Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1751/2024 21.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi: Ərizəçi nümayəndəsi, Vəkil, Maraqlı şəxs: Mingəçevir şəhər Qeydiyyat Şöbəsinin nümayəndəsi X3 iştirakı ilə Ərizəçi «şəxsin ölüm faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən mərhum qızı xx.xx.1986-cı ildə doğulmuş X4 xx.xx.1989-cu il tarixdə Mingəçevir şəhərində ölməsi faktının müəyyən olunması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi məhkəmə iclasında ərizəsinin məzmununa uyğun uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyim şəxs Ərizəçi X7 ilə xx.xx.1980-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.1989-cu il təvəllüdlü X11, xx.xx.1982-ci il təvəllüdlü X12 və xx.xx.1986-cı il təvəllüdlü X10 adlı uşaqları olmuşdur. X10 xx.xx.1989-cu il tarixdə xəstəlikdən fəfat etmiş və Mingəçevir şəhər qəbirstanlığında dəfn edilmişdir. Lakin onun ölümü ilə bağlı tibb müəssisəsinə müraciət olunmadığından tibbi arayış alınmamış və ölüm faktı qeydə alınmamışdır. Ailə üzvləri mərhumun ölümünün qeyd edilmə faktının rəsmiləşdirilməsi ilə bağlı müvafiq qurumlara vaxtında müraciət etmədiyindən Mingəçevir şəhər Qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. X4 ölümünün qeyd edilmə faktının müəyyən edilməsi tələbi onun ölüm haqqında şəhadətnaməsinin Mingəçevir şəhər Qeydiyyat şöbəsindən alınması və gələcəkdə ona aid mülkiyyətin üzərində vərəsələrinin sərəncam vermək hüququnun əldə edilməsi zərurətindən irəli qəlir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Mingəçevir şəhər Qeydiyyat Şöbəsinin nümayəndəsi X8 məhkəmə iclası zamanı izahatında göstərdi ki, ərizəçi xx.xx.1986-cı il təvəllüdlü qızı X4 ölümü haqqında şəhadətnamənin istənilməsi ilə bağlı Mingəçevir şəhər Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmişdir. Ərizəçinin ərizəsi əsasında akt qeydləri arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış, lakin X4 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Ona görə də Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən ərizəçiyə, atasının vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Odur ki, məhkəmədən qanuni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, ərizəçi ilə qonşudur. Həqiqətən, ərizəçinin mərhum qızı Nərgiz xx.xx.1989-cu il tarixdə vəfat etmiş və Mingəçevir qəbirstanlığında dəfn edilmişdir. Onun özü də dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, ərizəçi ilə qonşudur. Həqiqətən, ərizəçinin mərhum qızı Nərgiz xx.xx.1989-cu il tarixdə vəfat etmiş və Mingəçevir qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, ərizəçi ilə qonşudur. Həqiqətən, ərizəçinin mərhum qızı Nərgiz xx.xx.1989-cu il tarixdə vəfat etmiş və onun özü də dəfn mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. İş materiallarında olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Ərizəçinın ərizəsinə baxılmış və xx.xx.1987-xx.xx.1993-cü illər üzrə, həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü il tarixədək yoxlama aparılmış, lakin X4 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X10 ərizəçinin qızıdır. X10 xx.xx.1986-cı ildə doğulmuş, xx.xx.1989-cu il tarixdə isə ölmüşdür. X1 qəbirstanlığında dəfn edilmişdir. Lakin ölümü vaxtında qeyd edilmədiyi üçün onun barəsində ölüm akt qeydi tərtib edilməmişdir. Ona görə də X4 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Hazırda bəzi sənədləşmə işləri ilə bağlı ərizəçidən qızının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Ona görə də məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8–ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1–ci maddəsində göstərilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi qızının vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli və xx.xx.1986-cı il tarixdə doğulmuş X4 xx.xx.1989-cu il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307–311 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1986-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş X4 xx.xx.1989-cu il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X4 ölməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1751/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1751/2024
21.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver