Məhkəmə qərarları › İş №2(051)-1860/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1860/2021

03.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1860/2021 03.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının, cehiz əşyalarının və ya onların dəyərinin və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehdən alınıb ona verilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, cavabdehlə 26.08.2018-ci il tarixdə rəsmi nikah bağlamadan faktiki evlənmişdir. Birgə nikahdan 18.10.2019-cu il tarixdə Zəhra adlı uşağı doğulmuşdur. Ailə qurduqları ilk vaxtlar münasibətləri normal olsa da, sonradan aralarında narazılıqlar yaranmış, ailədə ona qarşı olan təzyiqlərə dözməyərək 24.08.2019-cu il tarixdən evdən çıxmışdır. 7 aylıq hamilə olarkən cavabdehin və anasının ona baxmaması, kobud davranması ucbatından evi tərk etmiş və Ağcabədidə yaşayan anasının yanına getmişdir. Uşaq da orada doğulmuşdur. Uşaq doğulduqdan sonra da nə cavabdeh, nə də ailəsi onun yanına gəlmiş, qayıtmaq istəyəndə isə onu qəbul etməmişlər. Sonradan anası cavabdehin evinə gedib cehiz və digər əşyaları almağa çalışsa da, cavabdeh tərəf dava dalaş salmış və əşyaları verməkdən imtina etmişdir. O səbəbdən də, ona məxsus bütün əşyalar cavabdehin yaşadığı evdə qalmışdır. Belə ki, o, cavabdehlə ailə qurarkən hədiyyə olaraq ona qızıl-zinyət əşyaları alınmışdır. Doğum zamanı evdən çıxarkən qaynanası onları əlindən almış və sonradan tələb etsə də, geri qaytarmamışdır. O isə harada saxladığını bilmirdi. Bundan başqa valideynləri tərəfindən toyda ona alınmış cehiz əşyaları da, cavabdehin evində qalmışdır. Evdə olan soyuducunu qaynı aparmışdır və o, cehiz əşyası olaraq soyuducunu aparmamışdır. Toydan sonra anası almışdır. Paltaryuyanı isə cehiz kimi aparmışdır. Qızıl-ziynət əşyaları ona toy zamanı hədiyyə edilmişdir. 2018-ci ilin dekabr ayında dayısının toyunda da onlar üzərində olmuşdur. Dəfələrlə tələb etməyinə baxmayaraq, cavabdeh ona məxsus əşyaları verməkdən imtina etmişdir. Belə ki, toyda ona 1500 manat dəyərində komplekt dəst ( dəstə daxildir: boyunbağı, sırqa, üzük, bilərzik), 700 manat dəyərində briliant qaşlı nişan üzüyü cavabdeh tərəfindən hədiyyə verilmişdir. Həmçinin o, cavabdehin mənzilinə gəlin köçərkən 5500 manat dəyərində mebel dəsti (dəstə daxildir: yataq otağı mebel dəsti, qonaq otağı mebel dəsti, divan, kreslo, stol və 6 ədəd stulları, sandıq), 1000 manat dəyərində böyük soyuducu, 800 manat dəyərində paltaryuyan maşın, 130 manat dəyərində elektriklə işləyən ət çəkən maşın, 100 manat dəyərində soba, 300 manat dəyərində tozsoran, 80 manat dəyərində serviz dəsti, 48 manat dəyərində 6 ədəd sadə qənd qabı, 25 manat dəyərində 1 ədəd uzun xrustal vaz, 18 manat dəyərində 1 ədəd göy rəngli uzun vaz, 60 manat dəyərində çilçıraq, 30 manat dəyərində 6 ədəd bakalı ilə birlikdə dəst kampot qabı, 30 manat dəyərində fincan dəsti, 15 manat dəyərində araq rumkaları, 20 manat dəyərində dəst tort qabı, 25 manat dəyərində güllü fincan dəst, 50 manat dəyərində 1 ədəd tefal çaynik, 25 manat dəyərində 1 ədəd xrustal şokolad qabı, 15 manat dəyərində ləpə qabı, 50 manat dəyərində su ilə işləyən ütü, 100 manat dəyərində dəst tefal qazan, 50 manat dəyərində 2 ədəd tunc vedrə, 10 manat dəyərində 2 ədəd dəmir vedrə,15 manat dəyərində tunc ləyən,10 manat dəyərində tefal materiallı xəmir qazanı, 20 manat dəyərində 2 ədəd paltar vannası, 30 manat dəyərində 4 ədəd iç-içə mətbəx üçün zibil vedrəsi, 80 manat dəyərində pultlu çilçıraq, 150 manat dəyərində 5 ədəd karniz, 40 manat dəyərində mikser dəsti, 300 manat dəyərində mebel üçün serviz dəsti, 50 manat dəyərində qaşıq dəsti, 15 manat dəyərində tunc balon, 12 manat dəyərində 6 ədəd şiş, 30 manat dəyərində paltar asılqanı, 25 manat dəyərində 4 ədəd dəvə suveneri, 15 manat dəyərində dekor gül, 50 manat dəyərində 3 mərtəbə şirniyyat qabı, 50 manat dəyərində 1 ədəd böyük xrustal gül qabı, 50 manat dəyərində 2 ədəd balaca xrustal gül qabı, 250 manat dəyərində qaşıq-bıçaq dəsti ( dəstə daxildir: 12 ədəd qaşıq, 12 ədəd bıçaq, 12 ədəd çəngəl, 2 ədəd çömçə, 2 ədəd kəfkir, 2 ədəd yemək qaşığı), 25 manat dəyərində tefal çaydan, 10 manat dəyərində 2 paçka meyvə bıçağı, 40 manat dəyərində 12 ədəd xrustal stəkan, 30 manat dəyərində 2 ədəd uzun meyvə vazı, 12 manat dəyərində 12 ədəd böyük nəlbəki, 12 manat dəyərində 12 ədəd balaca armudu stəkan nəlbəkisi, 36 manat dəyərində 6 ədəd xrustal qənd qabı, 16 manat dəyərində 1 cüt şokalad qabı, 15 manat dəyərində 6 ədəd dəst duz qabı, 25 manat dəyərində divar saatı,15 manat dəyərində 12 ədəd dəst mürəbbə qabı, 120 manat dəyərində 1 ədəd tək kravat, 15 manat dəyərində tərəvəz qabı, 250 manat dəyərində 1 ədəd 5 metrlik xalça, 180 manat dəyərində 1 ədəd 3 metrlik xalça, 200 manat dəyərində 4 metrlik xalça, 500 manat dəyərində 1 ədəd böyük qoşa döşək, 60 manat dəyərində 1 ədəd böyük qoşa yorğan, 90 manat dəyərində 3 ədəd tək yorğan, 100 manat dəyərində 2 ədəd böyük döşək, 300 manat dəyərində 6 ədəd yastıq, 50 manat dəyərində 2 ədəd döşəkçə, 30 manat dəyərində 1 ədəd mütəfkə, 25 manat dəyərində 1 ədəd xrustal çıraq, 30 manat dəyərində 1 ədəd stolüstü qab setkası, 12 manat dəyərində paltar setkası, 12 manat dəyərində soyuducu üçün dəst, 25 manat dəyərində dəst ədviyyat qabı, 50 manat dəyərində 4 ədəd podnus, 5 manat dəyərində 1 dəst banka qapağı açan, 120 manat dəyərində 4 ədəd böyük güldan, 150 manat dəyərində 2 ədəd yun adyal, 160 manat dəyərində 2 ədəd qoşa kravat üçün çxol dəsti, 80 manat dəyərində 2 ədəd tək kravat üçün çxol dəsti, 100 manat dəyərində tüllü ipək süfrə, 120 manat dəyərində 3 ədəd süfrə, 48 manat dəyərində 6 ədəd stəkan məhrabası, 150 manat dəyərində 3 ədəd hamam məhrabası, 120 manat dəyərində 6 ədəd əl-üz məhrabası, 400 manat dəyərində gəlinlik pakravalı, 200 manat dəyərində yay üçün sintefon yataq dəsti, 80 manat dəyərində tək kravat üçün sintefon dəsti, 500 manat dəyərində 5 dəst pərdə, 40 manat dəyərində 2 ədəd stol üstü klyonkanı cehiz əşyaları olaraq aparmışdır. Hazırda həmin qızıl-zinət və cehiz əşyaları cavabdehin yaşadığı evdəı qalmışdır. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur. Cavabdeh ona məxsus cehiz və qızıl-zinət əşyalarını könüllü olaraq qaytarmadığına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmdən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı iddianı qismən qəbul etdi, həmçinin təqdim etdiyi etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, həqiqətən iddiaçı ilə faktiki olaraq evlənmişdir. O, iddiaçıya və anasına dəfələrlə gəlib cehiz əşyalarının aparmasını desə də, onlar gəlməmişlər. Sonradan isə əsassız iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı 85 adda cehiz əşyalarını tələb etsə də, ərizədə iddiaçıya məxsus olmayan cehiz və qızıl əşyaları vardır. Belə ki, ərizədə dəyərinin 700 manat məbləğində göstərildiyi nişan üzüyünün həqiqi qiyməti 400 manatdır. Digər zinət əşyaları isə iddiaçıya məxsus olmamışdır. Belə ki, həmin qızıl-zinət əşyaları toydan 1 gün əvvəl qonşuları İradədən kirayə olaraq götürülmüş və toyun sabahı günü geri qaytarılmışdır. Ərizədə qeyd olunan soyuducunu da o, öz vəsaiti hesabına almışdır. Belə ki, həmin soyuducu toydan əvvəl anası, atası və onunla birlikdə Gorandan alınmışdır. Həmçinin paltaryuyan maşını da anası almışdır və anasının adına toydan bir ay əvvəl rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi mövcuddur. Ərizədə qeyd olunan 150 manat dəyərində karniz 5 ədəd deyil, 3 ədəddir, 90 manat dəyərində qeyd edilən yorğan 3 ədəd deyil, 2 ədəddır və 15 manat dəyərində tunc balonu cehiz əşyası olaraq gətirilməmişdir. Odur ki, məhkəmədən izahatında göstərilənləri nəzərə alaraq, iddianın qismən təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eləcə də, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən cehiz və qızıl–zinət əşyalarının hədiyyə şəklində verilməsini və hazırda da həmin əşyaların cavabdehdə qalmasını sübutetmə yükü iddiaçının, lakin həmin əşyaların mövcudluğunu etiraf etdiyi halda, iddiaçı tərəfindən aparılmasını sübut etmə yükü isə cavabdeh tərəfin üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin izahatlarının tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh 26.08.2018-cu il tarixdə faktiki nikah bağlamaqla evlənmişdir. Birgə nikahdan 18.10.2019-cu il tarixdə Zəhra adlı uşaqları doğulmuşdur. İddiaçı cavabdehin evinə köçən vaxt valideynləri tərəfindən hədiyyə verilmiş cehiz əşyaları aparmışdır. Həmin əşyalar da cavabdehlərin yaşadığı evə yığılmışdır. Toy zamanı iddiaçıya iddia ərizəsində göstərilən qızıl əşyaları hədiyyə verilmişdir. Bir müddət mehriban yaşadıqdan sonra tərəflər arasında ailədaxili narazılıq yarandığından, iddiaçı cavabdehin yaşadığı evdən çıxmışdır. İddiaçıya məxsus cehiz əşyaları çox hissəsi cavabdehin yaşadığı evdə qalmışdır. Məhkəmə iclası zamanı hər iki tərəf bu faktların mövcudluğunu mübahisəsiz qəbul etdiyindən, məhkəmə bu halları işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Lakin iddiaçıya məxsus nişan üzüyünün dəyəri, digər qızıl-zinət əşyalarının isə hədiyə verilməsi ilə bağlı, həmçinin dəyəri 800 manat olan paltaryuyan və 1000 manat olan soyuducu, cehiz əşyaları kimi isə gətirdiyi karnizlə yorğanın sayı və tunc balon barədə tərəflərin izahatları ziddiyyətli olmuşdur. Belə ki, cavabdeh tərəf iddiaçının iddia ərizəsində göstərdiyi nişan üzüyünün 400 manata alındığını, digər qızıl-zinət əşyalarının isə kirayə olaraq alındığını və toydan sonra qaytarıldığını, cehiz əşyası olaraq 3 ədəd karniz, 2 ədəd yorğan gətirildiyini, soyuducu, tunc balon və paltaryuyan maşının isə iddiaçı tərəfindən cəhiz əşyaları olaraq gətirilmədiyini bildirmişdir. Həmçinin cavabdeh BOKT ”Embafinans” MMC ilə X1 arasında bağlanmış nisyə alqı-satqı müqaviləsini də etiraz ərizəsinə əlavə etmişdir. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Məhkəmə ilk növbədə işin müəyyən olunmuş hallarına əsasən iddianın qızıl-zinət əşyalarına aid hissəsinin araşdırılmasının zəruriliyini nəzərə alaraq qeyd edir ki, iddiaçı tərəf öz tələblərinin əsası kimi tələb etdiyi əşyaların dəyəri barədə mütəxəssis rəyi təqdim etmiş, cavabdeh tərəf isə öz etirazlarının əsası kimi heç bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə qənaətə gəlir ki, iddianın düzgün həll edilməsi tərəflərin izahatlarının və təqdim edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində mümkündür. Belə ki, cavabdeh tərəf məhkəmə iclası zamanı mübahisəli qızıl əşyalarının mövcud olmasını və iddiaçıya hədiyyə verilməsini etiraf etmiş, lakin həmin qızıl əşyalarından nişan üzüyünün dəyərinin 700 manat deyil, 400 manat olmasını və toy zamanı taxılan qızıl əşyaların qonşularından kirayə olaraq götürülərək səhəri gün qaytarıldığını bildirməklə iddianı həmin hissədə qəbul etməmişdir. Belə olan halda, qızıl əşyalarına münasibətdə sübutetmə cavabdeh tərəfin üzərinə düşür. Lakin cavabdeh tərəf mübahisəli qızıl əşyalarının qonşularından kirayə olaraq götürülməsini və nişan üzüyünün 400 manata alınmasını heç bir mötəbər mənbədən əldə edilmiş sübutlar vasitəsi ilə təsdiq edə bilməmişdir. İddiaçı tərəf isə cavabdehin bildirdiklərini təqdim etdiyi video görüntü və mütəxəssis rəyi ilə təkzib etmişdir. Belə olan halda, qızıl-zinət əşyalarının qeyd etdiyi dəyərdə olmasını sübutetmə yükü isə iddiaçı tərəfin, üzərinə düşür. İddiaçının məhkəməyə təqdim etdiyi qızıl-zinət və cehiz əşyalarının hazırkı bazar qiymətlərinə uyğun şəkildə qiymətləndirilməsinə dair mütəxəssis rəyindən görünür ki, brilliant qaşlı nişan üzüyünün qiyməti 700 manat müəyyən edilmişdir. Lakin cavabdeh tərəf həmin qiymətləri mübahisələndirsə də, öz etirazlarının əsası kimi məhkəməyə mötəbər mənbədən əldə edilmiş heç bir sübut təqdim edə bilməmişdir. Belə olan halda qızıl əşyalarının sayı və dəyəri iddia ərizəsində göstərilən məbləğlərdə müəyyən edilməlidir. Məhkəmə iş üzrə müəyyən olunmuş bu hallara əsaslanaraq, iddiaçının izahatında göstərdiklərini və təqdim etdiyi sübutları, cavabdeh tərəfin bildirdiklərinə münasibətdə daha inandırıcı hesab edir və nəzərə alır. Məhkəmə tərəflərin qarşılıqlı münasibətinə müvafiq olaraq yaranmış mübahisəni həll edərkən, öz qənaətini işin həqiqi hallarına uyğun hesab edərək nəticəyə gəlir ki, iddiaçıya məxsus olan, əyarı 585, çəkisi 30 qram olan bilərzik, üzük, sırqa və boyunbağıdan ibarət komplekt dəstin dəyəri 1800 manat, əyarı 585, çəkisi 6 qram olan briliant qaşlı nişan üzüyünün isə dəyəri 700 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, həmçinin iddianın cehiz əşyaları ilə bağlı hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi cehiz əşyalarına aid hissədə qismən əsaslıdır. Belə ki, cavabdeh tərəf iddia ərizəsində qeyd olunan dəyəri 800 manat olan bir ədəd paltaryuyan maşını öz vəsaitləri hesabına alındığını bildirmiş və anası Həsənova Yeganə ilə BOKT ”Embafinans” MMC arasında bağlanmış alqı-satqı müqaviləsini və onu təsdiq edən arayışı məhkəməyə təqdim etmişdir. İddiaçı tərəf həmin məişət əşyasının alınması faktının mövcudluğunu etiraf etsə də, lakin onun iddiaçıya məxsus olması ilə bağlı sübut təqdim etməmiş, cavabdeh tərəf isə iddiaçının paltaryuyan maşınla bağlı istinad etdiyi dəlilləri təkzib etmişdir. Cavabdeh, həmçinin iddia ərizəsində qeyd olunan soyuducunun da öz vəsaitləri hesabına alındığını iddia etsə də, bunla bağlı hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Göründüyü kimi həmin paltaryuyan maşını cavabdeh tərəf öz vəsaiti hesabına evi üçün almış və iddiaçıya hədiyyə verilməmişdir. Ona görə də məhkəmə iddiaçının tələbini cehiz əşyalarından dəyəri 800 manat olan bir ədəd paltaryuyan maşın ilə bağlı hissədə əsaslı hesab etmir. Bununla yanaşı, məhkəmə cavabdehin cehiz əşyalarını qismən qəbul etməsini, yəni iddia ərizəsində dəyəri 150 manat sayı 5 ədəd göstərilən karnizin 3ədəd, dəyəri 90 manat sayı 3 ədəd göstərilən yorğanın 2 ədəd olması və dəyəri 15 manat olan tunc balonun və dəyəri 1000 manat olan soyuducunun cehiz əşyası olaraq gətirilmədiyi ilə bağlı etirazını əsassız hesab edir. Belə ki, iddiaçı toy zamanı öz zəruri ehtiyaclarını təmin etmək məqsədi ilə cehiz əşyalarını cavabdehin yaşadığı evə aparmışdır. Doğrudur, həmin vaxt iddiaçı həmin cehiz əşyalarını sayıb təhvil verməmiş, cavabdeh isə təhvil almamışdır. Lakin bu onu deməyə əsas vermir ki, iddiaçı özünə məxsus cehiz əşyalarını tələb etməməlidir. Eləcə də, cavabdehə də əsas vermir ki, iddiaçının bildiriklərini formal mülahizələrlə təkzib etməklə, hüquqdan sui-istifadə etməlidirlər. Halbu ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə iddiaçı tərəfin təqdim etdiklərini və bildirdiklərini tam və hərtərəfli araşdıraraq belə qənaətə gəlir ki, cavbdehin cehiz əşyaları ilə bağlı bildirdikləri işin həqiqi hallarına uyğun olmadığı üçün inandırıcı deyildir. Məhkəmə məhkəmə işin müəyyən olunmuş hallarına və öz daxili inamına əsaslanaraq qənaətə gəlir ki, dəyəri 800 manat olan paltaryuyan istisna olmaqla, iddia ərizəsində göstərilən digər cehiz əşyaları da cavabdehdə qalmışdır. Bu da işin həqiqi hallarına uyğundur. Beləliklə, məhkəmə, iddiaının cehiz əşyalarına aid hissəinə qiymət verərək hesab edir ki, iddia tələbi cehiz əşyalarına aid hissədə, dəyəri 800 manat olan paltaryuyan istisna olmaqla, tam həcmdə əsaslıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına, cavabdeh tərəfin etirafına və məhkəmə iclası zamanı tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək qənaətə gəlir ki, toy məclisində valideynləri tərəfində cehiz əşyaları iddiaçıya əvəzsiz olaraq hədiyyə verilmiş, hədiyyə verənlər həmin əşyalarının mülkiyyətçisi olmuş, habelə toy məclisində üzərinə taxılmış qızıl–zinət əşyaları iddiaçıya hədiyyə verilmiş, hədiyyə verənlər həmin qızıl–zinət əşyalarının mülkiyyətçisi olmuşdur. iddiaçı hədiyyələri qəbul etdiyindən, həmin mübahisəli daşınar əşyalar üzərində mülkiyyət hüququ əldə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1–ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.3–cü maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlanma etibarlı sayılır. Həmin Məcəllənin 225.2–ci maddəsinə əsasən nikaha girənədək ər–arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibəti əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalı, yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur və iddianın düzgün həll olunması üçün hüquqi əsasdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmiş mübahisəli cehiz və qızıl əşyaları həqiqi hüquq əsasında iddiaçıya hədiyyə verilmişdir. Həmin əşyalar iddiaçının sahibliyində olmuş və iddiaçı həmin əşyalar üzərində mülkiyyət hüququ əldə etmişdir. Buna baxmayaraq, həmin əşyalar iddiaçının iradəsinə zidd olaraq cavabdehin sahibliyindədir. Cavabdehin həmin əşyalar üzərində heç bir hüququ olmamışdır. Bu səbəbdən də, cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı cehiz və qızıl əşyaları ilə bağlı tələb hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli və cehiz əşyalarından isə dəyəri 800 manat olan paltaryuyan istisna olmaqla, iddia ərizəsində göstərilən qızıl və cehiz əşyaları naturada, naturada mövcud olmadıqda isə həmin qızıl və cehiz əşyalarının dəyəri cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1–ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh dəyəri 1500 manat olan komplekt dəst ( dəstə daxildir: sep, sırqa, üzük, bilərzik), dəyəri 700 manat olan nişan üzüyü, 5500 manat dəyərində mebel dəsti (dəstə daxildir: yataq otağı mebel dəsti, qonaq otağı mebel dəsti, divan, kreslo, stol və 6 ədəd stulları, sandıq), 1000 manat dəyərində böyük soyuducu, 130 manat dəyərində elektriklə işləyən ət çəkən maşın, 100 manat dəyərində soba, 300 manat dəyərində tozsoran, 80 manat dəyərində serviz dəsti, 48 manat dəyərində 6 ədəd sadə qənd qabı, 25 manat dəyərində 1 ədəd uzun xrustal vaz, 18 manat dəyərində 1 ədəd göy rəngli uzun vaz, 60 manat dəyərində çilçıraq, 30 manat dəyərində 6 ədəd bakalı ilə birlikdə dəst kampot qabı, 30 manat dəyərində fincan dəsti, 15 manat dəyərində araq rumkaları, 20 manat dəyərində dəst tort qabı, 25 manat dəyərində güllü fincan dəst, 50 manat dəyərində 1 ədəd tefal çaynik, 25 manat dəyərində 1 ədəd xrustal şokolad qabı, 15 manat dəyərində ləpə qabı, 50 manat dəyərində su ilə işləyən ütü, 100 manat dəyərində dəst tefal qazan, 50 manat dəyərində 2 ədəd tunc vedrə, 10 manat dəyərində 2 ədəd dəmir vedrə,15 manat dəyərində tunc ləyən,10 manat dəyərində tefal materiallı xəmir qazanı, 20 manat dəyərində 2 ədəd paltar vannası, 30 manat dəyərində 4 ədəd iç-içə mətbəx üçün zibil vedrəsi, 80 manat dəyərində pultlu çilçıraq, 150 manat dəyərində 5 ədəd karniz, 40 manat dəyərində mikser dəsti, 300 manat dəyərində mebel üçün serviz dəsti, 50 manat dəyərində qaşıq dəsti, 15 manat dəyərində tunc balon, 12 manat dəyərində 6 ədəd şiş, 30 manat dəyərində paltar asılqanı, 25 manat dəyərində 4 ədəd dəvə svuneri, 15 manat dəyərində dekor gül, 50 manat dəyərində 3 mərtəbə şirniyyat qabı, 50 manat dəyərində 1 ədəd böyük xrustal gül qabı, 50 manat dəyərində 2 ədəd balaca xrustal gül qabı, 250 manat dəyərində qaşıq-bıçaq dəsti ( dəstə daxildir: 12 ədəd qaşıq, 12 ədəd bıçaq, 12 ədəd çəngəl, 2 ədəd çömçə, 2 ədəd kəfkir, 2 ədəd yemək qaşığı), 25 manat dəyərində tefal çaydan, 10 manat dəyərində 2 paçka meyvə bıçağı, 40 manat dəyərində 12 ədəd xrustal stəkan, 30 manat dəyərində 2 ədəd uzun meyvə vazı, 12 manat dəyərində 12 ədəd böyük nəlbəki, 12 manat dəyərində 12 ədəd balaca armudu stəkan nəlbəkisi, 36 manat dəyərində 6 ədəd xrustal qənd qabı, 16 manat dəyərində 1 cüt şokalad qabı, 15 manat dəyərində 6 ədəd dəst duz qabı, 25 manat dəyərində divar saatı,15 manat dəyərində 12 ədəd dəst mürəbbə qabı, 120 manat dəyərində 1 ədəd tək kravat, 15 manat dəyərində tərəvəz qabı, 250 manat dəyərində 1 ədəd 5 metrlik xalça, 180 manat dəyərində 1 ədəd 3 metrlik xalça, 200 manat dəyərində 4 metrlik xalça, 500 manat dəyərində 1 ədəd böyük qoşa döşək, 60 manat dəyərində 1 ədəd böyük qoşa yorğan, 90 manat dəyərində 3 ədəd tək yorğan, 100 manat dəyərində 2 ədəd böyük döşək, 300 manat dəyərində 6 ədəd yastıq, 50 manat dəyərində 2 ədəd döşəkçə, 30 manat dəyərində 1 ədəd mütəfkə, 25 manat dəyərində 1 ədəd xrustal çıraq, 30 manat dəyərində 1 ədəd stolüstü qab setkası, 12 manat dəyərində paltar setkası, 12 manat dəyərində soyuducu üçün dəst, 25 manat dəyərində dəst ədviyyat qabı, 50 manat dəyərində 4 ədəd podnus, 5 manat dəyərində 1 dəst banka qapağı açan, 120 manat dəyərində 4 ədəd böyük güldan, 150 manat dəyərində 2 ədəd yun adyal, 160 manat dəyərində 2 ədəd qoşa kravat üçün çxol dəsti, 80 manat dəyərində 2 ədəd tək kravat üçün çxol dəsti, 100 manat dəyərində tüllü ipək süfrə, 120 manat dəyərində 3 ədəd süfrə, 48 manat dəyərində 6 ədəd stəkan məhrabası, 150 manat dəyərində 3 ədəd hamam məhrabası, 120 manat dəyərində 6 ədəd əl-üz məhrabası, 400 manat dəyərində gəlinlik pakravalı, 200 manat dəyərində yay üçün sintefon yataq dəsti, 80 manat dəyərində tək kravat üçün sintefon dəsti, 500 manat dəyərində 5 dəst pərdə, 40 manat dəyərində 2 ədəd stol üstü klyonkadan ibarət qızıl və cehiz əşyaları naturada, qətnamə icra olunan vaxt mövcud olmasa, həmin əşyaların dəyəri alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar