Məhkəmə qərarları › İş №2(051)-1752/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1752/2021

05.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1752/2021 05.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi bacısının vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, 03 iyun 1966-cı il təvəllüdlü bacısı X1 01 oktyabr 1966-cı il tarixdə Mingəçevir şəhərində vəfat etmə faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsinin məzmununa uyğun uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, O , xx xxxxxx 1967-ci ildə X8 ilə X2 birgə nikahından doğulmuşdur. Ondan başqa valideynlərinin 2 övladı, Aygün və Rəna adlı uşaqları olsa da, onların hər ikisi vəfat etmişdir. Bacısı Aygünün ölümü qeyd olunsa da, doğulduqdan 3 ay sonra vəfat etmiş bacısı Rənanın ölümü qeyd edilməmişdir. Bacısı Aygün vəfat edərkən ailəli olmamışdır. Bu faktın müəyyən olunması ona atasından miras qalmış əmlakın sənədləşdirilməsi ilə bağlı tələb olunur. Başqa qaydada bacısının ölüm şəhadətnaməsini ala bilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsi iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslıdır. İş materiallarında olan Doğum haqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə X8 ilə X2 birgə nikahından doğulmuşdur. İş materiallarına əlavə edilmiş, Maraqlı şəxs tərəfindən məhkəməyə rəsmi təqdim edilmiş, doğum akt qeydinin surətindən görünür ki, Muradova Rəna Qardaşxan qızı 03.06.1966-cı il tarixdə X8 ilə X2 birgə nikahından doğulmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 05/Q-261/69 saylı arayışdan görünür ki, X8 30 may 1991-ci il tarixdə geniş hemorragik insult nəticəsində Mingəçevir şəhərində ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 05/Q-371/69 saylı Arayışdan görünür ki, X5 23 aprel 1993-cü ildə kəskin ağ ciyər və ürək çatışmazlığı nəticəsində Mingəçevir şəhərində ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 05/Q-260/69 saylı Arayışdan görünür ki, X9 24 noyabr 2007-ci il tarixdə beyin insultu və hipertenziya nəticəsində Mingəçevir şəhərində ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs 05/Q-85/15 saylı 18.08.2021-ci il tarixli məktubdan görünür ki, Ərizəçi ərizəsinə baxılmış və X3 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Mingəçevir Şəhər “Asan Ximdət” Mərkəzində Notariat Ofisi tərəfindən 16 fevral 2021-ci il tarixli 239 №-li cavab məktubundan görünür ki, mirasın qəbulu faktının təsdiq edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət edə biləcəyi bildirilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən 05/Q-160/15 saylı, 11.03.2021-ci il tarixli “vətəndaşlıq vəziyyəti haqqında” Arayışdan görünür ki, X4 ailə vəziyyəti – arvadı 28.06.1942-ci il təvəllüdlü X9 (ölüb), qızı – 12.06.1969-cu il təvəllüdlü X5, qızı – xx.xx.1967-ci il təvəllüdlü X7 və qızı – 03.06.1966-cı il təvəllüdlü X6. İş materiallarında olan Maraqlı şəxs 05/Q-32/15 saylı, 06.04.2021-c il tarixli cavab məktubundan görünür ki, Maraqlı şəxs akt qeydləri arxivində 01.01.1996-06.04.2021-ci il üzrə yoxlama aparılarkən, X1 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmadı. Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, mərhum X6 01 oktyabr 1966-cı ildə ölmüşdür. Lakin ölümü vaxtında qeyd edilməmiş və ölüm qeydinin müddəti ötürülmüşdür. Hazırda isə ərizəçi ölüm haqqında şəhadətnaməni müvafiq icra hakimiyyəti orqanından ala bilmir. Hazırda ərizəçiyə həmin ölüm haqqında şəhadətnamə atasından miras qalmış əmlakı sənədləşdirmək üçün lazımdır. Ona görə də ərizəçi bacısının vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8–ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi bacısının vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli və 03 iyun 1966-cı il təvəllüdlü X1 01 oktyabr 1966-cı il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏ T E T D İ: Ərizə təmin edilsin. 03 iyun 1966-cı il tarixdə doğulmuş X1 01 oktyabr 1966-cı il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X1 ölüm faktının müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün və ölüm haqqında şəhadətnamə verməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar