Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1862/2021 28.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, Ərizəçi: Ərizəçi, Maraqlı şəxs: Maraqlı şəxs nümayənədəsi X1 iştirakı ilə Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən mərhum qızı 05.11.1990-cı ildə doğulmuş X2 19.06.1996-cı il tarixdə Mingəçevir şəhərində ölməsi faktının müəyyən olunması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsinin məzmununa uyğun uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X4 onun qızıdır. Qızı 05.11.1990-cı ildə Mingəçevir şəhərində doğulmuşdur 19.06.1996-cı il tarixdə ölmüş və Mingəçevir şəhərinin sağ sahilində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Uşağın ölümündən təsirləndiyi və qanunu bilmədiyi üçün vaxtında ölüm haqqında şəhadətnamə almamışdır. Hazırda o, evini sənədləşdirmək istərkən, uşağın ölüm haqqında şəhadətnaməsinə zərurət yaranmışdır. Ona görə də ölüm haqqında şəhadətnamə almaq üçün Mingəçevir Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş, lakin mərhum qızının adına ölüm akt qeydi aşkar olunmamışdır. O səbəbdən də Qeydiyyat Şöbəsi məhkəməyə müraciət eməyi tövsiyyə etmişdir. Başqa qaydada qızının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs nümayənədəsi X5 məhkəmə iclası zamanı izahatında göstərdi ki, ərizəçi 19.06.1996-cı il tarixdə doğulmuş qızı X2 ölümünün qeydə alınıb-alınmaması barədə Mingəçevir Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir. Ərizəçinin ərizəsi əsasında akt qeydləri arxvində 19.06.1993- 19.06.1999-cu illər üzrə yoxlama aparılmış, lakin ərizəçinin qızı, X2 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Ona görə də Maraqlı şəxs tərəfindən ərizəçiyə, qızının vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Odur ki, məhkəmədən qanuni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, ərizəçi onun qonşusudur.Həqiqətən, ərizəçinin mərhum qızı Ruhiyyə Cəfərova 19.06.1996-cı il tarixdə vəfat etmiş və Mingəçevir şəhərinin sağ sahilində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Onun özü də qonşu kimi dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X10 da şahid X6 ilə eyniməzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Belə ki, işdə olan Doğum haqında şəhadətnamədən görünür ki, X4 05.11.1990-cı il tarixdə Ərizəçi ilə X3 birgə nikahından doğulmuşdur. İşə olan Mingəçevir şəhər bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, X4 19.06.1996-cı ildə vəfat etmiş və Mingəçevir şəhər “Sağ sahil” qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs 05/Q-94/15 saylı 16.09.2021-ci il tarixli məktubdan görünür ki, Ərizəçi ərizəsinə baxılmış və X2 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, Ərizəçi ilə X3 birgə nikahından doğulmuş 05.11.1990-cı il tarixdə X4 19.06.1996-cı il tarixdə ölmüş və Mingəçevir şəhər “Sağ sahil” qəbirstanlığında dəfn edilmişdir. Lakin ölümü vaxtında qeyd edilmədiyi üçün onun barəsində ölüm akt qeydi tərtib edilməmişdir. Ona görə də X4 qızının adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Hazırda evinin sənədləşdirilməsi üçün ərizəçidən qızının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Ərizəçi isə ölüm haqqında şəhadətnaməni müvafiq icra hakimiyyəti orqanından ala bilmir. Ona görə də məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8–ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. . İşin halları ilə müəyyən olunur ki, ərizəçi qızının vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli və 05.11.1990-cı il tarixdə doğulmuş X2 19.06.1996-cı il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏ T E T D İ: Ərizə təmin edilsin. 05.11.1990-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş X2 19.06.1996-cı il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X2 ölüm faktının müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün və ölüm haqqında şəhadətnamə verməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1862/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1862/2021
28.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver