Məhkəmə qərarları › İş №2(051)-1783/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1783/2021

04.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1783/2021 04.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, Ərizəçi: Ərizəçi və onun nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən mərhum bacısı 14.09.1953-cü il tarixdə doğulmuş X4 15.08.2021-cı il tarixdə vəfat etməsi faktının müəyyən olunması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi 04.10.2021-ci il tarixdə tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək mərhum bacısı 14.09.1953-cü il tarixdə doğulmuş X4 15.08.2021-ci il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktının müəyyən olunması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsinin məzmununa uyğun uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X7 onun bacısıdır. Bacısı14.09.1953-cü il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. Bacısı 15.08.2021-cı il tarixdə ölmüş və Mingəçevir şəhərinin ”Mingəçevir kənd” qəbirstanlığında dəfn edilmişdir. Qeydiyyat Şöbəsi məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Başqa qaydada bacısının ölüm şəhadətnaməsini ala bilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki,mərhum X7 onun əmisi qızıdır. Elmira Bakıda yaşayırdı,işi ilə əlaqədar gəlmişdi və bacısı evində 1 həftə xəstə yatdı. Həqiqətən, ərizəçinin bacısı X7 05.09.2021-cı il tarixdə vəfat etmiş və Mingəçevir şəhərinin “Mingəçevir kənd” qəbirstanlığında dəfn edilmişdir. Onun özü də mərhumun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki,mərhum X7 2008 –ci ildən bəri onun iş yoldaşıdır.O bildirir ki, mərhum Xəzəngülün evində vəfat edib. Mərhumun qohumları Mingəçevirdə yaşadığı üçün xəstə olanda ona baş çəkmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsi iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslıdır. İşdə olan Mingəçevir şəhər X10 Hüquqi şəxsin Təcili və X1 tərəfindən verilmiş Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 15.08.2021-ci tarixdə Mingəçevir şəhəri, nizami küçəsi 4B, mənzil 26 ünvanında 1953 il təvəllüdlü Kərimova Elmira Hacıağa qızı adlı bir qadın meyiti aşkar edilmişdir. İşdə olan Doğum haqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 1953-ci il ildə X15 oğlu ilə X11 qızının birgə nikahından doğulmuşdur. İşdə olan Doğum haqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi -xx.xx.1962-ci il tarixdə X9 ilə X11 qızının birgə nikahından doğulmuşdur. İşdə olan Mingəçevir Bələdiyyəsi tərəfindən verilmiş Arayışdan görünür ki, X7 15.08.2021-cı ildə vəfat etmişdir. Mingəçevir şəhəri, “Mingəçevir kənd “ qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs 05/Q-90/15 saylı 31.08.2021-ci il tarixli məktubdan görünür ki, Ərizəçi ərizəsinə baxılmış və X4 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, mərhum X7 asma xəstəliyindən 15.08.2021-cı il tarixdə ölmüş və Mingəçevir şəhərinin ”Mingəçevir kənd” qəbiristanlığında dəfn edilmişdir. Lakin ölüm qeydi vaxtında edilməmiş və ölüm qeydinin müddəti ötürülmüşdür. Hazırda isə ərizəçi ölüm haqqında şəhadətnaməni müvafiq icra hakimiyyəti orqanından ala bilmir. Ona görə də məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8–ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. . İşin halları ilə müəyyən olunur ki, ərizəçi bacısının vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli və 1953-cü il təvəllüdlü X4 15.08.2021-ci il tarixdə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏ T E T D İ: Ərizə təmin edilsin. 14.09.1953-cü ildə Mingəçevir şəhərində doğulmuş X4 15.08.2021-ci il tarixdə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilsin. X4 ölüm faktının müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün və ölüm haqqında şəhadətnamə verməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar