uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X4 onun atasıdır. Atası 16.04.1941-ci ildə Ağdam rayonunun Kəngərli kəndində doğulmuşdur. Atası qaraciyər serrozundan 19.01.1996-cı il tarixdə ölmüş və Bərdə rayonunun Şahvəlilər kənd qəbirstanlığında dəfn edilmişdir. Qeydiyyat Şöbəsi məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Başqa qaydada atasının ölüm şəhadətnaməsini ala bilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, ərizəçi və onun mərhum atası Baxşeyiş Davıdov onun həmyerlisidir. Həqiqətən, ərizəçinin atası Baxşeyiş Davıdov 19.01.1996-cı il tarixdə vəfat etmiş və Bərdə rayonu Şahvəlilər kənd qəbirstanlığında dəfn edilmişdir. Onun özü də dəfn mərhumun mərasimində iştirak etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 şahid X3 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsi iştirak etməmiş və səbəbləri barədə məhkəyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslıdır. İşdə olan Doğum haqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə X4 ilə Davudova Sehran Baxış qızının birgə nikahından doğulmuşdur. İşə olan Ağdam rayonu Kəngərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş Arayışdan görünür ki, X4 19.01.1996-cı ildə vəfat etmişdir. Bərdə rayonu Şahvəlilər kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs 05/Q-85/15 saylı 18.08.2021-ci il tarixli məktubdan görünür ki, Ərizəçi ərizəsinə baxılmış və X1 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, mərhum X4 qaraciyər serrozundan 19.01.1996-cı ildə ölmüş və Bərdə rayonu Şahvəlilər kənd qəbiristanlığında dəfn edilmişdir. Lakin ölüm qeydi vaxtında edilməmiş və ölüm qeydinin müddəti ötürülmüşdür. Hazırda isə ərizəçi ölüm haqqında şəhadətnaməni müvafiq icra hakimiyyəti orqanından ala bilmir. Ona görə də məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8–ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. . İşin halları ilə müəyyən olunur ki, ərizəçi atasının vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli və 16.04.1941-ci il təvəllüdlü X1 19.01.1996-cı il tarixdə Bərdə rayonunda ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏ T E T D İ: Ərizə təmin edilsin. 16.04.1941-ci il təvəllüdlü X1 19.01.1996-cı il tarixdə Bərdə rayonunda ölməsi faktı müəyyən edilsin. X1 ölüm faktının müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün və ölüm haqqında şəhadətnamə verməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1740/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1740/2021
27.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver