Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1882/2025 17.11.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Ərizəçi: Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y YƏ N E T D İ : Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, ərizəni təmin edilməsi, bacısı -xx.xx.1968-ci il tarixdə doğulmuş X4 xx.xx.1968-ci il tarixdə ölüm faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək bacısı -xx.xx.1968-ci il tarixdə doğulmuş X4 xx.xx.1968-ci il tarixdə Naxçıvan MR-sı, Sədərək rayonu, Sədərək şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1969-cu il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. Anası- X15 xx.xx.1944-cü il tarixdə doğulmuş və xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Atası — X11 xx.xx.1938- ci iİ tarixdə Şərur rayonunda doğulmuş və xx.xx.2024-cu il tarixdə vəfat etmişdir. Mərhum atası- X3 qalmış mirasın faktiki qəbulu ilə bağlı Mingəçevir “ASAN xidmət” Mərkəzinin Notariat Ofisin tərəfindən müraciət olunaraq, vərəsəlik şəhadətnaməsi almaq istəyir. Bununla bağlı, lazımi sənədləri toplayarkən, Maraqlı şəxsndən mərhum atası- X5 vərəsələrinin dairəsi (sayı) müəyyən olunması məqsədi ilə xx.xx.2024-cü il tarixli, 3-16-5\7-e-15-1252\2 saylı Arayış alınmış və həmin arayışdan görünür ki, mərhum atası Xəlil Əliyevin AR. ƏN-nin "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı sayda vərəsələri vardır: 1. Arvadı- X15 – ( xx.xx.1944-cu il tarixdə) vəfat edib. 2. Oğlu- X18- ( xx.xx.1962-ci i1 tarixdə) Qarabağ uğrunda gedən döyüş əməliyyatlarında həlak (şəhid olmuş) olmuşdur.
3. Oğlu- Ərizəçi- xx.xx.1969-cu il tarixdə anadan olmuş. 4. Qızı- X12- xx.xx.1968-ci ildə anadan olmuş. 5. Qızı- X13- xx.xx.1965-ci il tarixdə anadan olmuş. Belə ki, hazırda mirasın faktiki qəbu1u və vərəsəlik şəhadətnaməsinin - Ərizəçi adına verilməsi ilə bağlı sağ olan vərəsələr arasında heç bir mübahisə yoxdur. Lakin, mərhum bacısı xx.xx.1968-ci il tarixdə doğulmuş X12 isə anadan olduğu vaxtdan 2 ay sonra ölmüşdür. AR. ƏN-nin "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış informasiya sistemində onun doğum haqqında akt qeydinin olduğu və ölümü barədə isə heç bir məlumat olmadığı müəyyən olunmuşdur. Belə ki, Maraqlı şəxsnə xx.xx.2025-ci il tarixdə vəkil sorğusu verilmiş və Maraqlı şəxs xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, mərhumə bacısı- X4 xx.xx.1968-ci il tarixdə doğulması barədə AR.ƏN-nin ""Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış informasiya sistemində qeydiyyat informasiya sistemində, onun Sədərək İcra Nümayəndəliyi tərəfindən tərtib olunan xx.xx.1968-ci il tarixli, 117 saylı doğum akt qeydi aşkar olunmuşdur. Lakin, mərhumə bacısı- X4 ölümü barədə heç bir məlumat aşkar edilməmişdir. Odur ki, mərhumə bacısı- X4 “ölüm haqqında şəhadətnaməsi”nin olmaması, mərhum atası- X3 qalmış mirasın faktiki qəbul olunması və vərəsəlik şəhadətnaməsinin onun- Ərizəçi adına verilməsi ilə əlaqədar sənədləşdirmə işlərinin aparılmasında maneçilik yaratmış və sənədləşdirmə işləri dayandırılmışdır. Göründüyü kimi, mərhumə bacısı- X4 ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır və mərhumə bacısı- X4 məhkəmə qaydasında "ölüm faktının müəyyən olunması" müəyyən edilməli və məhkəmə qətnaməsi qəbul olunmalıdır, Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili X19 ərizənin məzmununa uyğun izahat verərək, bildirdi ki, ərizəçinin mərhum bacısı- X12 doğulduqdan iki ay sonra ölmüşdür. Ölümü barədə heç bir akt qeydi mövcud deyil. Belə ki, ərizəçinin mərhum atası- X3 qalmış mirasın faktiki qəbul olunması və vərəsəlik şəhadətnaməsinin onun- Ərizəçi adına verilməsi ilə əlaqədar sənədləşdirmə işlərinin aparılması üçün bu sənəd vacibdir. Bununla belə, sağ olan vərəsələr arasında miras əmlakın ərizəçinin adına keçməsi ilə bağlı heç bir mübahisə yoxdur. Onlardan müvafiq arayış da alınmışdır. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Şahid qismində dindirilmiş X6 məhkəmə iclası zamanı bildirmişdir ki, ərizəçi onun qardaşı oğludur. Qardaşının 5 uşağı olmuşdur. Onlardan biri vəfat etmiş, digər isə 1992-ci il tarixdə İ Qarabağ Müharibəsində şəhid olmuşdur. Qardaşının digər uşağı xx.xx.1968-ci il tarixdə Sədərək rayonunda ölmüşdür. Lakin sənədləşmə işləri aparılmamışdır. Dəqiq nə səbəbdən öldüyünü isə xatırlamır. Belə ki, həmin vaxt o özü də uşaq olmuşdur. Belə ki, ərizəçi atası onun doğma qardaşı deyil. Onun atasının birinci arvadından olan oğludur. Bu səbəbdən aralarında yaş fərqləri çoxdur. Təxminən 24-25 yaş fərqləri var. Uşaq isə qəfil rəhmətə getmişdir. Belə ki, bir neçə ay yaşadı, sonra rəhmətə getdi. Təxminən 2-3 ay yaşamışdır. O Sədərək rayon Qəbiristanlığında dəfn olunmuşdur. Uşaq balaca olduğundan ona yas mərasimi verilməmişdir. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş şahid qismində dindirilmiş X7 bildirdi ki, ərizəçi onun qardaşıdır. Onlar ailədə 2 bacı, 2 qardaş olmuşlar. Digər qardaşları da şəhid olmuşdur. Onların bir bacıları da doğulmuşdur. Lakin ondan xəbərləri olmamışdır. Onlara varlığı məlum olmamışdır. Adını və doğum tarixini dəqiq bilmir. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş şahid X1 məhkəmə iclasında bildirdi ki, ərizəçi qardaşının oğludur. Bacıları 1968-ci il tarixdə doğulmuşdur. Uşaq 2 ay yaşadı, sonra da vəfat etdi. Həmin vaxt o da uşaq olduğundan adını və öldüyü tarixi dəqiq xatırlamır. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Mingəçevir şəhər “ASAN xidmət” X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçinin və onun vəkilinin və nümayəndəsinin izahatlarını, şahid ifadəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: Belə ki, işdə olan “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.1969cu il tarixdə doğulmuş Ərizəçi atası X11, anası X10r. İşdə olan xx.xx.2025-ci il tarixli, 232 №li 9 saylı MİS tərəfindən verilmiş arayışdan görünür ki, Əliyev X8 şəhər, H.Hüseynov küçəsi №5 ünvanında yaşayır. İşdə olan Mingəçevir regional “Asan Xidmət” X14 tərəfindən verilmiş “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 ürəyin kəskin işemik xəstəliyinin digər formaları səbəbindən Mingəçevir şəhərində vəfat etmişdir. İşdə olan Mingəçevir regional “Asan Xidmət” X14 tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 14 avqust 2018-ci il tarixdə essensial (birincili) hipertenziya səbəbindən Mingəçevir şəhərində vəfat etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, 3-16-5\7-e-15-1252\2 saylı Arayışdan görünür ki, AR. ƏN-nin "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X5 aşağıdakı sayda vərəsələri vardır: 1. Arvadı- X15 – ( xx.xx.1944-cu il tarixdə) vəfat edib. 2. Oğlu- X18- ( xx.xx.1962-ci i1 tarixdə) Qarabağ uğrunda gedən döyüş əməliyyatlarında həlak (şəhid olmuş) olmuşdur. 3. Oğlu- Ərizəçi- xx.xx.1969-cu il tarixdə anadan olmuş. 4. Qızı- X12- xx.xx.1968-ci ildə anadan olmuş. 5. Qızı- X13- xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. İşdə olan 14 avqust 2025-ci il tarixli, 3-16-5/7-16-1004/2025 saylı Maraqlı şəxs tərəfindən verilmiş məktubdan görünür ki, xx.xx.1968-c il tarixdə doğulmuş X4 yalnız Sədərək rayon İcra Nümayəndəliyi tərəfindən tərəfindən tərtib olunan xx.xx.1968-ci il tarixli, 117 saylı doğum akt qeydi aşkar olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla və şahid ifadələri ilə müəyyən olunur ki, X12 xx.xx.1968-ci il tarixdə Naxçıvan MR-sı, Sədərək rayonunda vəfat etmişdir. Həmin vaxt uşaq balaca olduğundan ölüm haqqında şəhadətnamə mövcud olmamışdır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8–ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi nənəsinin vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Ərizəçi bacısı X12 xx.xx.1968-ci il tarixdə Naxçıvan MR-sı, Sədərək rayonunda ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə,
QƏTETDİ:
Ərizə təmin edilsin. Ərizəçi X12 xx.xx.1968-ci il tarixdə Naxçıvan MR-sı, Sədərək rayonunda ölməsi faktı müəyyən edilsin. Ərizəçi ölməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: Elza Cəbrayılzadə