Məhkəmə qərarları › İş №2(051)-1741/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1741/2021

20.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1741/2021 20.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, ölüm faktının müəyyən edilməsi tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək, atası X3 ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirdi ki, ərizəçinin atası X5 şəhəri Koroğlu küçəsi 25 №-li evin 7 №-li mənzilində yaşayırdı. Bəşir Məmmədov 04.04.2015-ci ildə vəfat etmişdir. X8 rayonunun Qaramanlı qəbirstanlığında dəfn etmişlər. Lakin həmin vaxt onların başları qarışıq olduğu üçün ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı Qeydiyyat şöbəsinə müraciət edə bilməmişlər. Ərizənin təmin olunmasını, ərizəçinin atası X3 04 aprel 2015-ci ildə Mingəçevir şəhərində ölməsi faktının müəyyən olunmasını xahiş edir. Ölüm faktının müəyyən edilməsi ərizəçiyə atasına ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Maraqlı şəxs, Maraqlı şəxs rəisi S.Hüseynova məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. X1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçi ilə 1987-ci ildən qonşudur. Ərizəçinin atası Bəşir 04 aprel 2015-ci ildə vəfat etmişdir. Onu Yevlax rayonu Qaramanlı qəbirstanlığında dəfn etmişlər. Yas mərasimində yaxından iştirak etmişdir. X2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ərizəçi ilə 1996-cı ildən qonşudur. Ərizəçinin atası uzun müddət xəstə olub. Həqiqətən də, Bəşir Məmmədov 04.04.2015-ci ildə vəfat etmişdir. Onu Yevlax rayonu Qaramanlı qəbirstanlığında dəfn etmişlər. Yas mərasimində yaxın qonşu kimi iştirak etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini və şahidləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 05/Q-75/15 saylı 09.07.2021-ci il tarixli arayışda göstərilir ki, X3 Qeydiyyat şöbəsində ölüm akt qeydiyyatı tapılmadı. İşə əlavə edilmiş Yevlax şəhər İcra Hakimiyyətinin 10 avqust 2021-ci il tarixli 14 №-li məktubundan görünür ki, X7 əslən Yevlax rayon Qaramanlı kəndindən olub, Mingəçevir şəhərində yaşayıb, X7 04.04.2015-ci il tarixdə vəfat edib və həmin tarixdə Yevlax Qaramanlı kənd qəbirstanlığında dəfn olunub. Məhkəmə tədqiqi zamanı X3 04.04.2015-ci ildə ölməsi faktı müəyyən edildi. Həmçinin, müəyyən edildi ki, onun ölümü qeydə alınmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, X3 04.04.2015-ci ildə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilməlidir. Ölüm faktının müəyyən edilməsi ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. 17 aprel 1962-ci ildə Yevlax rayonu Qaramanlı kəndində anadan olmuş X3 04 aprel 2015ci ildə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar