Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1888/2022 16.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, ölüm faktının müəyyən edilməsinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi məhkəməyə müraciət edərək, qızları X6 və X3 ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirdi ki, 28 fevral 1978-ci il təvəllüdlü X6 və 14 yanvar 1979-cu il təvəllüdlü X5 Ərizəçi qızlarıdır. Ərizəçinin Aynur adlı qızı 28 mart 1978-ci ildə, Dursun adlı qızı isə 13 iyul 1979-ci ildə vəfat etmişlər. Ərizəçinin hər iki övladları Yevlax rayon Qaraoğlan kənd qəbirstanlığında dəfn edilmişlər. Ərizəçi əri Şirin Cəfərov 31 avqust 2021-ci ildə vəfat etmişdir. Ərizəçinin ərindən Mingəçevir şəhərində yerləşən 0.06 ha torpaq sahəsi miras qalmışdır. Ərizəçi həmin vərəsəlik məsələni həll etmək üçün arayış alarkən məlum olmuşdur ki, 28 fevral 1978-ci il təvəllüdlü X6 və 14 yanvar 1979-cu il təvəllüdlü X5üçün ölüm haqqında şəhadətnamə alınmadığından qızlar sağ kimi görünürlər. Aynur və Dursunun ölüm haqqında şəhadətnamsi olmadan vərəsəlik işini həll etmək mümkün deyildir. Ona görə də ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin olunmasını, 28 fevral 1978-ci ildə Mingəçevir şəhərində anadan olmuş X4 28 mart 1978-ci ildə, 14 yanvar 1979-cu ildə Mingəçevir şəhərində anadan olmuş X3 13 iyul 1979-cu ildə ölməsi faktının müəyyən olunmasını xahiş edir. Ölüm faktının müəyyən edilməsi ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ərizəçi onun qohumudur. Ərizəçinin qızları Aynur və Dursun doğulandan az sonra ölüblər, uşaqları Yevlax rayon Qaraoğlan kəndində dəfn ediblər. O da yas mərasimində iştirak edib. X2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ərizəçi onun qohumudur. Ərizəçi 1978-ci ildə Aynur, 1979-cu ildə Dursun adlı uşaqları olmuşdur. Lakin uşaqlar çox az yaşadı. Aynur 28 mart 1978-ci ildə, Dursun 13 iyul 1979-cu ildə vəfat etmişlər. Uşaqlar Yevlax rayonu Qaraoğlan kəndində dəfn olunmuşlar. Məhkəmə ərizəçinin nümayəndəsini və şahidləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşə əlavə edilmiş doğum haqqında akt qeydlərindən görünür ki, X6 28 fevral 1978-ci ildə Mingəçevir şəhərində və X5 14 yanvar 1979-cu ildə Mingəçevir şəhərində doğulmuşlar. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 05/Q-51/15 saylı 03 avqust 2022-ci il tarixli arayışda göstərilir ki, akt qeydləri arxivində xx.xx.1979-xx.xx.2022-ci il üzrə yoxlama aparılarkən X3 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmadı. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 05/Q-52/15 saylı 03 avqust 2022-ci il tarixli arayışda göstərilir ki, akt qeydləri arxivində xx.xx.1978-xx.xx.2022-ci il üzrə yoxlama aparılarkən X4 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmadı. Məhkəmə tədqiqi zamanı X4 28 mart 1978-ci ildə, X3 13 iyul 1979-cu ildə ölmələri faktı müəyyən edildi. Həmçinin, müəyyən edildi ki, onların ölümü qeydə alınmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, X4 28 mart 1978-ci ildə, X3 13 iyul 1979-cu ildə Mingəçevir şəhərində ölmələri faktı müəyyən edilməlidir. Ölüm faktının müəyyən edilməsi ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: Ərizə təmin olunsun. 28 fevral 1978-ci ildə Mingəçevir şəhərində anadan olmuş X4 28 mart 1978-ci ildə, 14 yanvar 1979-cu ildə Mingəçevir şəhərində anadan olmuş X3 13 iyul 1979-cu ildə Mingəçevir şəhərində ölmələri faktı müəyyən edilsin. Qətnamə ölüm haqqında şəhadətnamə almaq üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1888/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1888/2022
16.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver