Məhkəmə qərarları › İş №2(051)-1815/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1815/2022

19.08.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1815/2022 19.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi: Ərizəçi, Maraqlı şəxs: Maraqlı şəxs iştirakı ilə, Ərizəçi “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi və məcburi icrasına” dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, onunla borclu X7 arasında bağlanmış 150 manat alimentin ödənilməsi barədə 13 sentyabr 2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi və həmin barışıq sazişinin məcburi icrası 100 manat Barışıq Sazişi üçün ödənilmiş pulun, 50 manat Mediator xidməti haqqının, 10 manat Konqutonluq xərcinin, 9 manat sənədlərin notarial qaydada təsdiqinə verilmiş pulun ona ödənilməsi alimentin tutulmasının xx.xx.2021-ci il tarixdən hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, O, cavabdeh Maraqlı şəxs ilə 29 noyabr 2008-cui ildə rəsmi nikah qeyd etdirməklə ailə münasibətlərinə daxil olmuşlar. Onlarım birgə nikahlarından xx.xx.2010-cu l təvəllüdlü Pünhan adlı uşaqları olmuşdur. Onlar xeyli müddətdir ki, ayrı yaşayırlar. 13 sentyabr 2021-ci il tarixdə mediator X1 iştirakı ilə Maraqlı şəxs ilə onun arasında alimentlə bağlı “Barışıq Sazişi” bağlandı. Barışıq sazişinin şərtlərindən görünür ki, Maraqlı şəxs hər ay 150 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Maraqlı şəxs barışıq sazişinin şərtinə əməl etməmişdir. Məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən alimenti tələb etdi. Mingəçevir şəhər məhkəməsinin 2(051)-1935 saylı 16 noyabr 2021-ci il tarixli qətnaməsinə əsasən X6 ilə Maraqlı şəxs Mail oğlu arasında olan nikah qeydi pozulmuş, boşanmadan sonra xx.xx.2010-cu il təvəllüdlü X8 adlı uşaq onun yanında qalmışdır. Cavabdeh alimenti ödəmək yayınır. Ona görə də məhkəmədən onunla borclu X7 arasında bağlanmış 150 manat alimentin ödənilməsi barədə 13 sentyabr 2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi və həmin barışıq sazişinin məcburi icrası 100 manat Barışıq Sazişi üçün ödənilmiş pulun, 50 manat Mediator xidməti haqqının, 10 manat Konqutonluq xərcinin, 9 manat sənədlərin notarial qaydada təsdiqinə verilmiş pulun ona ödənilməsi alimentin tutulmasının xx.xx.2021-ci il tarixdən hesablanması haqqında çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, barışıq sazişi ilə razıdır. Təsdiq edilməsinə etiraz etmir. Məhkəmədən qərar çıxararkən verdiyi izahatında göstərdiyi xüsusatları nəzərə almasını xahiş edir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2010-ci il təvəllüdlü X9 adlı uşağın atası Maraqlı şəxs və anası isə Ərizəçidır. İşə əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Maraqlı şəxs X6 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 18 yanvar 2022-ci ildə 12 № ilə qeyd edilmişdir. İşə əlavə olunmuş xx.xx.2021-ci il tarixli Barışıq sazişindən görünür ki, Maraqlı şəxs hər ay 150 manat məbləğində Ərizəçi aliment verməyi üzərinə götürmüşdür. İşə əlavə olunmuş xx.xx.2021-ci il tarixli X3 və Mediasiya Xidmətlərinin Göstərilməsi X4 görünür ki, birinci tərəf – Mingəçevir şəhərində anadan olmuş, Mingəçevir şəhəri, D.Əliyeva küçəsi 20/2, mənzil 22) Ərizəçi, ikinci tərəf – ünvan 1 ünvanında yaşayan Maraqlı şəxs olmaqla mübahisə tərəfləri alimentin müəyyən edilməsi mediasiya prosesi vasitəsi ilə həll etməyə çalışacaqlar. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 2(051)-1935/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən X6 ilə Maraqlı şəxs Mayıs oğlu arasında xx.xx.2008-ci il tarixdə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində bağlanmış və 480 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulması və boşanmadan sonra xx.xx.2010-cu il tarixdə tərəflərin birgə nikahından doğulmuş X11 adlı uşağın iddiaçı X2 yanında qalması müəyyən edilmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddsəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikası MPM-nin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini obyektiv və qərəzsiz nəzərdən keçirərək belə nəticəyə gəlir ki, Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişi Maraqlı şəxs xx.xx.2010-cu il təvəllüdlü Pünhan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 150 manat, həmçinin həmin barışıq sazişinin məcburi icrası 100 manat Barışıq Sazişi üçün ödənilmiş pulun, 50 manat Mediator xidməti haqqının, 10 manat Konqutonluq xərcinin, 9 manat sənədlərin notarial qaydada təsdiqinə verilmiş pulun ona ödənilməsi alimentin tutulmasının xx.xx.2021-ci il tarixdən hesablanması şərtləri ilə təsdiq edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış 150 manat alimentin ödənilməsi barədə 13 sentyabr 2021-ci il tarixli barışıq sazişi təsdiq edilsin, və həmin barışıq sazişinin məcburi icrası 100 manat Barışıq Sazişi üçün ödənilmiş pulun, 50 manat Mediator xidməti haqqının, 10 manat Konqutonluq xərcinin, 9 manat sənədlərin notarial qaydada təsdiqinə verilmiş pul Maraqlı şəxs tutulub Ərizəçi na ödənilsin. Alimentin tutulmasına xx.xx.2021-ci il tarixdən başlansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar