Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1857/2021 20.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Cavabdeh: Cavabdeh və nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı əmlak və ya onun dəyərinin alınması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən Mercedes-Benz E 320 markalı, **-LU-*** dövlət nömrə nişanlıavtomobilin və ya onun dəyəri olan 10000 manat məbləğində pulun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılan zaman iddiaçı26.10.2021-ci il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsi və həcminin azaldılmasıbarədə əlavə ərizə verərək, cavabdehdən Mercedes-Benz E 320 markalı, **-LU-*** dövlət nömrə nişanlı avtomobilin dəyəri olan 10000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iştirak etdiyi məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi və əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, 27.07.2011 ci il tarixdə "xxxx" ASC ilə müqavilə bağlayaraq ona məxsus "Mercedes Benz E 320 markalı "**-LU-***" dövlət nömrə nişanlı avtomobili girov qoyaraq kredit götürmüşdür. Daha sonra həmin avtomobili məcburiyyət qarşısında qalaraq onun əvəzinə kredit borcunu ödəmək şərti ilə 12000 manata Cavabdeh etibarnamə əsasında vermişdir. 1000 manatı təmirə çıxılmış, 400 manatını isə ödəmişdir. Yerdə qalan məbləği isə banka ödəməyi öhdəsinə götürmüşdür. 2 ay ödəniş etmiş, bir müddətdən sonra cavabdeh krediti ödəməmiş və o da etibarnaməni ləğv etdirmişdir. Lakin avtomobil cavabdehdə qalmışdır. Sonra bir neçə dəfə avtomobili ondan almaq istəsə də, o yalvar-yaxar edib avtomobillə dolandığını deyərək avtomobili qaytarmamışdır. İndi isə deyir ki, guya avtomobili "xxxx" ASC-nin işçiləri gəlib ondan zorla alıblar. "xxxx" ASC isə bildirir ki, avtomobili onlara heç kim təhvil verməyib. Əsl həqiqətdə isə ona məxsus avtomobil Cavabdehdır. Yuxarıda qeyd olunanları "xxxx" ASC-nin işçiləri də təsdiq edir və ona rəsmi cavab veriblər ki, bankda Cavabdeh söylədiyi şəxslər (Emin, Müşfiq və Rəşad) işləmir və "Mercedes-Benz E 320" markalı "**-LU-***" dövlət nömrə nişanlı avtomobil onlara təhvil verilməmişdir. Eyni zamanda həmin avtomobil 2018-ci ilin sonuna qədər Cavabdeh tərəfindən idarə olunub və müxtəlif vaxtlarda onun barəsində yol hərəkət qaydalarını pozduğuna görə inzibati protokol tərtib olunub. Beləliklə, Cavabdeh faktiki olaraq ona məxsus "Mercedes-Benz E 320" markalı "**-LU-***" dövlət nömrə nişanlı avtomobil və yaxud onun dəyərini iddiaçıya qaytarmır. O, bu barədə Mingəçevir şəhər Polis İdarəsinə müraciət etsə də, araşdırma aparılaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunaraq, məhkəməyə mülki qaydada müraciət etməsi tövsiyə edilmişdir. Hesab edir ki, mübahisəli avtomobil hazırda da cavabdehin istifadəsində olduğundan, onun dəyəri olan 10.000 manat alınıb ona verilməlidir. Çünki Sabunçu Rayon Məhkəməsinin 23.07.2014-cü il tarixli 2(008)-5815/2014 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin ləğvedicisi "X1 Company" MMC-nin ona qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin olunmuşdur. Hazırda o, banka olan borcunu cavabdehin təqsirli hərəkəti səbəbindən ödəyə bilmir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, o, iddianı qəbul etmir. Belə ki, iddiaçıdan avtomaşını 12.500 manata almağa razılaşmışlar, 1000 manatını avtomaşının təmirinə vermiş, 4000 ABŞ dolları pulu ödəmiş, qalıq məbləği isə hissə-hissə ödəməliydi. O, bir müddət ödəniş etmiş, sonra isə bank ləğv olunmuş, pulu hara ödəməli olduğunu bilməmiş, sonra isə bankın əməkdaşları avtomaşını zorla əlindən alıb aparmışdırlar. Bununla belə o, 11.06.2012-ci il tarixdə 2088 ABŞ dolları, 27.2013-cü il tarixdə 252 ABŞ dolları, 07.05.2014-cü il tarixdə 636 ABŞ dolları, 27.08.2014-cü il tarixdə 450 ABŞ dolları, 30.06. 2014-cü il tarixdə 3.000 ABŞ dolları pulu iddiaçının əvəzinə banka ödəmişdir. Hazırda onun iddiaçıya heç bir borcu qalmamışdır. Eləcə də, iddiaçı ona verdiyi etibarnaməni ləğv etdirmiş və avtomobili də əlindən aldırmışdır. Hazırda mübahisəli avtomobil onun istifadəsində deyildir. Onun özü də əlverişsiz vəziyyətə düşmüşdür. Çünki həm pul ödəmiş, həm də avtomobili əlindən alınmışdır. Hesab edir ki, cavabdehin tələbi tamamilə əsassızdır. Odur ki, məhkəmədən iddianın rədd olunması haqda qətnamə çıxarılmasının xahiş edir. Cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 müdafiə etdiyi şəxsin izahatına uyğun ifadə verərək, iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdeh tərəfin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 24.12.2020-ci il tarixli HK-1/1920 saylı qərarın surətindən görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikasının CM-nin 178-ci maddəsi ilə olan cinayət işinin başlanması rədd edilmiş və iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşdə olan LPO "xxxx" ASC tərəfindən verilmiş 12.11.2020-ci il məktubdan görünür ki, Mercedes-Benz E 320 markalı, **-LU-*** dövlət nömrə nişanlıavtomobil ləğv prosesində olan "xxxx" ASC-yə təhvil verilməmiş və təhvil verilməsi barədə qeyd tapılmamışdır. İşdə olan 15.08.2011-ci il tarixli, ƏN-İİ 374022 saylı etibarnamənin surətindən görünür ki, iddiaçı X5 özünə məxsus Mercedes-Benz E 320 markalı, **-LU-*** dövlət nömrə nişanlınəqliyyat vasitəsini idarə etmək üçün Cavabdeh etibar etmişdir. İşdə olan iddiaçı tərəfindən Bakı şəhəri Notariat Kontoruna yazılmış 01.05.2014-cü il tarixli ərizədən görünür ki, iddiaçı X5 tərəfindən Cavabdeh verilmiş 15.08.2011-ci il tarixli, ƏN-İ 273211 saylı etibarnamə ləğv edilmişdir. İşdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23.07.2014-cü il tarixli 2(008)- 5815/2014 saylı qətnaməsindən görünür ki, iddiaçı X2 5511.32 ABŞ dolları qətnamənin icra olunduğu gün dolların manata olan məzənnəsi ilə manatla və 30 manat dövlət rüsumunun iddiaçıdan alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İşdə olan 2(008)-5815/2014 saylı 02.06.2014-cü il tarixli qərardadın surətindən görünür ki, iddiaçı X3 mülkiyyətində olan Mercedes-Benz E 320 markalı, **-LU-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş 27.07.2011-ci il tarixli 001295 saylı müqaviləyə olan əlavədən görünür ki, bank tərəfindən iddiaçı X4 6600 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan 05.03.2012-ci il, 11.06.2012-ci il, 09.04.2012-ci il, 07.05.2014-cü il, 30.06.2014-cü il, 27.08.2014-cü il tarixli qəbzlərdən görünür ki, cavabdeh tərəfindən "xxxx" ASC-nin hesabına müvafiq olaraq 2088 ABŞ dolları, 151 ABŞ dolları, 201 ABŞ dolları, 636 ABŞ dolları, 3000 ABŞ dolları və 450 ABŞ dolları ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehin 10000 manat məbləğində pul borclu olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və iş materiallarına əlavə edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı 27.07.2011 -ci il tarixdə "xxxx" ASC ilə müqavilə bağlayaraq ona məxsus "Mercedes Benz E 320 markalı "**-LU-***" dövlət nömrə nişanlı avtomobili girov qoyaraq kredit götürmüşdür. Daha sonra həmin avtomobili kredit borcunu ödəmək şərti ilə 12000 manata Cavabdeh şifahi alqı-satqı müqaviləsi bağlamaqla etibarnamə əsasında vermişdir. 1000 manatı təmirə çıxılmış, 4000 manatını isə ödəmişdir. Cavabdeh yerdə qalan məbləği isə banka ödəməyi öhdəsinə götürmüşdür. Bir müddətdən sonra cavabdeh krediti ödəməmiş və iddiaçı da etibarnaməni ləğv etdirmişdir. Məhkəmə iclası zamanı hər iki tərəf bu faktların mövcudluğunu mübahisəsiz qəbul etdiyindən, məhkəmə bu halları işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Lakin cavabdeh kredit borcu ödənilmədiyi üçün sözügedən avtomobilin bankın əməkdaşları tərəfindən ondan alındığını bildirmişdir. İddiaçı tərəf isə avtomobilin halhazırda cavabdehdə olduğunu bildirməklə cavabdehin istinad etdiyi dəlilləri təkzib etmişdir. İddiaçı tərəf hazırda cavabdehin ona 10.000 manat məbləğində avtomobilin şifahi alqısatqısından borcu qaldığını bildirmiş, cavabdeh tərəf isə iddiaçının bildirdiklərini qəbul etməmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, iddiaçı ilə cavabdeh arasında etibarlı şəkildə alqı–satqı müqaviləsi olmadığından, onlar arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əmələ gəlməmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, cavabdehlə iddiaçı arasında mübahisəli avtomobilə dair şifahi formada mövcud razılaşma notarial qaydada təsdiq edilmədiyindən, bağlandığı andan etibarsızdır. Ona görə də həmin razılaşma tərəflərin hüquq və vəzifələri ilə bağlı heç bir hüquqi nəticəyə səbəb olmamışdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, iddiaçının qanuni sahibliyində olan mübahisəli avtomobil rəsmi reyestrdə qeydə alınmış daşınar əşyadır. Rəsmi reyestrdə qeydə alınmış daşınar əşyalara dair alqı–satqı müqaviləsi isə qanunun tələbinə görə notraiat qaydasında təsdiqlənməlidir. Bu şərtə əməl edilməməsi, həmin əqdin etibarsız sayılmasına əsasdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394–cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 650–ci maddəsinə əsasən rəsmi reyestrdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı–satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Göründüyü kimi Mülki Məcəllənin istinad olunan müvafiq maddələri daşınar əşyaların alqı-satqı müqaviləsini notariat qaydasında təsdiqləndiyi zaman etibarlı hesab etmişdir. Bu şərtlərə əməl edilməməsi, həmin müqavilənin etibarsızlığı üçün əsasdır. AR Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı və cavabdeh arasında mübahisəli avtomobilə dair şifahi şəkildə bağlanmış alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilmədiyindən etibarsızdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsidir. Mübahisənin düzgün həlli üçün eyni zamanda digər əlaqəli hüquq normaları da nəzərdən keçirilməlidir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, hazırkı mülki iş üzrə tərəflər arasında mövcud razılaşma Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyən edilmiş şərtlərə uyğun olmadığından bağlandığı andan etibarsızdır. Belə olan halda tərəflər etibarsız əqd üzrə aldıqlarını olduğu kimi geri qaytarmaq vəzifəsi daşıyır. Bununla belə iddiaçı cavabdehdən pul tələb edir. Halbuki, tərəflər arasında bağlanmış şifahi alqı-satqı müqaviləsi üzrə cavabdeh iddiaçıdan hissəhissə ödəmək şərti ilə 12000 manata avtomobil almışdır. Cavabdeh tərəfin təqdim etdiyi sənədlər və iddiaçının etirafı ilə təsdiq edilir ki, cavabdeh iddiaçının hesabına 2014-cü ilə qədər 642 ABŞ dollarıvəsait ödəmişdir. Buna baxmayaraq, iddiaçı hazırda cavabdehə qarşı pul tələbinə dair iddia irəli sürmüşdür. İşin müəyyən olunmuş hallarına əsasən iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiasının əsaslı olması üçün iddiaçı cavabdehdən avtomobil tələb etməli, həmin avtomobili naturada qaytarmaq mümkün olmadığı halda, iddiaçının cavabdehdən avtomobilin dəyərini tələb etmək hüququ yaranır. Eləcə də, iddiaçı əqd üzrə cavabdehin ödədiyi pulları da qaytarmaq vəzifəsi daşıyır. Məhkəmə, işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia irəli sürməkdə subyektiv hüquqa malik olmamışdır. Ona görə də iddia tələbi əsaslı deyildir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1857/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1857/2021
20.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver